Məmmədovun “Prado”sundan çıxanlar: İki tüfəng, turaclar, qaşqaldaq…
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Ovdan qayıdan şəxs həbs edilib. Onun avtomobilindən odlu silah, döyüş sursatları aşkar edilib.
Avtosfer.az xəbər verir ki, 45 yaşlı A.Məmmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Onun avtomobilinə baxış keçirilən zaman iki ədəd tüfəng və patronlar aşkar edilib.
İmişlidən ovdan qayıdan A.Məmmədov Qaradağ rayonu ərazisində idarə etdiyi 99-OV-500 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilində saxlanılıb. Onun avtomobilindən 3 ədəd qaşqaldaq, bir baş yaşılbaş ördək və “Qırmızı kitab”a düşmüş 6 ədəd turac götürülüb.
İstintaq zamanı təqsirləndirilən şəxsin təbiətə vurduğu zərər 2002 manat olaraq hesablanıb.
Təqsirləndirilən şəxs bildirib ki, maşınından çıxan tüfənglərdən biri atasından yadigardır. Digəri isə qardaşına məxsus olub. Həmin silahlardan yalnız ova gedən zaman istifadə etdiklərini deyən A.Məmmədov əməlindən peşman olduğunu söyləyib.
Məhkəmə təqsirləndirilən şəxsi qanunsuz olaraq odlu silah saxlama, qanunsuz olaraq ov etməkdə təqsirli bilib. Məhkəmənin hökmü ilə himayəsində 6 övladı olan, onkoloji xəstəlikdən əziyyət çəkən A.Məmmədov 10 ay həbs cəzasına, 3 min manat cərimə cəzasına məhkum edilib.(musavat)
Baxış sayı:118
Bu xəbər 08 Avqust 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















