Icma.az
close
up
RU
Menu

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Gələn ay 30 manat yardım veriləcək

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Hakim Qumru Əliyeva ona etiraz edən qazini 300 manat cərimələyib

Hakim Qumru Əliyeva ona etiraz edən qazini 300 manat cərimələyib

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var? 140028632 VÖEN-li Qumru Əliyeva məhkəmədə sahibkarlıqla məşğuldur? Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Xumar Mərdanova, Vahid Sadıqov və Sabit Bəhrəmzadədən ibarət “troykası”nın kollegiyanın sədri Rafael Eyvazovun sifarişi ilə 1-ci dərəcəli Qarabağ əlilini yataqdan  məhkəməyə müraciət etdiyinə görə Novruz bayramı günlərində elə yatağında 400 manat cərimə etməsindən, anında ƏN-in  Nizami  icra məmuru Aslanov Əlihüseyn Zayralı oğluna  icra sənədi verməsindən media bilgi yayıb. Heç demə, məhkəmələrin özlərinin “ştatlı” icra məmurları varmış! İcranın operativliyinə baxın, icra sənədi cərimə qərarından qabaq qəbul edilib!(??) Bəs Konstitusiya, qanun, Mülki Prosessual Məcəllə (MPM) nə deyir? Konstitusiya hər kəsin qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etməyə, inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. MPM-in 4.2 maddəsinə görə, məhkəməyə müraciət etmək hüququndan imtina olunması etibarsızdır. MPM-də cərimələr qoyulması da yazılıb, amma bu cərimələrin maddi hüquqa- məhkəməyə müraciətə görə tətbiqi yazılmayıb. Cərimələrin anında icraya yönləndirilməsi isə heç yazılmayıb. Əksinə, cərimə olunan şəxsin  onun   götürülməsi və ya miqdarının azaldılmasına 20 gün müddətində ərizə verə bilməsi MPM-in 127-ci maddəsində doğrulanıb. “Troyka” qıraqdan qərəzli sifarişə elə uyub ki, apellyasiya instansiyası olduğunu da unudub, MPM-i də; qərəzini 1-ci dərəcəli qazinin üzərində tətbiq edib. Bakı şəhəri, Nizami məhkəməsinin hakimi Qumru Əliyeva yuxarı məhkəmənin “vahid məhkəmə cəriməsi təcrübəsini” faşizm üzərində QƏLƏBƏ BAYRAMI günlərində 1-ci dərəcəli Qarabağ əlilini 300 manat cərimə etməklə “uğurlu” qərəzlə sınayıb. “Humanist” cərimədir, 400 manat deyil, 100 manat azdır. Di gəl, bu cərimə də MPM-də nəzərdə tutulmayıb. Hakim Qumru Əliyeva iddiaçı 1-ci dərəcəli Qarabağ qazisini hakimə etiraz etdiyinə görə cərimələyib. (?) MPM-in 21.5 maddəsinə görə, əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, etirazı vermiş tərəf 110 manatadək cərimə edilə bilər. Qumru Əliyevanın “humanist” qərəzi cərimənin 3 dəfə artığına nədən olub. Eləcə də, qazinin etirazı nə uydurmadır, nə də prosesi ləngitmək məqsədi daşımır. Ən başlıcası, MPM-in 22-ci maddəsinin tələbinə görə hakimə etiraza məhkəmənin sədri baxmalıdır, etiraz edilən hakimin özü yox. Əslində etiraz elə hakim Qumru Əliyevanın süründürməçiliyindən, 7 aydır istehlakçı hüququnun müdafiəsi ilə bağlı “Azəriqaz”ın, 4 aydır “Bakcell”-in vəkili rolunda çıxış etməsindən, 2 dəfə ləğv olunan işinə yenidən hakim təyin edilməsindən qaynaqlanır. Qərəzli “humanistliyə” baxın, qazi müalicə ocağında olanda 1400028632 VÖEN-i aktiv olan hakim Qumru Əliyeva məlumat alıb ki, 25 il qabaq qazinin VÖEN-i olub,  bu nədənlə istehlakçı hüququnun müdafiəsi ilə bağlı iş  kommersiya mübahisəsi olduğundan Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Halbuki, 1-cisi, istehlakçı hüququnun müdafiəsi ilə bağlı işlərə ümumi məhkəmələrdə baxılır; 2-cisi, VÖEN-in aktiv-passiv olmasından asılı olmayaraq qazdan, sudan, işıqdan şəxsi istehlak məqsədilə yararlanılması kommersiya mübahisəsi sayıla bilməz. Hakimin  VÖEN-i aktivdirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur? 3-cüsü, “aidiyyatı” üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilən  qərardad qazi xəstəxanada olanda çıxarıldığından mütləq ləğv edilməlidir.  Qumru Əliyeva isə xəstəxana epikrizinin müddətin buraxılmasının üzrlü sayılmasına əsas vermədiyi qərarına gəlib və işi aidiyyatla bağlı olduğundan kassasiya instansiyasına göndərmək yerinə, Bakı Apellyasiya Məhkəməsinə göndərib. Orada isə Xumar Mərdanovanın sədri olduğu “troyka” qazini 400 manat cərimə edib və 4 aydır məhkəmə prosesi ləngidilir, icraat tamam itib. Buna görə Məhkəmə Hüquq Şurası cəza tədbiri görməlidir, amma cəzalanan 17 ildir istehlakçı hüququnu tələb edən  iddiaçı qazi olur. Mobil operatorun vəkili rolunda çıxış edən hakim Qumru Əliyeva birinci dəfə işi aidiyyat pozuntusuna görə qaytarıb, qərardadı ləğv olunanda isə ərizəni baxılmamış saxlayıb ki, tərəflər hazırlıq iclasına gəlməyib. Bu yol Bakı Apellyasiya Məhkəməsi qərardadı ləğv edib. İş yenə də qərardadı 2 dəfə ləğv edilən Qumru Əliyevaya verildiyindən ona etiraz da əsaslıdır. Bu etiraz isə qaziyə 300 manat cərimə “qazandırıb”. Özbaşınalığa baxın, hakimə qərəzinə, obyektiv olmadığına, faktiki qarşı tərəfə vəkillik etdiyinə, süründürməçiliyə görə etiraz edən iddiaçı qazi bu etirazına görə cərimə olunur! (?) Bu, faktiki olaraq vətəndaşın məhkəmə təminatı hüququna, Konstitusiyaya kobud qadağa deməkdir. Görək, Ali Məhkəmə, Məhkəmə Hüququ Şurası kobud hüquq pozuntusuna, məhkəmə müdafiəsi hüququna qadağaya qiymət verəcək, yoxsa cərimələr həbslə sonuclanacaq? ... Hakim Qumru Əliyevaya yeni etiraz elektron kabinetdən təqdim edilib. Etiraza görə 300 manatlıq cərimə tətbiq edən hakimin qərəzsizliyi, obyektivliyi, işdə marağının olmaması böyük şübhə altındadır... \\Gundemxeber.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 May 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see148

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see136

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see134

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see129

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri