Icma.az
close
up
RU
“Məlikməmməd Sehrli Aləmdə”. Ailəvi Meqaşou

“Məlikməmməd Sehrli Aləmdə”. Ailəvi Meqaşou

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanda - Heydər Əliyev Sarayında Yeni Era Uşaq və Gənclər Teatrının 2 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbir çərçivəsində teatrın ən son səhnə işi -“Məlikməmməd Sehrli Aləmdə” adlı ailəvi meqaşou tamaşaçılara təqdim olunub.

Tədbiri giriş sözü ilə açan teatrın direktoru Səyyad Məmmədov ,qonaqları salamlayaraq teatrın keçdiyi 2 illik inkişaf yolundan, həyata keçirilmiş layihələrdən və qarşıdakı məqsədlərdən bəhs edib. Bildirib ki, teatr yarandığı gündən bəri uşaqların və gənclərin mədəni inkişafı üçün geniş imkanlar yaradıb və nüfuzlu bir sənət ocağına çevrilib.

Sonra, tamaşa balaca teatrsevərlərə təqdim olunub. Peşəkar aktyorların iştirakı ilə hazırlanmış  rəngarəng və texnoloji baxımdan zəngin səhnə əsəri böyük maraqla qarşılanıb. Əsər Azərbaycan xalq nağılının müasir teatr dili ilə təqdimatını əks etdirərək ailələr üçün həm əyləncəli, həm də maarifləndirici bir tamaşaya çevrilib.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı-Səyyad Məmmədov,quruluşçu rəssamı Araz Xudiyev,rəqslərin quruluşçusu Günel Seyidovadır. Tamaşada rolları Əməkdar artist Behruz Haxverdiyev, aktyorlar Nurlan Sultanlıq, Amil Yusifov, Sadiq Əliyev, Zəminə Məmmədova, Anar Eyvazov, Elşən Nəcəfov, Elnarə Dünyamalıyeva , Ələsgər Quliyev, Səkinə Məmmədova və başqaları ifa edirlər.

Tamaşa ümumilikdə 700-ə yaxın tamaşaçı tərəfindən izlənib.

Yeni Era Uşaq və Gənclər Teatrı gələcəkdə də innovativ teatr layihələri, mobil səhnə çıxışları və ölkə daxilində teatr festivallarında iştirakla fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri