Icma.az
close
up
RU
Trabzonspor prezidenti: Uğurcanı Fənər ə 20 milyona da satmaram

Trabzonspor prezidenti: Uğurcanı Fənər ə 20 milyona da satmaram

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Trabzonspor'' və Türkiyə yığmasının qapıçısı Uğurcan Çakırın ''Fənərbaxça''ya transferi, eləcə də Dominik Livakoviçin ''Fənər''dən ayrılması mövzusunda yeni xəbərlər var.
Nəhayət, ''Trabzonspor'' cəbhəsindən Uğurcanla bağlı yayılan iddialara rəsmi münasibət bildirilib. Özü də bunu klub prezidenti Ərtuğrul Doğan özü edib. Fanatlar Uğurcanın özündən açıqlama gözləyirdilər. Axı ''Trabzonspor''la ''Fənərbaxça''nın münasibətləri qaydasında deyil. Ona görə də belə səssiz-sedasız şəkildə ''Trabzonspor''un kapitanı və öz yetirməsini ''Fənər''ə buraxması birmənalı qarşılanmırdı. Doğan gözlənildiyi kimi sərt açıqlamalar verərək Uğurcanı hətta 20 milyon avroya da ''Fənər''ə satmayacağını bildirib:

''Uğurcan məsələsi qəribə hal alıb. Mən daha öncə çox açıq və konkret olaraq bu mövzuda fikrimi bildirmişdim. Uğurcan bizim kapitanımız, ən dəyərli oyunçularımızdan biri, qardaşımız, trabzonlu və əsil ''Trabzonspor''ludu. Kapitanımızı satmaq niyyətimiz yoxdu! Yalnız xaricdən təklif gəlsə və bu təklif bizi qane etsə, o zaman düşünmək olar. Daha öncə ona xarici klubdan rəsmi bir təklif gəlmişdi. Özünə təklif edilən şərtlər qənaətbəxş olsa da, kluba təklif edilən şərtlər istənilən səviyyədə olmadığı üçün qəbul etməmişdi. O vaxt ona özüm də söz vermişdim ki, xarici klubdan yaxşı bir təklif gəlsə, mane olmayacam. Uğurcanın özünün də Avropa ilə bağlı hədəfləri, arzuları var. Bundan açıq şəkildə bir şeyi necə izah edim? ''Fənərbaxça''dan nəinki 15, heç 20 milyon avroluq təklif də gəlsə, yenə də satmaram! Hətta özü ora getmək istəsə də, satmaram. Biz heç kimlə polemika yaşamaq istəmirik. ''Fənərbaxça'', ''Qalatasaray'' və ''Beşiktaş'' da daxil olmaqla bütün klublara hörmətimiz var. Amma bizə indiyə qədər heç kimdən təklif gəlməyib. Yəni ortada ümumiyyətlə heç nə yoxdu. Amma sosial şəbəkələrdə bu tip xəbərlər yenə də dolaşır. Belə davam etsə, biz də başqa cür hərəkət edəcəyik. Bizim kapitanımızı heç kim ağzında saqqız etməsin. Artıq yetər. Hər halda ümid edirəm ki, sözlərimdən lazımi nəticələr çıxarılacaq''.


Digər tərəfdən Livakoviçin Türkiyədən ayrılması məsələsi də asan görünmür. Çünki ona hələ heç bir təklif yoxdu. Xorvatiya yığmasının qapıçısının menecerinin onun üçün klub axtarışı davam edir.
''Fənər'' bu qapıçıya görə 7 milyon avro tələb edir. ''Fənər''in əfsanəvi qapıçısı Volkan Dəmirəl bu günlərdə ''Uğurcanın transferi baş tutsa, bu, Türkiyədə ilin transferi olacaq'' açıqlamasını vermişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 İyun 2025 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri