Icma.az
close
up
RU
“Məleykə Əsədova onu ölümdən xilas etdi, evində tək öldü, son sözünü heç kimə deyə bilmədi” FOTOLAR

“Məleykə Əsədova onu ölümdən xilas etdi, evində tək öldü, son sözünü heç kimə deyə bilmədi” FOTOLAR

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün Zərnigar xanımın anım günüdür. Allah ona rəhmət etsin. Çox gözəl, istedadlı aktrisa idi. Onun hələ teatr tamaşalarına o vaxt baxmışdım. “Sevil” əsərində Dilbər rolunu möhtəşəm oynayırdı. “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”, “Ötən ilin son gecəsi” və s. televiziya tamaşalarında rəngarəng rollar yaradıb. İstedadının hüdudu yox idi. 7 noyabr onun ad günü idi. Heç vaxt bu tarixi unutmuram. Hər zaman da onu təbrik etmişəm. Bu gün də xatırlayıram”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. O daha sonra əlavə edib:

“Biz teatrdan bir ildə, bir gündə ayrıldıq. O da, mən də incimişdik. Çox qəribə bir hadisə oldu. Mən onunla tərəf müqabili də olmuşam. Çox təəssüf edirəm ki, o tamaşalar lentə alınmayıb. Çox təəssüf! “Dişi canavar” tamaşasını biz Rus Dram Teatrında təhvil verdik. Çünki bizim teatrımız təmirə bağlanmışdı. 3-4 dəfə oynadıq. Zərnigar xanımın bir qəribə xasiyyəti var idi. Nəsə elə bil evindən küsmüşdü. Tamaşanı təhvil verəndən sonra gördüm ki, hamı gedir.. O getmədi. Soruşdum ki, niyə getmirsiz? Dedi ki, mən burada qalacam. Mən onu orada qoymadım, min bir dillə evimə gətirdim.                                            Gecə bizdə qaldı. Demək olar ki, səhərə qədər biz dərdləşdik. Xəstə idi elə bil. Dərdləşməyə adam axtarırdı. Bəlkə də elə ona görə o mənimlə gəldi. Zərnigar xanım sözünü deyən aktrisa idi. Mən onun xarakterinin vurğunu idim. Teatrda da çox böyük hörməti var idi, hamı onun xətrini çox istəyirdi” deyə aktrisa bildirib.

Kübra Əliyeva deyir ki, Zərnigar Ağakişiyeva dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qalıb:

“Bir gün dedilər ki, Zərnigar xanım çox pis vəziyyətdədir. Səhv etmirəmsə beyin qanaması keçirmişdi. Bizim aktrisamız Məleykə xanım Əsədova onu ölümdən qurtardı. O dəqiqə onu gətirdi xəstəxanaya. Mən də yanına getmişdim. O vaxt həyata yenidən qayıtdı. Xatirimdə həmişə zabitəli, möhkəm xarakterli, istedadlı bir aktrisa kimi qalıb. Bu dünyada o ancaq teatr üçün yaşadı. Belə aktrisalarımız çox azdır. Ona sənət fədaisi deyirlər. Ailə qurmadı. Qurdusa da bilmirəm. Mən bu sualı ona vermədim. Amma onunla ailə həyatı qurmaq istəyənlər də var idi. O özü istəmədi.. Öz ömrünü teatra, səhnəyə həsr etdi. Allah ona rəhmət etsin. Həyatdan da tək köçdü.. Yanında heç kim olmadı. Bəlkə bir sözü var idi. Bəlkə nəsə deyəcəkdi? Çox təəssüf ki, o həyatdan tək getdi” deyə Kübra Əliyeva bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Fevral 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri