Icma.az
close
up
RU
Məlumat bazaları bir platformada yerləşdiriləcək KONKRET

Məlumat bazaları bir platformada yerləşdiriləcək KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (İCMP) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında təmaslar II Qarabağ müharibəsindən əvvəlki illərə təsadüf edir. Sonradan bu təmaslar inkişaf etdirilərək əməkdaşlıq mərhələsinə çatdırılıb və 2022-ci ilin aprel ayında Katrin Bomberqerin rəhbərliyi ilə qurumun nümayəndə heyətinin Azərbaycana səfəri zamanı aparılmış müzakirələrin yekunu olaraq Dövlət Komissiyası və ICMP arasında itkin düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində əməkdaşlığa dair Protokol imzalanıb. Həmin vaxtdan etibarən əməkdaşlıq intensiv xarakter alıb.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Rəis müavini vurğulayıb ki, Azərbaycanın aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin iyun ayında ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycana səfər edib və müvafiq hesabat hazırlayıb. Bu hesabat 2025-ci ilin mart ayında Bakı şəhərində təşkil olunmuş konfrans çərçivəsində Dövlət Komissiyasına təqdim edilib:”Xatırladım ki, həmin tədbirdə də nümayəndə heyətinə ICMP-nin baş direktoru Katrin Bomberqer rəhbərlik edib. Aparılmış müzakirələr və keçirilmiş görüşlər zamanı ICMP-nin nümayəndə heyəti tərəfindən qurumun axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə sahəsindəki imkanları və uğurları, maddi-texniki bazası, kadr potensialı və işlədiyi yeni elmi metodikalar barədə ətraflı məlumat verilib, qurum tərəfindən hazırlanmış elektron məlumat bazasının Azərbaycana təqdim edilməsi və aidiyyəti dövlət qurumlarının mütəxəssislərinə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat bazasının idarəedilməsi, müvafiq rəy və protokolların beynəlxalq standartlara uyğun tərtibi sahəsində təlimlərin keçirilməsinə hazır olduqları bildirilib. Respublikamıza səfərin, keçirilmiş görüşlərin və aparılmış müzakirələrin nəticəsi olaraq ICMP-nin itkin düşmüş şəxslər probleminin həllində, yeni texnologiyaların və metodologiyaların tətbiqi sahəsində ölkəmizə dəstək verəcəyi və əməkdaşlığın davam etdirilməsi razılaşdırılaraq 2025-ci il üzrə “İş planı təklifi” hazırlanıb və icra edilib. Katrin Bomberqer tərəfindən 2025-ci ilin noyabr ayında Dövlət Komissiyasına ünvanlanmış məktubda qurumun hazırladığı Məlumat İdarəetmə Sisteminin (Integrated Data Management System – iDMS) Azərbaycan dilinə inteqrasiya edilmiş versiyasının Dövlət Komissiyasına təqdim olunacağı bildirilib və ilkin tətbiqi üçün “yol xəritəsi” təqdim olunub. İDMS itkin düşmüş şəxslərlə bağlı indiyə kimi mövcud olan məlumat bazalarının bir platformada yerləşdirilməsinə, aidiyyəti dövlət qurumlarının məlumatları eyni vaxt rejimində bazaya daxil etməsinə və emalına imkan yaradacaq. Proses nəticəsində məlumatların qısa müddətdə əldə olunması və qərarların operativ qəbulu mümkün olacaq”.

Şərafət Həsənov qeyd edib ki, təklif edilən planda Azərbaycan ərazisində İDMS-nin və tamamlayıcı element olan Onlayn Sorğu Mərkəzinin (Online Inquiry Center – OIC OAySi) yerləşdirilməsi üçün xüsusi serverlər və digər avadanlıqlar Dövlət Komissiyası tərəfindən təmin edildiyi üçün tərəflərin razılığına əsasən, İDMS-nin quraşdırılması və əsas modulların aktivləşdirilməsinin həyata keçirilməsi və məlumat daxiletmə və idarəetmə üzrə praktiki təlimin keçirilməsi üçün ICMP-nin Məlumat Sistemləri və Məlumatların Koordinasiyası bölməsinin (Data Systems and Data Coordination – DSDC) iki əməkdaşı cari ilin iyun ayının əvvəlində Azərbaycana səfər ediblər. “Planlaşdırılan bütün proseslər başa çatdıqdan sonra hər iki qurumun rəhbəri tərəfindən ICMP proqram təminatının, o cümlədən İDMS və OIC istifadəsini tənzimləyən “Son İstifadəçi Lisenziya Müqaviləsi”nin imzalanması nəzərdə tutulur. Mühüm olan aspekt ondan ibarətdir ki, İDMS-nin yerləşdiriləcəyi serverlər Azərbaycan ərazisində olacaq və sistemə giriş icazəsi yalnız Dövlət Komissiyasında təmsil ediləcək aidiyyəti qurumların təlim keçmiş əməkdaşlarına veriləcək. Bununla yanaşı, sistem çərçivəsində Azərbaycan və Ermənistan vətəndaşlarına itkin düşmüş şəxslərə, o cümlədən dəfn yerlərinə dair konfidensial qaydada məlumat (İncognito rejimində) verilməsi imkanı yaradılacaq. Verilmiş məlumatlar yalnız humanitar məqsədlə istifadə ediləcək və məlumat verən şəxs heç bir halda məsuliyyət daşımayacaq. Burada məqsəd itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına xidmət etməkdir”,- deyə rəis müavini diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyun 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri