Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Məmməd İsmayılın adını oradan silib qaçmaq istəyirdim...

Məmməd İsmayılın adını oradan silib qaçmaq istəyirdim...

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hava istidir, bir yandan da susamışam. Həmkarıma yay fəslində işləməyin düzgün olmadığını deyirəm. Bu vaxt su içmək lazım olduğu bir daha yadıma düşür. Qanıqara aşağı düşüb mətbəxə keçirəm.

Bidonda su qalmadığını görəndə əhvalım bir az da korlanır:

– Su yoxdur?

– Qurtarıb, bir azdan maşın gətirəcək, – mətbəxdəki xanımlardan biri cavab verir.

Küçəyə çıxıb kölgəlikdə siqaret yandırıram. Çox keçməmiş su firmasının maşını agentliyin qapısının ağzında dayanır. Maşının üzərində böyük hərflərlə “ƏSRİK” kəlməsini oxuyanda yadıma ötən il şair Məmməd İsmayıldan aldığım bir müsahibə düşür:

– Bu yaxınlarda doğulub boya-başa çatdığınız ünvana – Tovuzun Əsrik kəndinə getmisiniz...

– Hə, getmişdim.

– Çox qaldınız?

– Bir-iki gün qalıb geri qayıtdım. Sonra yenə getmək istəyirdim, ağrılarım çox oldu, gedə bilmədim. Bizim kəndimiz yaşanılası yerdir. Mənim evimin arxası da, qarşısı da dağlardır. İmkan tapan kimi gedəcəyəm.

– Bu ağrının-acının içində sizi Əsriyə çəkən nədir?

– Anamın məzarı... Mənim ondan başqa kimim var idi ki? Yatırdım, gecənin bir aləmi ayılıb görürdüm ki, başıma dolanır. Başıma dolanır ki, bütün ağırlığımı alsın.

Müsahibəni xatırlaya-xatırlaya mətbəxə gedib sudan doyunca içirəm. Yuxarı qalxıb kompüterin arxasına keçəndə şair Ehtiram İlhamdan telefona zəng gəlir:

– Nadir, Məmməd İsmayıl rəhmətə getdi.

Xəbəri eşidəndə Əsrikdən gələn sudan içib Məmməd İsmayılın səsini yadıma salmaq istədim. Düşündüm, görəsən, bu gecə kimsə Məmməd İsmayılın başına dolanıb ağırlığını canına çəkəcək?..

***
2023-cü ilin iyuludur, 10-cu aydır hərbi xidmətdəyəm. Komandirlərdən gizlin işlətdiyim telefonla feysbukda gəzişirəm. Kiminsə paylaşımı qarşıma çıxır:

“Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib”.

Elə xəbəri eşidən kimi dilimin altında gizlətdiyim misraları pıçıldamağa başladım: “Bu mənəm, a kəndim, tanımadınmı, bu həmin Məmməddi, bir az sınıxıb...”

Həmin vaxt bir ətcə sərçə balası düz pəncərənin ağzına qonub cikkildədi. O axtardığı dən məndə yox idi, amma dəqiq bildim ki, Məmməd İsmayıl ölməyəcək, dedim, yox, bu kişi mərd kişidir, məni gözləyəcək, bu sərçənin Allahı onu öldürməz...

Məmməd İsmayılın ağır vəziyyətdə olduğunu eşitdiyim səhərin xiffətli axşamçağısı gün növbətçisi idim. Elə boğazı nazilmiş sərçə kimi “tumbuçka”da dayandığım həmin günün axşamı hardansa bir şeir gəlib ürəyimi dimdiklədi. Misranın yadımdan çıxmaması üçün “tumbuçka”nın üstünə yazdım. Buna görə bizi danlamasınlar deyə, qələmin izini “tumbuçka”dan silmək üçün hansı təlatümləri keçirdiyimi Allah bilir...

Xidmət saatım bitən kimi balaca dəftərçəmə “Şairə deyin, ölməsin” şeirimi qaraladım... Elə həmin gecə cızma-qara etdiyim şeirin bir misrası belə idi:

Məni gözləyənlərdən biri də sən ol,

mən oldum, olmadım,

bəlkə, öldüm, ölmədim

gözlə,

gözünə ehtiyac,

sözünə möhtac,

misrana ac olanlar var…

gözlə, kimsə naəlac olmasın…

şairə deyin, ölməsin…

***

Ölüm xəbərini eşidəndə Məmməd İsmayılla ilk canlı görüşüm yadıma düşdü. 2023-cü ilin noyabrı idi, əsgərlikdən təzə gəlmişdim, Ankaraya ədəbiyyat tədbirinə getmişdik. Onda Məmməd İsmayıl da Qazi xəstəxanasında müalicə alırdı.

– Əyyub əmi, məni Məmməd İsmayılın yanına apar, – yazıçı Əyyub Qiyasa dedim.

– İcazə vermir, sonra məni danlayacaq, olmaz.

– Sən apar.

Qaşlarını çatıb fikrə getdi, axırı razılaşdıq.

Qazi xəstəxanasına necə gedəcəyimizi bilmirdik. Soruşa-soruşa bir avtobusa mindik. Qarslı bir xanım dedi ki, mən də ora gedirəm, sizə kömək edəcəyəm. Əlqərəz, bir-iki avtobus dəyişib çatdıq mənzil başına...

Üçüncü mərtəbəyə qalxanda dəhlizin başındakı lövhədən bu sözləri oxudum: "Mehmet İsmail – 104". Adının qabağına otağının nömrəsi yazılmışdı... 

Qapını döyüb asta-asta otağa daxil olduq. Heç əlindən də öpməyə icazə vermədi. 

Xəstəlik onu üzmüşdü... Sınıxmışdı, şəkillərdə gördüyüm şuxluğu qalmamışdı, canı ağrıyırdı. Fəqət səsi həmən idi, elə bil bu dəqiqə şeir deyəcək. Elə danışırdı, elə bil şeir deyirdi. Nitqi iti, zehni iti... 
Deyirdi, 84 yaşım var, ölüm umrumda belə deyil, dünyanın ən uzun çayı da bir yerdə başlayır, bir yerdə bitir.

Əyyub müəllimə deyirdi ki, Nadirdən muğayat olun, düzəlib qayıtsam, götürüb gələrsən kəndə...

Otaqdan çıxanda Məmməd İsmayılın adını lövhədən silib qaçmaq istəyirdim, bacarmadım...

*** 

2024-cü il, sentyabrın 6-dır. Səhər baş redaktor planlaşmada tapşırır ki, Məmməd İsmayılın səhhətini diqqətdə saxla. Nahardan sonra Ehtiram İlhama zəmg vururam:

– Hardasınız, Ehtiram müəllim?

– Bakıda, dərdin alım.

– Gedək, Məmməd İsmayıla bir baş çəkək.

– Saat 3-də olarsan Fikrət Əmirovun heykəlinin yanında.

Redaksiyadan çıxanda təkid edirlər ki, fotoqraf da sənlə getsin. Fotoqrafa ehtiyac olmadığını deyirəm. Sözün düzü, kiminsə yataqda, sınıxmış vəziyyətdə onu görməsini istəmirəm.

Mənzilbaşına çatanda isə Məmməd müəllimin əyləşdiyini, saç-saqqalının səliqəli olduğunu və danışmağa güc tapdığını görüb fotoqrafın da gəlməsini redaksiyadan xahiş edirəm.

İlk dəfə əvvəlcədən sual hazırlamamış müsahibəyə başlayıram. 

İndi o müsahibədən bəzi hissələr yada düşür:

– Ürəyiniz kimi istəyirsə, deyin, gələn dəfə onu da özümüzlə gətirək...

– Bir adam sifarişlə gəlirsə, heç gəlməsin, ehtiyac yoxdur. Baxın, pəncərəmdən Xəzər dənizi necə aydın görünür. Hər gün onunla üz-üzəyəm. Mən Xəzərə dərdimi deyirəm, o da dalğaları ilə mənə nəsə pıçıldayır.

***
– Məmməd müəllim, əcəl qapını ağacdələn misalı taqqıldadır. İçinizdə təlatüm varmı?

– Qəti... Nəyi bacarmışamsa, eləmişəm. Ədəbi taleyim də yaşamaq üçün etibarlı oldu... Düşünürsən ki, Allahdan bir dəqiqə də möhlət ala bilməzsən, hər şey ölçülüb-biçilib. Bu yaşa gəlib çıxmışam. Bundan sonra ölüm qorxusu canımı bürüsə, deməli, indiyə qədər boş yaşamışam. Heç kəs ölümdən yan qaça bilmir. Ölüm gəlişini heç kəsə xəbər vermirsə, ondan qorxmaq olmaz.

– Məmməd müəllim, sizə cansağlığı arzulayıram... Bağışlayın, sizi yordum.

– Uğurlar, Nadir. Bayaq sual verdin ki, kimisə görməyi arzulayırsınız? Elə səni də, Ehtiramı da görmək istəyərdim. Çox sağ olun. Yaxşı ki, gəldiz...

Sağollaşanda ikimiz də qəhərləndik. Üzü Xəzərə tərəf oturmuşdu, qapıya sarı çevrilmədi. Yəqin mənə danışmadıqlarını Xəzərə danışacaqdı. Bizim söhbətimiz bitdi, onların isə söhbəti hələ təzə başlayırdı...

***
Əsrikdən gələn su dumdurudu. Məmməd İsmayıl da Tovuzun Əsrik kəndindən Bakıya gələn su kimi, sabah səssiz-səmirsiz Əsriyə yola salınacaq. Onun adının xəstəxana lövhəsindən silinməyi bu günün taleyinə, söz yaddaşına köçmək isə Məmməd İsmayılın taleyinə yazılıbmış...

Ölüm, hədələmə məni ölümlə,
Ölərəm, sənin də sirrin açılar.

Özünün də dediyi kimi, daha ölüm Məmməd İsmayılı hədələyə bilmir. O, fiziki olaraq öldü. Bununla da öz ölümünün sirrini açdı...

Nadir Yalçın, Kulis.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri