Icma.az
close
up
RU
MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”... Sabiq deputat nazirə hansı məsləhətləri verəcək?

MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”... Sabiq deputat nazirə hansı məsləhətləri verəcək?

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin əksəriyyəti az qala xəstəlik halını almış bir çox “özəlliklərə” malikdirlər. Buraya korrupsiya, qohumbazlıq, yerlibazlıq və s. aiddir. Ən yeni tariximizdə bütün bunlara bir də “müşavirbazlıq” əlavə olunub... 

Hələ mərhum vergilər naziri Fazil Məmmədov vəzifədə ikən, yəni, “qılıncının dalı da, qabağı da kəsən” vaxtlarında özünə 10-a yaxın müşavir təyin etmişdi. Hamısı yüksək maaş və “paket” alan həmin müşavirlərin bir neçəsi gerçək peşəkar olsa da, qalanları hansısa qohumluq, dostluq əlaqələri, yaxud kimlərinsə tapşırığı ilə işə götürülmüşdülər. Həmin vaxt mətbuat bu barədə yazandan sonra nazir müşavirlərinin sayını daha da artırmışdı...

İndi də F.Məmmədovun “torpağı sanı yaşayan” elə məmurlarımız var ki, bu ənənəni şövqlə davam etdirirlər. İki ay əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli özünə 4 yeni müşavir təyin edəndə də mətbuat “bir-iki ağız” danışıb dayandı. Həmin vaxt İ.Həbibbəyli 89 yaşlı akademik Telman Əliyevi süni intellekt(!), rəqəmsal inkişaf və innovasiya məsələləri(!), 85 yaşlı akademik Yaqub Mahmudovu ictimai elmlər, 78 yaşlı akademik Möhsün Nağısoylunu şərqşünaslıq məsələləri, 75 yaşlı akademik Adil Qəribovu isə yeni texnologiyalar(!) üzrə müşavir vəzifələrinə təyin etmişdi. AMEA-nın özünün bir qurum kimi effektivliyi, müasir tələblərə cavab vermə səviyyəsi böyük sual altında ikən bu cür yaşlı adamların öz yaşı da 75-i ötən İ.Həbibbəyliyə müşavir təyin edilməsi haqlı sual və narazılıqlar, həmçinin ironiya doğurmuşdu. Ancaq təbii ki, buna məhəl qoyan olmadı və hazırda həmin akademiklər yüksək müşavir maaşı almaqda, elmimiz isə onların sayəsində “sürətlə inkişaf etməkdədir”...

Bu günlərdə isə mətbuatda daha bir maraqlı müşavir təyinatına rast gəldik. Məlum oldu ki, VI çağırış Milli Məclisin deputatı olmuş Jalə Əhmədova Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müşavir təyin edilib.

İstər-istəməz sual yaranır ki, parlamentdəki təmsilçiliyi dövründə hansısa parlaq işi, təşəbbüsü, çıxışı və s. ilə yadda qalmayan, xüsusilə də əmək və sosial məsələlər sahəsində hər hansı bilik və bacarıqları, təcrübəsilə seçilməyən sabiq deputat nazirə hansı məsələlərdə müşavirlik edəcək, nəyin məsləhətini verəcək? Görəsən, bu xanım sosial sahədə nazir Babayevin bilmədiyi nəyi bilir?

Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit kimi vəzifələrdə çalışıb. Sonra da deputat olub. 

Yaxşı, bu vəzifələrin hansında toplanan təcrübə, bilik və bacarıqlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ehtiyacı var? Əgər söhbət hüquq məsləhətindən gedirsə, hər bir nazirliyin, o cümlədən də Babayevin başçılıq etdiyi nazirliyin hüquq şöbəsi və təcrübəli hüquqşünasları var. Belə olan halda, doğrudanmı nazirin hüquq üzrə müşavirə ehtiyacı var və bunun üçün yüksək maaşlı hüquq məsləhəti verən müşavir götürmək lazımdır?

Yeri gəlmişkən, sabiq deputat J.Əhmədovanın özü azsaylı müsahibələrinin birində öz hüquq təhsili və deputat fəaliyyəti barədə danışıb. Deputatlıq fəaliyyəti barədə danışan Əhmədova deyib: “Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam... Mən hələ özümü o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm”.

Təhsilə gəlincə, məlum olub ki, bu xanım da bəzi digər deputatlar və məmurlar kimi vaxtilə ABU-nu, yəni, Elşad Abdullayevin saxtakarlıq, rüşvət yuvası olan Azərbaycan Beynəlxalq Universitetini bitirib.

Əhmədova özü bu barədə müsahibəsində deyib: “Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim... Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi”. 

İndi bu xanım əmək nazirinə müşavirlik edəcək, dövlət qulluqçusu statusu və yüksək maaş alacaq. Əvəzində, minlərlə təhsilli, enerjili, savadlı gənclərimiz işsizdir. Onlar bu cür nazirliklərdə işə düzəlmək üçün min bir əzabdan keçirlər, universitet, magistratura bitirəndən sonra əlavə olaraq, bir də DİM imtahanı verirlər. Lakin bu imtahanlarda yüksək ballar toplamaları belə onların işlə təmin olunacağı anlamına gəlmir. DİM imtahanından keçsələr də, işə qəbul müsahibələrində əksər hallarda nazirliklər “öz adamılarını” keçirirlər. Digərləri isə aylarla, illərlə iş üçün gözləməli olur və bezib ölkədən gedirlər.

Ancaq nə olsun? Bu cür problemlər heç kimi, xüsusi də məmurları, nazirləri qətiyyən maraqlandırmır. Onlar hələ özlərinə müşavir, köməkçi, sürücü, katibə seçməkdədirlər...

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri