Icma.az
close
up
RU
Meloni və Makron Avropanın gücləndirilməsi məsələlərini müzakirə etdilər

Meloni və Makron Avropanın gücləndirilməsi məsələlərini müzakirə etdilər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İtaliyanın Baş naziri Corcia Meloni və Fransanın Prezidenti Emmanuel Makron Roma şəhərində Avropa İttifaqının (Aİ) qarşılaşdığı çətinliklər, bu çətinliklər qarşısında İttifaqın gücləndirilməsi, həmçinin Ukrayna müharibəsi və Orta Şərqdəki son hadisələr barəsində fikir mübadiləsi aparıblar.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Meloni, dünən axşam Makronu rəsmi mərasimlə baş nazirliyin iqamətgahı Çigi Sarayının həyətində görüşüblər.

Son həftələrdə qarşılıqlı ittihamlar səbəbilə münasibətləri gərgin olan iki lider, fotomüxbirlərə poz verdikdən sonra təkbətək görüş keçiriblər. Təxminən 3 saat davam edən bu görüşdən sonra nümayəndə heyətləri ilə birlikdə işgüzar nahar baş tutub və ardınca ortaq yazılı açıqlama yayılıb.

Baş nazirliyin yaydığı ortaq açıqlamada: "Meloni və Makron, 3 iyun 2025-ci il tarixində Romada görüşərək ortaq çətinliklərin artdığı bir dövrdə Avropanın hərəkətə keçməsi və səfərbər olunması yönündə aparılan səyləri ətraflı müzakirə və koordinasiya etmək məqsədi ilə bir araya gəliblər", - deyə bildirilir.

Görüşün, eyni zamanda iki ölkə arasındakı münasibətlərin dəyərləndirilməsi üçün fürsət yaratdığı qeyd edilən açıqlamada vurğulanıb: "İtaliya və Fransa, Avropa layihəsinin qurucu ölkələri olaraq öz rollarına sadiq qalaraq, sülhə töhfə verə bilən, maraqlarını qoruya bilən və vətəndaşlarını müdafiə edə bilən daha suveren, daha güclü və daha firavan bir Avropa üçün ortaq öhdəliklərini gücləndirməyi hədəfləyir", - deyə məlumatda qeyd edilib.

Açıqlamada bildirilib ki, liderlər arasında Avropanın rəqabət qabiliyyəti və rifahına dair gündəlikdə böyük bir uyğunluq var. "Bu çərçivədə, normativ yükün azaldılması, dövlət və özəl investisiyaların təşviqi, enerji siyasətləri, texnoloji neytrallıq prinsipinin tam tətbiqi və ümumilikdə Avropa şirkətləri üçün bərabər rəqabət şəraiti yaradılması kimi sahələrdə iddialı və sürətləndirici addımlar atılmalıdır. Bu, avtomobil və polad sənayesi kimi dönüşüm mərhələsində olan sektorlar qədər, süni intellekt, bərpa olunan və karbon tərkibli olmayan enerji mənbələri (məsələn, nüvə enerjisi) və kosmik texnologiyalar kimi yüksək texnoloji sahələr üçün də keçərlidir. Bu sahələrdə ikitərəfli və Avropa səviyyəsindəki maraqlar bir-biri ilə sıx bağlıdır",- deyə bildirilir.

Açıqlamada həmçinin qeyd olunub ki, Fransa və İtaliya qarşıdan gələn Aİ Liderlər Zirvəsinə hazırlıq, çoxillik yeni maliyyə çərçivəsi, miqrasiya, Aİ-nin genişlənməsi və islahatlar mövzusunda əməkdaşlıqda qərarlıdırlar.

Ukrayna müharibəsi ilə bağlı isə: "Rusiyanın Ukraynaya qarşı hücumu 3 ildir davam edir və İstanbulda Ukrayna ilə Rusiya arasında baş tutan son danışıqlardan sonra, Fransa və İtaliyanın Ukraynaya verdiyi sarsılmaz və tərəddüdsüz dəstək ədalətli və davamlı bir həllin təmin olunması baxımından daha da vacibdir. Bu dəstək, eyni zamanda Avropa müdafiəsi sahəsində investisiyaların artırılmasını və Avropanın sənaye və texnoloji müdafiə infrastrukturunun gücləndirilməsini nəzərdə tutur", - deyə qeyd olunub.

Açıqlamada həmçinin bildirilir ki, bu görüş liderlərə, xüsusilə Orta Şərq və Liviyada Avropa üçün əhəmiyyət kəsb edən digər təhlükəsizlik məsələləri ilə yanaşı, transatlantik əlaqələr və Aİ-nin iqtisadi və ticarət təhlükəsizliyi mövzusunda mövqelərini koordinasiya etmək imkanı verib.

Görüşün sonunda, Meloni və Makronun növbəti ikitərəfli zirvənin 2026-cı ilin əvvəlində Fransada keçirilməsi barədə razılığa gəldiyi açıqlanıb.

İtaliyada 2022-ci ilin oktyabrında hakimiyyətə gələn sağ koalisiya hökumətinin başçısı Meloni ilə Fransa Prezidenti Makron arasında münasibətlər dalğalı şəkildə davam edib.

Son olaraq, 16 mayda Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi zirvəsində Fransanın təşəbbüsü ilə ABŞ Prezidenti Donald Tramp və bəzi Avropa ölkələrinin liderlərinin Ukrayna ilə bağlı keçirdiyi telefon görüşünə Meloninin dəvət olunmaması gərginliyi artırmışdı.

Bu görüşə qatılmadığı üçün ölkəsində tənqid olunan Meloni, görüşün Ukraynaya əsgər göndərmək məsələsi ilə bağlı olduğunu və buna görə iştirak etmədiyini bildirmişdi. Makron isə sözügedən danışığın əsgər göndərmək yox, atəşkəslə əlaqəli olduğunu açıqlamışdı. Qarşılıqlı açıqlamalar iki lider arasındakı gərginliyi artırmışdı.

İtaliya mətbuatında görüş öncəsi yayılan xəbərlərdə qeyd olunurdu ki, Roma görüşü təşəbbüsü Makrondan gəlib və görüşün məqsədi, Aİ daxilində nizamsız miqrasiya, Ukrayna müharibəsi və digər məsələlər üzrə davam edən yüksək gərginliyi azaltmaq idi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyun 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri