Meloni: Geosiyasi böhranlar qarşısında soyuqqanlılıq və məsuliyyət lazımdır
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın artan təxribatları iki məqsədə xidmət edir: Avropa ölkələrinin Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərməsinin qarşısını almaq və Moskvanın elan etdiyi yay hücumunun uğursuzluğundan diqqəti yayındırmaq.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu İtaliyanın Baş naziri Giorgia Meloni Kopenhagendə jurnalistlərə deyib.
"Biz hamıya yaxşı məlum olan davamlı təxribatlarla üzləşirik", - deyə o, balanslı yanaşmaya çağırıb.
Onun fikrincə, bu təxribatlara cavab verilməməlidir, lakin hazır vəziyyətdə olmaq vacibdir.
"Alyansın sərhədlərinin kifayət qədər geniş olduğunu xatırlamaq vacibdir. Əgər diqqətimizi yalnız şərq cinahına cəmləmək və məsələn, cənub cinahını unutmaq kimi səhvə yol versək, həlledici nəticələr əldə edə bilməmək riskimiz var", - İtaliyanın Baş naziri bildirib.
Yaxın Şərqə gəlincə, Meloni ABŞ Prezidenti Donald Trampın "Ərəb və Avropa ölkələrindən, xüsusən də Hindistandan geniş bəyənmə" almış Qəzza sülh planına Avropa dəstəyinin vacibliyini vurğulayıb./report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 01 Oktyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















