Icma.az
close
up
RU
Mələk nömrələri: Niyə 111 kimi nömrələr uğurlar gətirir

Mələk nömrələri: Niyə 111 kimi nömrələr uğurlar gətirir

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nə zamansa saatda 11:11-i görəndə bir arzu etdinizmi? 

Lent.az xarici KİV-ə istinadən bu təkrarlanan rəqəmlərin niyə yuxarıdan işarə ola biləcəyini sizə izah edəcək.

Çox güman ki, həyatınızda heç olmasa bir dəfə kiminsə saat 11:11 və ya 22:22-ni görəndə nəsə arzuladığını eşitmisiniz. Bəzi insanlar əslində bu rəqəm birləşməsinin uğurlar gətirdiyinə inanırlar. Astrologiyada 1111 kimi bir çox təkrarlanan rəqəmlərin görünməsi yuxarıdan bir işarədir. Rəqəmlərin mənəvi mənasını öyrənən numeroloqlar isə bu cür rəqəm zəncirlərini “mələk nömrələri” adlandırırlar.

Mələk rəqəmləri nədir? 

Sadəcə olaraq, mələk rəqəmləri numeroloji mənalara uyğun gələn təkrarlanan rəqəmlərin ardıcıllığıdır. Hər bir rəqəm (000-dan 990-a qədər) öz dərsini və ya mesajını daşıyır. Mütəxəssislər onların müxtəlif mələk varlıqları ilə də əlaqəli olduğunu iddia edirlər.

Ekspertlər nə deyir?

“İlahi mələk rəqəmləri təcrübəsi” kitabının müəllifi Liza Roberton deyir ki, rəqəmlər dəstini təkrarlamaq səmavi varlıqların “qapını açıb həyatımıza girməsinin” yollarından biridir.

Reiki ustası (alternativ təbabətin bir növü), tarot kart oxuyucusu və ruhani bələdçisi Frensis Naud öz növbəsində mələk rəqəmlərinin bir qoruyucu mələyin sizinlə olduğunu, sizi doğru yola yönəltdiyinin təsdiqi olduğuna inanır.

Mələk rəqəmlərinə harada rastlaşmaq olar?

Əslində, mələk rəqəmlərini rərəmlərin olduğu hər yerdə görə bilərsiniz - saat üzlərində, nömrə nişanlarında, qəbzlərdə, bank hesablarında, ünvanlarda, telefon nömrələrində və hətta tarixlərdə.

Müəyyən bir rəqəm ardıcıllığını nə qədər tez-tez görürsünüzsə, bu sizin üçün bir o qədər vacibdir. Bu şəkildə Kainatın və ya ruh bələdçilərinin sizə müəyyən bir mesaj çatdırdığına inanılır.

Spiritualist Qeri D'Andre bir nümunə görmək üçün mələk rəqəmlərinin nə vaxt və harada meydana gəldiyini yazmağı tövsiyə edir. Müəyyən bir yerdə mələk rəqəmlərini gördüyünüzə diqqət yetirin? Yoxsa eyni rəqəmi təkrar-təkrar görürsünüz? Bunlar konkret mesajlar ola bilər.

Mələk rəqəmlərinin ümumi qəbul edilmiş dəyərləri 

Mələk mesajları, ümumiyyətlə, fərdi olsa da, deşifrə etməyə kömək edə biləcək mələk rəqəmlərinin ümumi mənaları var.

000, yaxud 0000  

Sıfırların ardıcıllığı yeni başlanğıclar deməkdir. Bunu həyatınızda qeyri-adi bir şey sınamaq üçün bir işarə kimi qəbul edin.

111, yaxud 11111  

Bu rəqəmlərin ardıcıllığı, vacib məsələlərin həllində intuisiyanıza etibar etməyiniz lazım olduğuna işarə edir.

222, yaxud 2222

İkilik əməkdaşlıq deməkdir. Yəqin ki, bir münasibət haqqında düşünməli və ya bir iş ortağı tapmalısınız.

333, yaxud 3333  

Üç rəqəmdən ibarət bir sıra özünü ifadə etmək ehtiyacını göstərir. Ətrafınızdakı dünyaya diqqətlə qulaq asın. Numerologiya mütəxəssisi Novali Uaylder deyir ki, bu rəqəm məsuliyyəti öz üzərinə götürmək üçün bir siqnaldır.

444, yaxud 4444  

Dörd rəqəmin ardıcıllığı yaradılışdan və sabitlikdən danışır. Bu rəqəmlər ev həyatımıza, ailəmizə, təməl dəyərlərimizə diqqət yetirməyin zəruriliyini göstərir. Digər şeylərlə yanaşı, onlar bizi əlimizdə olanlar haqqında düşünməyə vadar edir və buna görə minnətdarlığımızı inkişaf etdirir.

555, yaxud 5555

Bu yaxşı bir əlamətdir, dəyişiklik, mənəvi böyümə və çevrilmə siqnalıdır.

666, yaxud 6666

Bu rəqəm şəfqət və özünü sevməkdən xəbər verir. Ətrafınızdakılarla və özünüzlə mehriban davranın. Həyatın istək və ehtiyaclarınıza nə qədər uyğun gəldiyini də düşünməyə dəyər.

777, yaxud 7777  

Uğura az qalıb - əsas odur ki, siz bütün imkanlara açıqsınız. “Xeyr” demək əvəzinə özünüzü “bəli” deməyə məcbur edin, xüsusən də rahatlıq zonanızdan kənar olan şeylərə.

888, yaxud 8888 

Yan tərəfə əyilmiş səkkiz sonsuzluq deməkdir. Bu mələk sayı ilahi prinsip və intuisiya ilə, eləcə də bizə mənəvi dünyadan baxan əcdadlarla əlaqələndirilir. Çox vaxt bu rəqəm güc və şansla da əlaqələndirilir.

999, yaxud 9999  

Dövr başa çatmaq üzrədir. 999 rəqəmini gördüyünüz zaman bunu gələcəyin nə gətirəcəyinə diqqət yetirərək irəliləmək üçün bir siqnal kimi düşünün.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:497
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Yanvar 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri