Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Mən Dilqəmin oğlu deyiləm, ata anamı o öldürüb Kürdoğlu DNK analizi tələb edir

Mən Dilqəmin oğlu deyiləm, ata anamı o öldürüb Kürdoğlu DNK analizi tələb edir

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

“10 avqust 2026-cı il tarixdə Diqləm Əsgərov gətirib maşınıma sənəd atıb ki, ayın sonuna kimi 13 min AZN pul verməsən, traktor gətirib yaşadığın evi dağıdacağam. Mən də buna əhəmiyyət vermədim”.

"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir

Bu barədə Bakıvaxtı.az-a uzun illər erməni girovluğunda qalmış və Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə ölkəyə gətirilmiş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Müsahibimiz qeyd edib ki, elə həmin gün, yəni 10 avqustda Şəmkir rayonunda Məscidin yaxınlığındakı çay evindən çıxarkən, D.Əsgərov onu görüb, yaxınlaşaraq, mübahisə edib:

“Məndən pul tələb etdi. Etiraz etdim ki, pulu haradan alım?! Bunu deyəndən sonra dəmir boru götürüb, məni döydü. Qolumu qabağına tutmasaydım, o zərbələr başıma dəyəcəkdi. Hətta zərbələrə dözməyib, yerə yıxıldıım, Təcili Tibbi Yardım gəlib, məni xəstəxanaya apardı. Hələ bu azmış kimi, məni döyəndən sonra 102-yə zəng açaraq, məndən şikayət edib ki, Kürdoğlu narkomandır, nəşədən çəkib məni öldürür, imkan verməyin. Xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra polis şöbəsinə yaxınlaşdım. Mənə məlumat verdilər ki, səndən şikayət var, adam öldürməyə cəhd göstərmisən. Mən də dedim ki, D.Əsgərov şər-böhtan yaxan adamdır. Baxın görün mən nə gündəyəm?! Baxdılar ki, bütün bədənim zədədir, qollarım, gözüm və başımda ağır zədələr var. O məndən şikayət etdiyi üçün mən də elə ondan şikayət etdim. Onun şikayətinə əsasən, Şəmkir rayon polis şöbəsinin əməkdaşları məni Gəncəyə apardılar, bütün narkoloji yoxlanışdan keçirdilər. Şahidi oldular ki, mən ömür boyu narkotik çəkməyən adam olmuşam. Hər şey təmiz çıxdı. Müəyyən etdilər ki, D.Əsgərov mənə şər atır, həm də qanuna yalan danışır. Sonra döyüldüyüm yerin video-görüntülərini çıxardılar. İzləyib, şahidi oldular ki, onun əlində dəmir boru olub, mən də “əliyalın” olmuşam. Mənə hücum edib, vurub, zərbələr nəticəsində yıxılmışam. Ondan sonra bu insan haqqında Şəmkir rayon polis şöbəsində 128-ci maddə ilə cinayət işi açıldı. İndi də işi məhkəməyə keçiriblər. Sentyabrın 2-də məhkəmə baş tutacaq”.

K.Əsgərovun sözlərinə görə, D.Əsgərov girovluqda olanda onun azadlığı uğrunda ciddi mübarizə aparıb:

“Mən bunu valideynim hesab edirdim. O isə çıxıb, sosial şəbəkələrdə danışır ki, Kürdoğlu mənim oğlum deyil. Onu 1993-cü ildə Cəbrayıl rayonunda erməninin donuz damından tapmışam. Ölməsin deyə, ona donuz südü içirmişəm. Qeyd edir ki, 1993-cü ildə onun oğlu olmayıb. Mən də belə qənaətə gəlirəm ki, uşaqlıqdan bunun mənə olan aqressiyası, məni digər övladlarından ayırması yəqin elə bununla bağlıdır. Özü bunu etiraf edir. Mən də belə qənaətə gəlmişəm ki, əslim-köküm, Cəbrayıl rayonundandır. D.Əsgərovun da valideynlərimlə qəsdi-qərəzi olub. 1993-cü ildə Cəbrayılda gedən döyüşlərdən istifadə edərək, valideynlərimi qətlə yetirib. Bununla bağlı məhkəmədə iddia qaldıracağam. DNK analizi tələb edəcəyəm. Bəlkə elə həqiqətən də Dilqəmin oğlu deyiləm”.

K.Əsgərov diqqətə çatdırıb ki, D.Əsgərovun danışdıqları yalandır:

“Bunu dövlət də bilir, Daxili İşlər Nazirliyi də. Mən narkomanamsa, cinayətkaramsa, mənə cinayət işi açsınlar”.

K.Əsgərov söyləyib ki, D.Əsgərov girovluqdan azad edildikdən sonra ilk dəfə Şahbaz Quliyevlə savaşıb:

“İndi o qənaətə gəlmişəm ki, Ş.Quliyev düz deyirmiş. D.Əsgərovun bir sözü də düz deyil. Hamı ilə savaşır. Şahbazla başladı, sonra doğma qardaşı Ağaəli Əsgərova keçdi. Ondan sonra əmim uşaqları ilə savaşdı, indi də əlinə mən keçmişəm. Ayda bir dəfə qaçıb, yalandan şikayət edir. Şəmkir rayonunun polis rəisi Nəvai müəllim sağ olsun, məni şəxsən qəbul edib, ədalətli araşdırma aparır. D.Əsgərov məni o həddə çatdırıb ki, deyiləsi, danışılası dərd deyil. Sonunu da gətirib bu mərhələyə çıxardı”.

K.Əsgərov onu da əlavə edib ki, məlum hadisə ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə də rəsmi qaydada müraciət edib:

“Bu məsələnin ciddi şəkildə araşdırılmasını xahiş etmişəm. O, mənə xəsarət yetirib, bundan başqa DİN-ə haqqımda yalan məlumatlar verib, qanunu aldatmağa çalışıb. Məni cəmiyyətdə, el-obada nüfuzdan salır. Şəxsiyyətimi alçaldır. Mənə narkoman damğası vurur. Mən də yoxlamadan keçdim, tər-təmiz çıxdım. Çıxıb deyir ki, Kürdoğlunu erməninin donuz damından tapmışam. Bunların hamısı o işə əlavə olunacaq. Onun şər-şəbədəsinə nə qədər dözmək olar?! Ailəmin övladlarımın yanında biabır olmuşam. Məni ölüm həddinə çatdırıb. Evdə 3 azyaşlı övladım var. Uşaqlarımın da psixologiyasını pozub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Avqust 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri