Icma.az
close
up
RU
MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”... Sabiq deputat nazirə hansı məsləhətləri verəcək? AzPolitika onlayn siyasiictimai qəzet

MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”... Sabiq deputat nazirə hansı məsləhətləri verəcək? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin əksəriyyəti az qala xəstəlik halını almış bir çox “özəlliklərə” malikdirlər. Buraya korrupsiya, qohumbazlıq, yerlibazlıq və s. aiddir. Ən yeni tariximizdə bütün bunlara bir də “müşavirbazlıq” əlavə olunub... 

Hələ mərhum vergilər naziri Fazil Məmmədov vəzifədə ikən, yəni, “qılıncının dalı da, qabağı da kəsən” vaxtlarında özünə 10-a yaxın müşavir təyin etmişdi. Hamısı yüksək maaş və “paket” alan həmin müşavirlərin bir neçəsi gerçək peşəkar olsa da, qalanları hansısa qohumluq, dostluq əlaqələri, yaxud kimlərinsə tapşırığı ilə işə götürülmüşdülər. Həmin vaxt mətbuat bu barədə yazandan sonra nazir müşavirlərinin sayını daha da artırmışdı...

İndi də F.Məmmədovun “torpağı sanı yaşayan” elə məmurlarımız var ki, bu ənənəni şövqlə davam etdirirlər. İki ay əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli özünə 4 yeni müşavir təyin edəndə də mətbuat “bir-iki ağız” danışıb dayandı. Həmin vaxt İ.Həbibbəyli 89 yaşlı akademik Telman Əliyevi süni intellekt(!), rəqəmsal inkişaf və innovasiya məsələləri(!), 85 yaşlı akademik Yaqub Mahmudovu ictimai elmlər, 78 yaşlı akademik Möhsün Nağısoylunu şərqşünaslıq məsələləri, 75 yaşlı akademik Adil Qəribovu isə yeni texnologiyalar(!) üzrə müşavir vəzifələrinə təyin etmişdi. AMEA-nın özünün bir qurum kimi effektivliyi, müasir tələblərə cavab vermə səviyyəsi böyük sual altında ikən bu cür yaşlı adamların öz yaşı da 75-i ötən İ.Həbibbəyliyə müşavir təyin edilməsi haqlı sual və narazılıqlar, həmçinin ironiya doğurmuşdu. Ancaq təbii ki, buna məhəl qoyan olmadı və hazırda həmin akademiklər yüksək müşavir maaşı almaqda, elmimiz isə onların sayəsində “sürətlə inkişaf etməkdədir”...

Bu günlərdə isə mətbuatda daha bir maraqlı müşavir təyinatına rast gəldik. Məlum oldu ki, VI çağırış Milli Məclisin deputatı olmuş Jalə Əhmədova Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müşavir təyin edilib. İstər-istəməz sual yaranır ki, parlamentdəki təmsilçiliyi dövründə hansısa parlaq işi, təşəbbüsü, çıxışı və s. ilə yadda qalmayan, xüsusilə də əmək və sosial məsələlər sahəsində hər hansı bilik və bacarıqları, təcrübəsilə seçilməyən sabiq deputat nazirə hansı məsələlərdə müşavirlik edəcək, nəyin məsləhətini verəcək? Görəsən, bu xanım sosial sahədə nazir Babayevin bilmədiyi nəyi bilir?

Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit kimi vəzifələrdə çalışıb. Sonra da deputat olub. Yaxşı, bu vəzifələrin hansında toplanan təcrübə, bilik və bacarıqlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ehtiyacı var? Əgər söhbət hüquq məsləhətindən gedirsə, hər bir nazirliyin, o cümlədən də Babayevin başçılıq etdiyi nazirliyin hüquq şöbəsi və təcrübəli hüquqşünasları var. Belə olan halda, doğrudanmı nazirin hüquq üzrə müşavirə ehtiyacı var və bunun üçün yüksək maaşlı hüquq məsləhəti verən müşavir götürmək lazımdır?

Yeri gəlmişkən, sabiq deputat J.Əhmədovanın özü azsaylı müsahibələrinin birində öz hüquq təhsili və deputat fəaliyyəti barədə danışıb. Deputatlıq fəaliyyəti barədə danışan Əhmədova deyib: “Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam... Mən hələ özümü o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm”.

Təhsilə gəlincə, məlum olub ki, bu xanım da bəzi digər deputatlar və məmurlar kimi vaxtilə ABU-nu, yəni, Elşad Abdullayevin saxtakarlıq, rüşvət yuvası olan Azərbaycan Beynəlxalq Universitetini bitirib. Əhmədova özü bu barədə müsahibəsində deyib: “Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim... Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi”. İndi bu xanım əmək nazirinə müşavirlik edəcək, dövlət qulluqçusu statusu və yüksək maaş alacaq. Əvəzində, minlərlə təhsilli, enerjili, savadlı gənclərimiz işsizdir. Onlar bu cür nazirliklərdə işə düzəlmək üçün min bir əzabdan keçirlər, universitet, magistratura bitirəndən sonra əlavə olaraq, bir də DİM imtahanı verirlər. Lakin bu imtahanlarda yüksək ballar toplamaları belə onların işlə təmin olunacağı anlamına gəlmir. DİM imtahanından keçsələr də, işə qəbul müsahibələrində əksər hallarda nazirliklər “öz adamılarını” keçirirlər. Digərləri isə aylarla, illərlə iş üçün gözləməli olur və bezib ölkədən gedirlər.

Ancaq nə olsun? Bu cür problemlər heç kimi, xüsusi də məmurları, nazirləri qətiyyən maraqlandırmır. Onlar hələ özlərinə müşavir, köməkçi, sürücü, katibə seçməkdədirlər...

Cəlal Məmmədov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri