Icma.az
close
up
RU
Vernidub Bakıda …Rusiyaya qarşı savaşa başladı! “başqa cür edə bilməzdim…”

Vernidub Bakıda …Rusiyaya qarşı savaşa başladı! “başqa cür edə bilməzdim…”

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ola bilər ki, Yuri Vernidub “Neftçi”ni mövsümün sonunda hədəfinə çatdırsın, komanda avrokuboklara vəsiqə qazansın. Amma o da mümkündü ki, Samir Abasovun rəzil günə saldığı “ağ-qaralar” ardıcıl üçüncü il avrokuboklardan kənarda qalsın.

Hadisələrin bundan sonrakı axarından asılı olmayaraq, ukraynalı mütəxəssis artıq adını tarixə yazdırıb, alqışlanası addım atıb!
Bəli-bəli, söhbət onun hər yerdə və hər meydanda Rusiyaya qarşı savaş açmasından gedir. Vernidubun “Neftçi” ilə müqaviləyə xüsusi bənd saldırması haqda xəbəri böyük məmnunluq hissi ilə oxudum. Beləliklə, baş məşqçinin məsuliyyət dairəsinə daxil olan bütün məsələlərdə Rusiya klubları ilə istənilən formada əlaqələr tam istisna olunur. Bu, həm transfer siyasətinə, həm də Rusiya komandaları ilə mümkün yoldaşlıq oyunlarına aiddi. Yəni Vernidubun baş məşqçi olduğu dövrdə "Neftçi" Rusiya klubları ilə yoxlama oyuna keçirə və onlardan futbolçu ala bilməz.
Heç şübhəsiz, Vernidub ətrafında başverənlərdən xəbərdardı. Onun dekabrın 9-da “sükanı arxasına” keçdiyi “Neftçi” cəmi 5 gün sonra Moskva “Lokomotiv”inin akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Özü də İslam Kərimov səviyyəsində! Memoranduma əsasən, tərəflər gənc futbolçuların yetişdirilməsi sahəsində təcrübə mübadiləsi aparacaq, Azərbaycan və Rusiyada turnirlər təşkil edəcək. Müqaviləyə təhsil fəaliyyətləri, məşqçilik təcrübələri və başqa sahələrdə əməkdaşlıq da daxildi.
Vernidub gerçək bir vətənpərvər kimi müqaviləsinə belə bənd saldırmalıydı və saldırıb da. Şəxsən mən Azərbaycanın iki ən populyar klubundan birinin təcavüzkar, Qarabağın da 30 ildən artıq müddətdə işğal altında qalmasının əsas səbəbkarı olan ölkənin hansısa klubu ilə əməkdaşlığını təsəvvür etmirəm. Dünya rusdan qaçır, onu imkan daxilində təcrid edir, yarış meydanına buraxmır, biz isə rusa yardım əlimizi uzadır, imicinin təmizlənməsinə dəstək veririk. Olmaz, ola bilməz!
Vernidubun Ukraynadan məhz “Neftçi” üçün çıxmasına yüksək səviyyədə icazə verilib, bu ilin sonunda vətəninə qayıtmağa məcburdu, bununla bağlı öhdəlik götürüb. O vaxta qədər nələrin olacağını bilmirik, amma bildiyimiz odu ki, bu gün “Neftçi”nin “sükanı arxasında” gerçək bir vətənpərvər, vətəni üçün ölməyə və öldürməyə hazır olan məşqçi əyləşib. O, 2022-nin fevralından – Rusiyanın təcavüzü başlayandan bəri döyüşə atılan 3 mindən artıq ukraynalı idman adamından biridi. Müharibə başlayandan dərhal sonra iki dəfə çempion etdiyi, Çempionlar Liqasının qrupuna çıxardığı “Şerif”i atan, dogma Zaporojyeyə atılan mərmilərə dözməyərək Ukrayna Silahlı Qüvvələrinə qoşulan adamdı. Artilleriya diviziyasının tərkibində dogma torpaqların müdafiəsi üçün döyüşüb. Bizə də yaxşı tanış olan oğlu Vitali ilə birgə:

“Başqa cür edə bilməzdim. Bu, mənim seçimimdi”.

Təbii ki, beləsinə alqış düşür. Təbii ki, azərbaycanlı idmançılar və məşqçilər Vernidubdan nəsə öyrənməlidi. Heç bir işğal cavabsız və cəzasız qala bilməz. Sağ ol, Yuri Nikolayeviç!
ORXAN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Yanvar 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri