Merts və Makron Avropanın nüvə gələcəyini müzakirə edirlər
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Rəsmi Berlin və Paris ümumavropa nüvə müdafiə sisteminin formalaşdırılması imkanlarını fəal şəkildə nəzərdən keçirirlər".
Moderator.az TASS-a istinadən xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki çıxışı zamanı bəyan edib.
"Mən Fransa Prezidenti Emmanuel Makronla Avropanın nüvə təhlükəsizliyi məsələləri üzrə ilkin məsləhətləşmələrə başlamışam", - deyə Almaniya hökumətinin başçısı vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin martında Emmanuel Makron xalqa müraciətində Fransa nüvə qüvvələrinin himayəsinin digər Avropa ölkələrinə də şamil edilməsi imkanları barədə tərəfdaşlarla dialoqa start verildiyini elan etmişdi. Almaniya, Polşa, Litva və Danimarka rəsmiləri bu strateji mövzunun müzakirəsində iştirak etməyə hazır olduqlarını bildiriblər. "Financial Times" nəşrinin qeyd etdiyi kimi, Vaşinqtonun avropalı müttəfiqləri, ABŞ Administrasiyasının Rusiya ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş yeni siyasəti fonunda, müstəqil nüvə qalxanının yaradılması variantlarını dərindən təhlil edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 13 Fevral 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















