Icma.az
close
up
RU
“Mən hakimiyyətdən və xalqa xidmətdən boğaza yığılmışam“ Kadırov

“Mən hakimiyyətdən və xalqa xidmətdən boğaza yığılmışam“ Kadırov

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çeçenistan rəhbəri 2026-cı il seçkiləri ilə bağlı ziddiyyətli açıqlamalar verir..."

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, hakimiyyətdən və dövlət idarəçiliyindən "boğaza yığılıb".

Moderator.az xəbər verir ki, o, bu fikirləri yerli "Qroznı" televiziya kanalında keçirilən canlı yayım zamanı səsləndirib. Məlumatı "rbc.ru" nəşri yayıb.

"Əgər məndən soruşsalar, bu hakimiyyətdən də, xalqa xidmətdən də boğaza yığılmışam. Düşünürəm ki, yeni qüvvələr, yeni insanlar daha maraqlı ola bilər və vəziyyət də daha yaxşılaşar", - Kadırov 2026-cı ildə yenidən namizəd olub-olmayacağı ilə bağlı suala cavab verib.

Putinin təklifi olarsa, namizədliyini irəli sürəcək

Bununla belə, Kadırov qeyd edib ki, əgər Rusiya prezidenti Vladimir Putin bunu təklif edərsə və xalq dəstək verərsə, seçkilərdə iştirak edəcək. O, ömrünün sonuna qədər xalqa xidmət yolundan dönməyəcəyini də vurğulayıb.

Ramzan Kadırov Çeçenistana 5 aprel 2007-ci ildən rəhbərlik edir və hazırda Rusiyada region rəhbərləri arasında ən uzunmüddətli səlahiyyətə malik şəxsdir. O, sonuncu dəfə 2021-ci ilin sentyabrında yenidən seçilib - Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 99,7 faiz səs toplayıb, seçici fəallığı isə 94,42 faiz olub. Onun səlahiyyət müddəti 2026-cı ildə başa çatır.

Ziddiyyətli mövqelər və əvvəlki açıqlamalar

Kadırov son illər mövqeyini bir neçə dəfə dəyişib. 2022-ci ilin sentyabrında o, "çoxdan oturduğunu" və "uzunmüddətli, müddətsiz məzuniyyətə layiq olduğunu" deyib. 2023-cü ilin iyulunda isə əksinə, növbəti müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.

2025-ci ilin may ayının əvvəlində Kadırov yenidən mövqeyini dəyişərək vəzifədən azad olunmasını xahiş etdiyini bildirib. O zaman istefa ilə bağlı şayiələri şərh edərək deyib: "Mən də bu şayiələri eşidirəm. Əksinə, özüm xahiş edirəm ki, məni bu vəzifədən azad etsinlər".

Səhhət iddiaları və ictimai suallar

Canlı yayım zamanı Kadırovun səhhətinin yaxşı görünməməsi də diqqət çəkib. Son illərdə media onun sağlamlıq durumu ilə bağlı çoxsaylı iddialar yayıb. Almaniyanın "Bild" qəzeti 2023-cü ildə Kadırovun ciddi sağlamlıq problemləri yaşadığını, çəkisinin xeyli artdığını və Moskvadakı həkimlərə etibar etmədiyini yazıb.

2024-cü ildə isə "Novaya qazeta Evropa" nəşri Kadırovda mədəaltı vəzin sağalmaz nekrozu olduğunu iddia edib. Jurnalistlər bu xəstəliyin ağır və yüksək ölüm riski daşıdığını vurğulayıb. Kadırov bu iddiaları açıq şəkildə təkzib etməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri