Icma.az
close
up
RU
“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı Qalmaqallı ev söküldü

“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı Qalmaqallı ev söküldü

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Melissa Park” şirkəti və vətəndaş arasında yaranmış böyük qalmaqal razılıqla bitib. Şirkət rəhbərinin həbsinə qədər böyüyən qanunsuz söküntü işində razılığa gəlinib. Şirkət rəhbəri həbsdən xilas olmaq üçün lazım olan kompensasiyanı ödəyib.

"Ölkə.az" Musavat.com-a istinadla xəbər verir ki, Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan “Melissa Park” şirkətinin vətəndaş Elnarə Hacıyevaya məxsus evi qanunsuz olaraq sökmək istəməsi böyük narazılığa səbəb olmuşdu. Şirkət işçiləri evdə yaşayış ola-ola evi sökməyə cəhd etmişdilər. Mart ayının 27-də çəkilən həmin görüntülər sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusu olmuşdu.

Hadisədən bir gün sonra şirkətin rəhbəri Qalib Məmmədov və ekskovatorçu Qala Eynullayev də həbs edildi.

Şirkət rəhbəri iki aya yaxın həbsdə saxlanıldıqdan sonra ötən ay azadlığa buraxıldı. Həmçinin ekskovatorun sürücüsü də azadlığa çıxdı. Qanunsuz söküntü ilə bağıı açılan cinayət işinə xitam verildi.

Bu hadisə günlərlə sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu. Hər kəs şirkətin özbaşınalığını tənqid edirdi. Amma bununla yanaşı yaranmış sual da var idi ki, vətəndaş nə qədər kompensasiya istəyir?

Şirkət rəsmiləri iddia edirdi ki, ev sahibi 2 milyon kompensasiya istəyir. Lakin vətəndaş bu iddianı təkzib etdi. Sonra məlum oldu ki, şirkət tərəfindən ilkin olaraq təklif olunan kompensasiya 173 min mamat olub. Şirkətin sonradan 651 min manat kompensasiya təklif etdiyi də qeyd edilirdi.

Qeyd edək ki, vətəndaşla şirkət arasındakı razılıq Qabil Məmmədov həbs ediləndən qısa müddət sonra əldə edilib. Kompensasiya məbləği barədə dəqiq məlumat yoxdur. Amma tərəflər arasındakı razılıqdan sonra şikayət olmadığı üçün Qabil Məmmədov barəsindəki cinayət işinə də xitam verildiyi də bildirilir.

Bildirək ki, vətəndaşın evi razılaşdırılmış kompensasiya ödənildikdən sonra artıq tam olaraq sökülüb.

Bir müddət satışı da dayandıran şirkət artıq fəaliyyətini bərpa edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyul 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see241

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see185

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see161

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see130

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see123

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see123

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see121

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see121

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see119

Bakıda ödənişli yollar neçəyə olacaq? AÇIQLAMA

02 Oktyabr 2025 09:31see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri