Icma.az
close
up
RU
“Mən dəyişmişəm, başqa adamam” “Cəmi bir problemim var”

“Mən dəyişmişəm, başqa adamam” “Cəmi bir problemim var”

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, kinorejissor Ayaz Salayevin "Yeni Sabah"a müsahibəsini təqdim edirik:

– Ayaz müəllim, sizi kinorejissor kimi qəbul edək, yoxsa kino nəzəriyyəçisi kimi? Bu, bir çoxlarının mübahisə mövzusudur.

– Mən elə düşünürəm ki, səni nəsə adlandırmaq üçün ona uyğun diplomun olmalıdır. Mənim diplomum kinoşünaslıq üzrədir və ixtisasıma görə kinoşünasam. Amma mən filmlər çəkirəm rejissor kimi. Bəzi filmlərin uğurlu olmağına görə rejissor da adlana bilərəm. Daha çox kinematoqrafiya üzrə mütəxəssisəm. Burada məktəb mənsubiyyəti var, mən kinoşünaslıq üzrə dərs keçə bilərəm, lakin rejissorluq üzrə keçə bilmərəm, çünki o sahə üzrə diplomum yoxdur.

– Çəkdiyiniz filmlərdən biri, ekran üzü görməyən “Ehram TV”ni nə üçün görə bilmədik?

– O film mövcuddur. YouTube-da “Ağ-qara gecələr” adlanır. O film zəifdir və mən o filmin premyerasını etməmişəm. Məndən xəbərsiz YouTube-a qoyublar və mən də onu çıxartmıram. Çünki adam hər şeyə cavabdeh olmalıdır — uğurlarına da, uğursuzluqlarına da. Heç bir rejissor yoxdur ki, onun bir dənə də olsun zəif layihəsi olmasın.

–Sizin üçün sponsor tapmaq asandır, ya çətin?

– Mənim yeganə problemim yaxşı ssenaridir. Əgər o olsa, mən digər şeyləri rahatlıqla tapa biləcəyəm. Həyat özü tapır. Təbii ki, sponsoru tapmaq çox çətin bir şeydir, amma problem o deyil, cəmi bir problemim var, o da yaxşı ssenari.

– Ən azı postsovet ölkələrində bir çox tanınmış kinoaktyor sülalələri mövcuddur. Ekranda kino qəhrəmanlarını canlandırmış bu şəxslərin övladları, hətta nəvələri xalq və əməkdar artistlərin sənət yolunu uğurla davam etdirirlər. Lakin Nəsibə Zeynalova, Cahangir Novruzov timsalından başqa bu cür davamlılığı görmək mümkün deyil. Sizcə, niyə ölkəmizdə oxşar kino və ya teatr sülalələri yoxdur?

– Çox yaxşı sualdır, lakin mən bu haqda fikirləşməmişəm. Bu suala cavab vermək üçün mənə fikirləşmək lazımdır.

– Mərhum Siyavuş Aslanın narkoman oğlu Çingiz Aslan, mərhum Ceyhun Mirzəyevin “bomj” qızı Cəmilə Mirzəyeva... Bu şəxslərlə bağlı aşkar olunan fikir budur ki, cəmiyyət olaraq valideynlərinə görə onlara mütləq əl tutmalı, şəfqət göstərməliyik. Doğrudanmı valideynlərinin şöhrəti, tituluna görə onlara yazığımız gəlməlidir?

– Hər bir bu cür insana bizim yazığımız gəlməlidir və hər bir belə adama biz kömək etməliyik. Təbii ki, tanınmış və xalq tərəfindən sevilən birinin uşağı olanda bu mövzuya olan diqqət ikiqat olur. Necə ki, Brejnevə ev verildi və deyildi ki, bu evi sizə görə yox, sizin böyük babanıza görə veririk. Hər halda onların valideynləri öz yaradıcılıqları ilə xalq üçün nəsə edib və düşünürəm ki, onlar da istəyər ki, onların gördüyü sevgidən öz övladları da görsün. Konkret olaraq cavabım — bəli.

– Müsahibələrinizin birində demisiniz ki, qarışıq nikahlara qarşı deyiləm, amma sevəndə özümüzünküləri sevin. Bu məsələ haqqında fikirləriniz nədir?

– Mən bu fikri bildirdim ki, mənə elə gəlir, insan öz taleyini yaşadığı vətənin taleyindən ayırmamalıdır. Biz uzun müddət işğal altında yaşadıq və çox az dövlət bizə şərik oldu. Çox az, ikili standartlarla yanaşmalar gördük. Müstəqilliyimizə sevinməyən heç kəs bizi bu cür formalaşdırdı. Mən dəyişmişəm, mən başqa adamam.

– Sizi daha çox “Cavan” və “Retro” verilişlərini aparan aparıcı kimi yadda saxlamışıq, amma indi isə müdrik bir insan, azərbaycanlı bir dayı, əmi obrazı kimi görünürsünüz. Bu, yaşdan irəli gələn bir şeydir?

– Mən ömrü boyu fikirləşmişəm, həyat təcrübəsi yığa bilmək üçün. O ki qaldı mənə yaşlanmış deməyiniz, bu yəqin ki, belədir, amma məni heç sevindirmir. Qocalıqdan çox qorxuram. Amma hə, bu qocalıqdan irəli gələn bir şeydir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 İyun 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see726

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

27 İyun 2025 15:10see149

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see127

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see126

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see122

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see120

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see119

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see118

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see117

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see116

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see116

Bakıda partlayış bu ərazidə baş verib

27 İyun 2025 07:22see116

Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

27 İyun 2025 18:15see116

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır Kosaçev

27 İyun 2025 19:59see115

İran MAQATE rəhbərini persona non grata elan etdi

27 İyun 2025 22:29see114

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see114

Ukraynada Rusiyaya qarşı sanksiya təzyiqinin sinxronlaşdırılmasına dair qərar qüvvəyə minib

27 İyun 2025 16:58see114

Dünənki güclü partlayışdan sonra… Yeni video KONKRET

27 İyun 2025 13:59see114

“Yuve” və “Siti”dən növbəti asan qələbələr

27 İyun 2025 09:07see114

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri