“Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanıb.
Birhissəli monotamaşada rolu Əməkdar artist Şövqi Hüseynov canlandıracaq. Psixoloji dram janrında qurulan tamaşanın bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.
“Mən Feyerbaxam” zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, bu problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.
Bu mövzuda digər xəbərlər:“Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq
07 Dekabr 2024 14:19
525ci qəzet “Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq
07 Dekabr 2024 13:43
Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam”ın premyerası keçirilibVİDEO
04 Noyabr 2024 18:49
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Mən Feyerbaxam adlı monotamaşanın premyerası keçirilib FOTO
05 Noyabr 2024 16:34
Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq AZƏRTAC
12 Dekabr 2024 18:02
Baxış sayı:71
Bu xəbər 07 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















