Meloni referendumda uduzdu İtaliya Baş naziri məğlubiyyətini etiraf etdi
Bakupost saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın Baş naziri Ciorcia Meloni hökuməti tərəfindən təklif olunan islahatla bağlı referendumda uğursuzluğa uğradıqlarını etiraf edib.
Bakupost.az "Report"a istinadən xəbər verir ki, Meloni bu barədə “X” sosial şəbəkəsindəki müraciətində bildirib.
“Suverenlik xalqa məxsusdur və bu gün xalq öz mövqeyini birmənalı şəkildə ifadə etdi. Hökumət sözünün üstündə durdu: seçki kampaniyası zamanı bəyan edilmiş islahatı müzakirəyə çıxardı və qərarı vətəndaşların öhdəliyinə buraxdı. İtaliyanın modernləşdirilməsi üçün əldən verilmiş fürsətə görə təəssüf hissi qalsa da, biz əvvəlki kimi bu seçimi qəbul edirik. Bununla belə, aldığımız mandat çərçivəsində dövlətin rifahı naminə öz vəzifələrimizi sakit və vicdanla yerinə yetirməyə davam edəcəyik. Qətiyyətlə, məsuliyyətlə, İtaliyanın və onun xalqının maraqlarına hörmətlə irəli gedəcəyik”, – deyə baş nazir bəyan edib.
Səslərin hesablanmasının ilkin nəticələrinə görə, referendum iştirakçılarının 54,47 %-i islahatın əleyhinə çıxış edib. Səsverməyə konstitusiyaya uyğun olaraq dövlət hakimiyyətinin müstəqil qolu sayılan məhkəmə-istintaq sisteminin strukturunun dəyişdirilməsi və səlahiyyətlərin yenidən bölüşdürülməsi ilə bağlı kifayət qədər spesifik məsələ çıxarılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:387
Bu xəbər 23 Mart 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















