Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Məmur hoteldə səs küy salan qonşusu ilə dava etdi Video

Məmur hoteldə səs küy salan qonşusu ilə dava etdi Video

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Quba rayonunun Qəçrəş yolunda yerləşən “Alma Bağı” hotelində qonaqlar arasında dava düşüb. 

“Qafqazinfo” xəbər verir ki, ötən ilin qışında hotelin 314 nömrəli otağında 31 yaşlı Kənan İsmayıllı dostu Mahir və iki xanım tanışı ilə birlikdə qonaq olub.

312 nömrəli qonşu otaqda isə Ceyhun Nəcəfov ailə üzvləri ilə istirahət edirmiş. Gecə yarısı Kənan və onunla olan şəxslər otaqda yüksək səslə musiqi dinləyib nalayiq ifadələr işlədiblər. Ceyhun əvvəlcə bu barədə hotel nəzarətçilərini məlumatlandırıb. Üstündən bir az keçdikdən sonra isə eyni otaqdan yenidən səs-küy gəlib. Bu dəfə Ceyhun 314-cü otağa gedərək qapını təpiklə vurmağa başlayıb. Kənan çölə çıxan kimi isə Ceyhun ona irad bildirib, əlbəyaxa davaya çıxıblar.

Ceyhun Nəcəfovla birlikdə hoteldə olan bacanağı Xəqani Əliyev və digər qohumlarının da mübahisəyə qoşulmasından sonra gərginlik daha da artıb. Tərəflər arasındakı dava yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra dayanıb.

Baş vermiş hadisə anbaan hotelin təhlükəsizlik kameralarına düşüb, görüntülər təqsirləndirilən şəxs tərəfindən saytımıza təqdim edilib:

Bu dava ilə bağlı aparılan araşdırma nəticəsində Ceyhun zərərçəkmiş, Kənan isə təqsirləndirilən statusu alıb. İstintaqın bu qərarında əsas isə tibbi ekspertizanın rəyidir. Ekspertin rəyinə görə, dava zamanı 52 yaşlı Ceyhun Nəcəfova dəyən zərbələr daha güclü olub, onun burun sümükləri sınıb. Kənanın bədənində aşkar edilən xəsarətlər isə sağlamlığa zərər vurma əlamətləri yaratmadığından dərəcəsi müəyyən edilməyən xəsarətlər kimi qiymətləndirilib.

Buna əsasən Kənan İsmayıllıya Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham verilib, iş Quba Rayon Məhkəməsinə göndərilib.

Kənan məhkəmədə özünü təqsirli bilmədiyini, əksinə zərərçəkmiş olduğunu deyib: “Ceyhun Nəcəfov və qohumları məni hotelin dəhlizində yerə yıxıb döyüblər. Bədənimin müxtəlif yerlərinə təpik və yumruqla vurublar. Hamısı da videoda açıq-aşkar görünür.  Davadan 6 gün sonra tibbi ekspertiza keçirilib, guya onun xəsarəti mənimkindən ağır olub. Halbuki hücuma məruz qalan da, yerə yıxılıb döyülən də mən olmuşam. Amma indi onlar məsuliyyətdən kənarda qalıb”. 

Təqsirləndirilən şəxs hakimdən hadisə anının videosuna baxış keçirməsini və bu ziddiyyətli ittihama düzgün hüquqi qiymət verilməsini xahiş edib.

Fotoda: Ceyhun Nəcəfov

Zərərçəkmiş qismində tanınmış Ceyhun Nəcəfov isə baş verənlərin istintaq materiallarında yazılan kimi olduğunu deyib. Amma təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmayıb.

Məhkəmə hökmündə yalnız təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurması ilə bağlı ittihamı istintaq orqanının səhvi kimi qiymətləndirilib. Hakim Nigar Xəlilova bu epizodu belə izah edib ki, tərəflər arasındakı mübahisə birbaşa Ceyhun Nəcəfovun təşəbbüsü ilə başlayıb. Buna görə də Kənanın ona xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi əsassızdır.

Hökmə əsasən, Kənan İsmayıllı qəsdən sağlamlığa az ağır zərər vurmaqda və ictimai qaydanın pozulması ilə nəticələnən xuliqanlıqda təqsirli bilinib. O, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilsə də, amnistiya aktının tətbiqi ilə cəzanın çəkilməsindən azad olunub.

Kənan İsmayıllı verilmiş cəzanı çəkməkdən azad edilsə də, bu, onun bəraət alması demək deyil. Məhkəmə onu təqsirli bildiyindən məhkumluq statusu qüvvədə qalıb. Məhz buna görə də o, haqqında çıxarılmış hökmün ləğv edilməsi və bəraət alması məqsədilə apellyasiya məhkəməsinə üz tutub.

Kənan apellyasiya şikayətində zərərçəkmiş şəxsin yüksək vəzifəli şəxs olduğunu, bu səbəbdən işə təsir etdiyini yazıb. Onun sözlərinə görə, Ceyhun Nəcəfov İqtisadiyyat Nazirliyinin tarif-qiymət siyasəti şöbəsinin müdiridir. 

Təqsirləndirilən şəxs indi işə yenidən baxılmasını, hadisə anının əks olunduğu videonun sübut kimi qəbul edilməsini və hər kəsin qanun qarşısında bərabərliyi nəzərə alınaraq bəraət qərarı çıxarılmasını istəyir.

Kənanın hökmə etirazından sonra Ceyhun Nəcəfov da əvvəlki barışıq mövqeyindən imtina edib. Hazırda şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Hələlik yekun qərar açıqlanmayıb.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 İyun 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri