Icma.az
close
up
RU
Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar.

Axar.az xəbər verir ki, müraciətdə erməni terrorçu Monte Melkonyan adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa Birliyinin Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb. Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Forumun bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində AB-nin öz prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.

Qeyd olunub ki, Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya keçirən və onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqət ayırmağa başladığını düşünən Qarabağın itkin ailələrinin terrorçu qrup hesab edilən bir qurumun üzvü olan və hərbi cinayətkar sayılan Monte Melkonyanın adını daşıyan məktəbin AB-yə bağlı bir Foruma qəbul edilməsindən dərindən məyus olublar.

Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb. Onun bu cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra ölkələrində türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələrindən sonra törətməsi xüsusi vurğulanaraq, bu faktların M.Mrlkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz göstəricisi olduğu bildirilib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri M.Melkonyanın adını daşıyan Hərbi-idman liseyinə Forumun üzvlük statusunun verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağının gözlənildiyi vurğulayaraq, bəzi məsuliyyətsiz AB rəsmilərinin bu terrorçunun Azərbaycan xalqı üçün nə ifadə etdiyini bilmədikləri təqdirdə onları M.Melkonyanın Kəlbəcər rayonunun işğalı dövründə çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar.

Müraciətdə, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin silahlı işğalında iştirak edən və ciddi hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin, o cümlədən Monte Melkonyan hələ də qəhrəmanlaşdırılması, AB-nin Azərbaycanla bağlı, xüsusilə də ərazi bütövlüyü və dövlət suverenliyinə dair məsələlərdə ikili yanaşmanın davam etdirməsinin müşahidə olunması təəssüf hissi ilə vurğulanıb.

"Xüsusilə Azərbaycanın itkin düşmüş şəxslərinin ailələri soruşurlar: irsi və fəaliyyəti qətliamlarla əlaqələndirilən Monte Melkonyanın adını daşıyan bir qurum AB tərəfindən dəstəklənən bir platformada necə təşviq oluna bilər? Biz Avropa Birliyini bu hörmətsiz addımı yenidən nəzərdən keçirməyə və terrorçunun adını daşıyan bir qurumla bağlanmış razılaşmanı ləğv etməyə çağırırıq", - deyə müraciətdə qeyd olunub.

Müraciəti ünvanlayanlar Mariyana Kuyundiç ilə görüşərək Avropa Komissiyasının Monte Melkonyan kimi terrorçunu necə və nə üçün qəhrəmanlaşdırması barədə izahat verməsini tələb ediblər.

Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin İdarə Heyətinin sədri Əmir Əliyev, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova, "Çapar-Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri Ceyran Həsənova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal imzalayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Dekabr 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri