Icma.az
close
up
RU
Məmmədyarov iddialara cavab verdi:

Məmmədyarov iddialara cavab verdi:

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla yalnız dostluq münasibətləri yox, həm də biznes ortaqlığı olduğu iddia edilib.

Mətbuatda yayılan məlumatlara görə, Lavrov Rusiyada nəhəng biznes şəbəkəsinə sahibdir və illik dövriyyəsi 600 milyon dollardan yuxarı olan konsulluq xidmətləri göstərən şirkətləri idarə edir.

Bildirilib ki, Elmar Məmmədyarov nazir olduğu müddətdə əsas yatırımlarını Lavrovun şirkətlərinə yönəldib və buradan böyük gəlir əldə edib. Sözügedən iddia ilə "Gununsesi.info" çıxış edib. İddiaya görə, Lavrovun ailəsi də böyük biznes şəbəkəsi ilə əlaqəlidir – onun qızı Rusiyanın ən iri əczaçılıq şirkətlərindən birinin sahibinin oğlu ilə ailə həyatı qurub.

Modern.az iddialarla əlaqədar sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb. 

Elmar Məmmədyarov deyilənləri təkzib edib. O, son dövrlə şəxsinə qarşı ittihamlar səsləndirən şəxsləri məhkəməyə vermək fikrində olmadığını deyib:

"Mənə bu sözlər heç dəymir. Buna görə də nəsə bir addım atmağa, onları məhkəməyə verməyə dəyməz. Onlar bəlkə də, istəyirlər ki, hansısa bir hərəkət olsun. Yenə də danışsınlar. Niyə mən onlara imkan verim ki, yenə də danışsınlar. Ona görə mənim üçün fərq etməz", - Məmmədyarov vurğulayıb.

O bildirib ki, nazir vəzifəsindən uzaqlaşandan sonra Lavrovla mütəmadi yox, bəzən əlaqələr qurub:

"Yazışırdıq. Amma təbii ki, intensiv şəkildə yox. Nazirdir, məşğul adamdır. Mən də "pensioner" adamam. Qızı ilə tanışam, kürəkəni ilə yox". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri