Məmmədyarov rapiddə dünyanın 20 ci şahmatçısı
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Klassik şahmatdan sonra Beynəlxalq Şahmat Federasiyası mart üçün rapid və blits üzrə də reytinq cədvəllərini dərc edib.
İdman.biz xəbər verir ki, sürətli şahmatda Azərbaycan qrossmeysterləri arasında ən yüksək nəticə Şəhriyar Məmmədyarova məxsusdur.
O, siyahıda 20-ci (2701 xal), Teymur Rəcəbov 34-cü (2668) , Eltac Səfərli isə 95-ci (2616) yerdədirlər.
Maqnus Karlsen (Norveç, 2819) rapiddə liderlik edir, ikinci yerdə Dinq Liren (Çin, 2776), üçdə isə Yan Nepomnyaşi (FIDE, 2758) qərarlaşıblar.
Eyni zamanda, blitsdə Məmmədyarov 35-ci yerdədir (2680). İlk "yüzlük"də daha üç şahmatçımız var: Rəcəbov 41-ci (2663), Rauf Məmmədov 64-cü (2637), Eltac Səfərli isə 77-ci (2627) mövqedədirlər.
Blits üzrə də lider Karlsendir (2883), ikinci yerdə Alireza Firuzca (Fransa, 2857), üçdə isə Hikaru Nakamura (ABŞ, 2838) qərarlaşıblar.
İdman.biz
Baxış sayı:158
Bu xəbər 01 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















