Icma.az
close
up
RU
Məleykə Abbaszadənin iki inəyi : ölmüş və hər gün sağılan Ekspertdən reaksiya

Məleykə Abbaszadənin iki inəyi : ölmüş və hər gün sağılan Ekspertdən reaksiya

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dövlət İmtahan Mərkəzinin rəhbəri səviyyəsində səsləndirilən qeyri-peşəkar və cinsiyyətçi bənzətmələr təəssüf ki, Azərbaycanda dövlət idarəçiliyinin və xüsusən təhsil sahəsində ictimai məsuliyyətin hansı vəziyyətdə olduğunu açıq şəkildə göstərir. Məleykə Abbaszadənin "inəyin taleyi" ilə bağlı ifadəsi təkcə uğursuz metafora deyil, həm də təhsili idarə edən şəxslərin cəmiyyətə verdiyi simvolik mesajın necə qəbuledilməz ola biləcəyini göstərən nümunədir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin ictimai qınağa səbəb olan fikirlərinə münasibətində deyib. 

Onun sözlərinə görə, cəmiyyətin müxtəlif təbəqələrinin etirazla qarşıladığı bu fikir illərlə qadın hüquqları uğrunda mübarizə aparan şəxslər və maarifləndirmə işini bir anda kölgə altına salır:

"Çünki bu cür açıqlamalar ictimai şüura, gender bərabərliyinə və qadın əməyinə dəyər baxımından zərərli nümunə yaradır. Azərbaycan Respublikasının "Gender bərabərliyinin təminatları haqqında" Qanununun 3.0.2-ci maddəsinə görə, dövlət qadın və kişilər arasında sosial, iqtisadi və mədəni sahələrdə bərabər hüquqların təmin olunması üçün məsuliyyət daşıyır. Amma yüksək vəzifəli bir qadın çıxışında qadın obrazını məzmunsuz, bioloji təhqirə yaxın şəkildə təqdim edirsə, bu həm qanunun ruhuna, həm də təhsil idarəçiliyində etik dəyərlərə ziddir. Ən acınacaqlısı isə odur ki, bu fikirlər rəsmi mətbuat konfransında, media qarşısında, ictimaiyyətə yönəlik bir platformada səsləndirilir və bu çıxış təhsili idarə edən qurumun imicini kökündən sarsıdır".


Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin son illərdə şəffaflıq, hesabatlılıq və ictimai etimad baxımından ciddi tənqid olunduğunu vurğulayıb:

"2023-cü ilin apelyasiya statistikalarına əsasən, buraxılış və qəbul imtahanlarında ümumi şikayətlərin sayı 48 mindən çox olub. Bu şikayətlərin əhəmiyyətli hissəsi qiymətləndirmə zamanı obyektivliyin pozulması, test suallarının mübahisəli olması və texniki qüsurlarla bağlıdır. Belə bir vəziyyətdə qurumun rəhbərinin əsas gündəmi sarkazm və uğursuz zarafatlarla müşayiət olunursa, bu, həm ictimai narazılığı artırır, həm də idarəetmənin ciddiliyini və peşəkarlığını sual altına salır".

Kamran Əsədov əlavə edib ki, dünya təcrübəsində belə hallarda dövlət rəsmiləri ictimai tənqiddən dərs çıxarır, açıq üzrxahlıq edir, hətta bəzi hallarda vəzifədən geri çəkilirlər:

"Məsələn, Kanadada və Skandinav ölkələrində oxşar hallar yaşandıqda həmin şəxslərin ya ictimai şəkildə üzr istəməsi, ya da istefa verməsi presedent olub. Çünki bu, təkcə şəxsi mövqenin yox, həm də dövlətin təmsil olunma mədəniyyətinin göstəricisidir. Azərbaycanda isə bu məsələlər ya "şəxsi fikir” adı ilə pərdələnir, ya da ironiyaya çevrilərək cəmiyyətin reaksiyası görməzlikdən gəlir”.

Ekspertin fikirincə, Elm və Təhsil Nazirliyi və DİM arasında koordinasiya zəifdir, ictimaiyyətlə münasibət formal xarakter daşıyır:

"Nə rəsmi şəxslərin etik davranışlarına nəzarət edən qurumlar aktivdir, nə də bu cür açıqlamaların nəticələrini dəyərləndirən ictimai şuralar yaradılıb. Təhsil sahəsində idarəetmə yalnız texniki məsələlərlə deyil, həm də simvolik və ideoloji çərçivələrlə ölçülməlidir. Bu cür açıqlamalar isə o çərçivələri dağıdır, təhsilin və dövlətçiliyin hörmətini zəiflədir. Nəticə etibarilə, yalnız təhsilin məzmununa deyil, onun necə və kim tərəfindən təmsil olunmasına da diqqət yetirilməlidir. Dövlət İmtahan Mərkəzinin rəhbəri tərəfindən səsləndirilmiş bu cür ifadələr sistemdə dərinləşmiş qeyri-ciddilik, kobud kommunikasiya və ictimai məsuliyyətsizlik problemini bir daha ortaya çıxarır. Rəsmi mövqe sərgiləməli və ictimaiyyətin təhsilə inamını qorumaq üçün ciddi tədbirlər görməlidir. Əks halda, bu tip çıxışlar təhsilin mahiyyətini və dövlətin nüfuzunu gözdən salmaqda davam edəcək".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə dünən mətbuat konfransı zamanı çıxışında bir açıqlaması ilə diqqət çəkib. Baytarlıq ixtisasının vacibliyindən danışarkən ona ünvanlanan suala sədrin cavabı belə olub:

"İnəyin taleyi elədir ki, onu gec-tez öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi daha ağırdır, nəinki ölmüş inəyin. Hər gün sağılmaq ondan ağırdır. Qadınlar bu mövzuda məni başa düşərlər".

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri