Icma.az
close
up
RU
Məlumat bizə gecə daxil oldu, səhəri gözləmədən futbolçuları klubdan qovduq

Məlumat bizə gecə daxil oldu, səhəri gözləmədən futbolçuları klubdan qovduq

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

“Məlumat bizə gecə daxil oldu, səhəri gözləmədən futbolçuları klubdan qovduq. Ertəsi gün bu mövzuda əlimizdəki bütün məlumatları və sübutları AFFA-ya təqdim etdik”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Premyer Liqasında iştirak edən “Şamaxı”nın baş meneceri Kamran İsmayılov AFFA İntizam Komitəsinin yanvarın 30-da verdiyi qərara əsasən Adil Nağıyevin ömürlük futboldan uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.

O, danışılmış oyunlarda iştirakına görə futboldan ömürlük kənarlaşdırılan komandanın sabiq futbolçusu barədə detalları açıqlayıb: “AFFA-nın hansı oyunlara nəzərən belə qərar qəbul etdiyini açıqlaya bilmərəm. Bizdə təsdiq var idi. Nəinki araşdırmalara kömək etmişik, hətta bu məsələni biz qaldırmışıq. Yəni, məlumat bizə daxil oldu və həmin gün buna əsasən daxili araşdırma keçirdik. Bu zaman bizə kifayət edəcək sübut ortaya çıxdı. Biz bu məsələni qaldıranda nə AFFA-nın, nə də başqa bir nəfərin xəbəri var idi. Olub ki, araşdırmaların gedişində bizə müraciət edilib, özümüz əlimizdən gələn köməyi etmişik. Futbolçu idman prinsiplərini pozdu, layiqli cəzasını da aldı”.

İsmayılov Nağıyevlə bərabər komandadan uzaqlaşdırılan digər futbolçu Giorgi Kantariyaya dair məsələyə də toxunub: “AFFA Kantariya barəsində araşdırmaları davam edir. Buna görə hələ geniş açıqlama verə bilməyəcəyik. Adil barəsində isə belə faktların olduğunu bildikdən sonra əlimizdə olan bütün sübutları AFFA-ya təqdim etdik və araşdırma başlanıldı. Bu ərəfədə, lazım olarsa, gələcəkdə də milli assosiasiyanın əlavə hansısa sualına, sənədlərin toplanmasına kömək edəcəyik. Bizə görə, nəinki “Şamaxı”, ümumiyyətlə, futbol təmiz olmalıdır. Bunun qarşısında duran hansısa insanlar da cəzasını almalıdır”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına görə, Azərbaycan Premyer Liqasında son klubu “Şamaxı” olan Adil Nağıyev danışılmış oyunlarda iştirakına görə, futbolla əlaqəli hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Giorgi Kantariya barədə isə araşdırmalar davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri