Məməlilər 236 milyon il əvvəl diri bala doğublarmış
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alimlər Argentinada tapılan 236 milyon illik qalığı araşdıraraq məməlilərin əcdadlarından birinin diri bala doğduğuna dair ilk sübutları əldə ediblər.
Lent.az xəbər verir ki, söhbət “Chiniquodon theotonicus” adlı, təxminən it boyda ətyeyən heyvandan gedir.
Qalığın sümüyündə doğuşdan sonra böyümənin sürətləndiyini göstərən xüsusi iz aşkarlanıb. Heyvanın doğulduğu vaxt çəkisinin təxminən 1,7 kq, yetkinlikdə isə 12 kq olduğu hesablanıb.
Bu göstəricilər müasir məməlilərdə diri doğulan balaların ölçülərinə daha çox uyğun gəlir.
Bununla belə, alimlər nəticəni təsdiqləmək üçün daha çox qalığa ehtiyac olduğunu bildirirlər.
Bu mövzuda digər xəbərlər:Təbiətdə niyə mavi məməlilər yoxdur?
03 May 2026 23:26
300 kiloqramlıq məməlilər 100 ildən sonra yenidən Braziliyaya qayıtdı
28 Yanvar 2025 00:51
İlk məməlilər dinozavr dövründə necə sağ qalıb? Alimlər uğurun açarını açıqladı
16 Mart 2025 17:04
3 milyon il əvvəl yaşayıb
29 Dekabr 2024 01:49
Milyon il əvvəl itirilmiş dünya” TAPILDI
08 Fevral 2026 13:31
Baxış sayı:132
Bu xəbər 15 Avqust 2026 05:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















