Meloni: Türkiyənin mövqeyi əvvəldən konstruktiv olub
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın baş naziri Giorgia Meloni, ABŞ-ın Ukrayna ilə bağlı hazırladığı 28 bəndlik sülh planı üzərində işləməyin mənalı olacağını bildirib.
Turkustan.az xəbər verir ki, o, vurğulayıb ki, Avropa bu mərhələdə belə təşəbbüslərə ehtiyac duyur və irəliləyişə səbəb ola biləcək təkliflər ortaya qoya bilməlidir.
Meloni, prezident Rəcəb Tayyib Ərdoğanla görüşü və Türkiyənin Ukrayna müharibəsindəki rolu ilə bağlı suala cavabında bunları deyib: “Mənə elə gəlir ki, prezident Ərdoğan da 28 bəndlik təklifə konstruktiv yanaşır və müvəqqəti atəşkəs tərəfdarları arasındadır. O, sabah Putinlə görüşəcək və düşünürəm ki, bu, strateji baxımdan əhəmiyyətli ola bilər. Bu səbəbdən prezident Ərdoğanın danışıqlarda iştirakı müsbət inkişafdır.”
G20 Liderlər Zirvəsi üçün Cənubi Afrikanın Yohannesburq şəhərində səfərdə olan Meloni, zirvə sonrası İtaliya mətbuatına açıqlamalar verib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 24 Noyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















