Icma.az
close
up
RU
Məmməd Məmmədovun icra Başçısı olduğu Tovuzda 3.6 milyonluq əməliyyat Görün hara köçürülüb? (ARAŞDIRMA)

Məmməd Məmmədovun icra Başçısı olduğu Tovuzda 3.6 milyonluq əməliyyat Görün hara köçürülüb? (ARAŞDIRMA)

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

32gun.az-ın apardığı araşdırma Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) 2025-ci ildə bağladığı satınalmaların strukturunda maraqlı mənzərəni üzə çıxarıb. Məmməd Məmmədovun rəhbərlik etdiyi qurumun keçirdiyi tenderlərin böyük hissəsinin azsaylı şirkətlər arasında bölünməsi diqqəti çəkir. Üstəlik, eyni profilli işlərin bir neçə dəfə ard-arda eyni şirkətə verilməsi proseslərin şəffaflığı ilə bağlı suallar yaradır.

İlk tender – tədbirlərin təşkili üçün yüz minlərlə manat

RİH-in il üzrə ilk iri müqaviləsi:

“RR TRAVEL COMPANY” MMC
Tədbirlərin təşkili
141.570,5 AZN

Tədbir təşkilinin bu qədər yüksək məbləğlə satın alınması, xüsusilə də büdcədənkənar vəsait hesabına olması iddiaları daha da gücləndirir.

Xırda tenderlər – eyni şirkətlər, oxşar xidmətlər

Dəftərxana ləvazimatı, cari təmir və layihə-smeta sənədləri üzrə bağlanan müqavilələrdə isə diqqətə çarpacaq dövriyyə var:

“FOR OFFICE” MMC – Dəftərxana və təsərrüfat malları
14.830,3 AZN

“RƏZ” MMC – Avtomobillərin cari təmiri
6.300,4 AZN

“HOUSE PROJECT” MMC – Abadlıq və mənzil fondu üzrə layihə-smeta sənədləri
4.720 AZN5.192 AZN8.590,4 AZN

“HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION” MMC – Yol təmiri üzrə sənədləşmə
Təkrar-təkrar bağlanan müqavilələr:
5.498,8 AZN4.958,36 AZN4.958,36 AZN

Bu şirkətlərin hər biri il ərzində bir neçə fərqli tenderdə qarşımıza çıxır. Bu isə Tovuz RİH-in xidmət və layihə-smeta işlərini nə üçün məhz bu dar çevrədə paylaşdığı ilə bağlı aydınlıq ehtiyacını artırır.

İri məbləğlər – yol və abadlıq pulları kimə gedir?

Ən böyük rəqəmlər yenə eyni istiqamətdədir: yol tikintisi və abadlıq.

“VNM İnşaat” MMC – Abadlıq
73.441,67 AZN

“Kontur Arxitektura Layihə-Sənaye” QSC
– Büdcədənkənar vəsaitlə yol təmiri – 598.665,34 AZN
– Yerli vəsaitlə yol təmiri – 667.468,14 AZN

Bir şirkətə yol təmiri adı ilə verilən vəsaitin ümumi məbləği 1,2 milyon manatı keçir.

“AZƏRTRANSS” MMC – Mənzil fondunun əsaslı təmiri
134.489,93 AZN

“TALEH-RT” BM – Abadlıq işləri
579.452,33 AZN

Beləliklə, Tovuzda abadlıq və yol təmiri üzrə ən iri xərclərin böyük hissəsi cəmi üç şirkət ətrafında cəmlənib.

Yanacaq, avadanlıq və digər xərclər

AZPETROL – Yanacaq alınması
6.000 AZN

“SM Construction Company” MMC – Maşın və avadanlıqlar
5.721,43 AZN

Bu kateqoriyadakı məbləğlər nisbətən kiçik olsa da, ümumi mənzərədə yenə də eyni sual doğurur: Tovuz RİH niyə bu qədər qısa siyahı ilə işləyir?

Ümumi məbləğ 

32gun.az-ın hesablama nəticələrinə görə, araşdırmada yer alan bütün satınalmaların ümumi dəyəri 3.6 milyon manatdır. 

Bu məbləğin böyük hissəsinin eyni tip işlərə və eyni şirkətlərə yönləndirilməsi Tovuz Rayon İcra Hakimiyyətinin tender siyasətinin nə qədər rəqabətli və şəffaf olduğu ilə bağlı suallar yaradır.

Ayaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri