Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Mən başqa cür ola bilməzdim...” Kim onu sənətin imperatoru adlandırmışdı?

Mən başqa cür ola bilməzdim...” Kim onu sənətin imperatoru adlandırmışdı?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün sevilən sənətkar, Xalq artisti Fuad Poladovun anım günüdür.

Kulis.az Fatimə Qurbanzadənin "Fuad Poladov şəxsiyyəti və Hamlet" yazısını təqdim edir.

Hər bir aktyorun öz yaradıcılıq yolu var və bu yolda hər aktyor özünəməxsus cığır açır. Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji aktyor məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi və faciə rollarının mahir ifaçısı Fuad Poladov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İskəndərovun aktyorluq studiyasını bitirmişdir. Ə.İskəndərov ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Fuad Poladovun da ağır və ciddi təbiətinin formalaşmasında Ədil müəllimin rolu var. İnsanların çoxu Fuad Poladov adını eşitdikdə artıq Hamleti, Qacarı və digər ambisiyalı obrazlarını xatırlayır.

Xarakterin formalaşmasına eyni zamanda bioloji şərtlər də təsir edir. Amma, xarakterin formalaşmasında irsi təsirin əhəmiyyətli rolundan danışarkən çox ehtiyatlı olmaq lazımdır. A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik əhəmiyyətsiz sayılmır, ancaq mənimsəmə prosesi ilə müqayisədə o asılı vəziyyətdə olur. Fuad Poladov ziyalı ailəsində doğulmuşdu deyə, sonradan kimdənsə nəsə qazanmamışdı, onun qanında, düşüncəsində “səhnə təbiəti” var idi. Onda aktyor təbiəti irsən formalaşmışdı və bu irsi təbiətə təkan verən isə Ədil İskəndərov olmuşdu. Fuad Poladov özü də müsahibələrin birində qeyd edirdi ki, “Bəzən deyirlər ki, bir də doğulsaydım, başqa cür yaşayardım, amma mən başqa cür ola bilməzdim...”.

Boris Zaxavanın belə bir mülahizəsi var: “Kimin ki, akyor təxəyyülü yoxdur, aktyor olmamalıdır”. Çünki aktyor daim ətrafını müşahidə etməyi, ən əsası isə, baxmağı deyil, görməyi bacarmalıdır. Fuad Poladov sadə, ləyaqətli, ciddi və təvazökar idi. Bu “aktyor təbiəti” ona ətrafdakıları dərk edib, gözləmləməyə imkan verirdi. Konstantin Stanislavski deyirdi ki, “Sənəti özünüzdə sevin, özünüzü sənətdə yox”. Fuad Poladov öz içindəki Hamleti, Qacarı, Şahbazı, İblisi, Lopaxini və s. tapmışdı və onları bizə göstərməyi bacarırdı. Çox maraqlıdır ki, bu obrazları birləşdirən ümumi bir cəhət var və bu, onların öz içlərindəki şəxsiyyəti hər şeydən üstün tuta bilmək bacarıqlarıdır. Bu obrazlar özlərini daim yüksəklərdə görməyə can atan ambisiyalı, əzmkar və həyatın sərt üzünü görmüş obrazlardır.

Hər aktyor oynadığı obrazla özü arasında körpü yaratmağı bacarmır, amma Fuad Poladov, sanki obrazla bir bütün olmağı bacarırdı. Fuad Poladovun belə bir sözü var: “Xaraktercə özündən tamam fərqli obrazda belə aktyor özünü göstərir və obrazın inandırıcılığı, canlılığı aktyorun özündən asılıdır... Obrazın arxasında aktyor şəxsiyyəti dayanır”. O, özü həyatda ləyaqətli, bütöv, yalanla barışa bilməyən və ciddi insan idi. Öz işinə ciddi və məsuliyyətli yanaşırdı. Fuad Poladovun işinə yansıtdığı diqqət və məsuliyyət, onunla səhnəni bölüşən həmkarlarına da təsir edirdi.

B.Zaxavanın dediyi kimi, “Aktyorda öz istəyi ilə yaxud sifarişlə özünə maraq oyatmaq qabiliyyətini tərbiyə etmək lazımdır”. Fuad Poladov həm tamaşaçıda, həm də tərəf müqabilində öz işinə qarşı maraq oyatmağı bacarırdı. “Hamlet” tamaşasında onunla tərəf müqabili olmuş Sənubər İskəndərli deyir ki, “Özümün sözüm olmayanda çəkilirdim, kənardan onun tamaşaçısına çevrilirdim”.

Fuad Poladov U.Şekspirin “Hamlet” tamaşasındakı rolunda öz istedadının bütün diapazonunu göstərə bilmişdi. Şekspirin obrazları qəlbində Tanrı səviyyəsinə ucalmaq istəyi olan obrazlardır. Hamlet də İsa Məsih kimi danışır, sakit, eyhamla, hər sözü, hər davranışı semantik polifonizm səviyyəsinə yüksəldir. Şekspir qəhrəmanlarına xas olan digər cəhət – hamıdan, dünyadan belə küsmək bu obrazda da var. Fuad Poladov da insanlara qarşı qapalı olan, şəxsi həyatını çox vaxt gizli saxlamağa çalışan biri idi. O özü müsahibələrinin birində qeyd etmişdi: “Mən özümə qapanmağı yaxşı bacarıram. Sanki bir skafandr, qılaf geyinirəm və ətrafımda olanlar təkliyimə mane olmur...”

Şekspirin faciə qəhrəmanlarının küsmələrinə səbəb dünyanın teatra bənzədilməsi və hamının bir-birini aldatdığını düşünmələridir. İnsanlara qarşı inamsızlıq Fuad Poladovda da vardı. O, digər bir müsahibəsində deyirdi ki, “Yox, mən sadəlövh adam deyiləm. Sadəcə, inam mühitinin böyüməsini istəyirəm. Sənə inanıram ki, sən də mənə inanasan. Amma tez-tez daşa dəyir istəyim və bu da tənhalığa gətirib çıxarır”. Fuad Poladovda sanki Şekspir obrazlarına bənzərlik, Aydın Talıbzadənin təbirincə desək, “hamletizm” vardı. Yəni, sənətkar bu bütövlüyü sonradan əldə etməmişdi, zatən onun mizantropik təbiətində bir Hamlet yatırdı.

Fuad Poladov 1989-ci ildə Akademik Milli Dram Teatrından ayrılmışdı, lakin bunun səbəbini tam dəqiq şəkildə bildirməmişdi. Amma Fuad Poladov müsahibələrinin birində belə bir fikir səsləndirirdi: “Gördüm ki, məni rəfə qoymaq istəyirlər, ordan çıxdım getdim...” Hər aktyorun özünəməxsus improvizasiya taktikası var. Fuad Poladov improvizasiyanı əla bacarırdı. Hətta bəzən özünü ifa etdiyi obraza o qədər qapdırırdı ki, bilmədən “Layert” obrazını canlandıran həmkarının ayağını zədələmiş olurdu.

Şekspirin Hamleti bütün obrazların əməl xətlərinin kəsişdiyi vahid bir nöqtədir. Əvvəldən axıra kimi həqiqət axtarışında olan Hamletin sözləri tamaşaçını duyğular burulğanına salır, insan onunla birlikdə düşünür, acı çəkir, mübahisə edir və ya onunla razılaşır.
Bəlkə də, Hamlet öz anasını əmisinə qarşı qısqanırdı və nəticədə bu onda psixoloji xəstəliyə çevrildiyi üçün ona təkan verən atasının hallüsinasiyası olurdu. Hamletin Ofeliya ilə söhbətində də nevroloji xəstəlik sindromu özünü göstərirdi və artıq “qısqanclıq” hissi “intiqam” hissinə çevrilirdi. Onu uğursuzluğa düçar edən və cinayətkara çevirən elə cəmiyyətin özü deyildimi?

Hamleti biz niyə sevirik? Məgər bizə yaxın olan birinin bir başqasını bizdən çox sevdiyini bildikdə həmin insana qarşı nifrət etmirikmi? Məsələn, ən sadə nümunəni götürək, özümüzdən yaşca kiçik bacı və ya qardaşımız doğulduqda ilkin hissimiz qısqanclıq olmurmu? Hətta bəzilərimiz balışla onu boğmağa, çimdikləməyə, anamız ona azca qayğı göstərdiyi vaxt onu anamızdan uzaqlaşdırmağa çalışmırıqmı? ...

Hamleti bizə yaxınlaşdıran və ona qarşı rəğbət yaradan, əslində, bizə tanış olan hiss - “qısqanclıq” idi. Bunu tam olaraq görməsək də, əslində, bu hiss bizi Hamletlə doğmalaşdırırdı. Qısqanclıq Hamletdə çox qabarıq idi və yadıma Henrik İbsenin “Vahimə” pyesindəki Osvaldı salırdı. Çünki Osvaldın anasına qarşı münasibəti ana-oğul münasibətindən çox, insest münasibəti xatırladır. Anası zəhərləndikdə Hamlet ona “Səfil kraliça, əlvida sənə” deyir. Hansı oğul anasına ölüm ayağında ikən bu cür kobud söz deyər? Sırf buna görə də Hamletin anası ilə sərbəst və kobud danışığı onun anasına qarşı hansı münasibəti göstərdiyini eyhamlaşdırır. Hamlet xarakteri ziddiyyətli olduğu üçün onu yalnız aktyor improvizasiyası ilə fərqli cür yozumlar verərək səhnədə göstərmək mümkündür. Buna görə də biz “Hamlet” faciəsinin müxtəlif teatrlardakı tamaşalarına baxdıqda hər dəfə fərqli yozumlarla qarşılaşırıq.

Şekspirin “Hamlet” pyesi Rusiya teatrlarında da dəfələrlə tamaşaya qoyulub. Boris Morozovun quruluşunda hazırlanan tamaşada Hamleti Nikolay Lazerev oynayır. O, Hamleti daha emosional və hisslərinə məğlub bir obraz kimi təqdim edir. Fuad Poladovun Hamleti isə əzmkar, nifrətlə baxan, baxışları ilə intiqam alovunu büruzə verən bir obrazdır. Nikolay Lazerevin Hamleti Horatsionu gördükdə, az qala, ağlayır və atasının ruhu ilə qarşılaşdıqda huşunu itirir. Bu obraz mənə daha zəif və duyğuları ilə hərəkət edən biri kimi gəldi. Fuad Poladovun Hamleti qərarlarında və davranışlarında daha qəti və inamlıdır. Hamletlə Layertin döyüş səhnəsindəki coşqunu mən Fuad Poladovun ifasında daha bariz şəkildə duydum. Onun gözlərindən qısqanclıq, nifrət aydın sezilirdi. Deyirlər ki, “acı qarşısında qəhrəman yoxdur”. Hamletin anasının və Ofeliyanın ölümündən sonra intiqam hissinin coşduğunu Fuad Poladov bizə göstərirdi. Amma Lazerev Hamletinin səhnədə hər hərəkətindən, hər sözündən zəiflik, acizlik yağır. Seyran Səxavətin belə bir sözü var: “Fuad Poladov bu gün imperatoru oynayır, deməli, o sənətinin imperator zirvəsinə gəlib çatıb”. Həqiqətən də, Fuad Poladov bizim sənət aləmində sözünü demiş, öz cığırını açmış bir sənətkar olmuşdur. Nə xoş o xalqa ki, onun Fuad Poladov kimi ləyaqətli sənətkarı var.

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova Bəstəkarlar İttifaqında milli fantastika filmi müzakirəyə çıxarıldı Almaniyada həvəskar "arxeoloq" tarixi qalaya zərər yetirdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 May 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri