Icma.az
close
up
RU
Mən insanın tərəfindəyəm Çinarə Ömrayın YAZISI

Mən insanın tərəfindəyəm Çinarə Ömrayın YAZISI

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Çinarə Ömray

yazıçı-ssenarist, AYB-nin üzvü

Bəzən dünya elə bir yerə gəlib çıxır ki, insanlar ölüm xəbərlərinə belə tərəf seçərək reaksiya verirlər. Kimisi yas tutur, kimisi sevinir, kimisi isə bir anda müqəddəsləşdirir. Mən isə dayanıb düşünürəm: biz nə vaxt ölçünü itirdik?

... Əli Xameneini əlbəttə ki, dini lider idi. O, teokratik sistemdə həm dini, həm də siyasi səlahiyyətlərə sahib bir rəhbər idi və milyonlarla insan onu inanc rəhbəri kimi qəbul edirdi. Amma dini status daşımaq bir insanı avtomatik olaraq tarixi-mənəvi simvolla eyni səviyyəyə qaldırmır.

Bəziləri onu İmam Hüseyn ilə müqayisə edəndə məsələ məhz burada qırılır. Çünki İmam Hüseyn hakimiyyətin zirvəsində dayanan biri deyildi. O, mövcud gücə qarşı çıxan, nəticəni bildiyi halda geri çəkilməyən bir əxlaqi mövqenin simvolu idi. Onun hekayəsi siyasi strategiya deyil, mənəvi dirəniş hekayəsidir.

Xameneyini isə sistemin içində və ən yuxarı pilləsində dayanan lider idi. O, qərar verən tərəfdə idi. Dövlət strukturları, siyasi mexanizmlər, ordu və hakimiyyət onun rəhbərliyi altında idi. Bu iki fərqli tarixi və mənəvi konteksti eyniləşdirmək nə tarixə, nə də inanca ədalətlidir.

Fərq buradadır:

– Biri gücə qarşı dirəniş simvoludur, digəri güc strukturunun başında dayanmış lider.

– Biri tarixi-mənəvi faciənin obrazıdır, digəri müasir siyasi proseslərin aktiv iştirakçısı.

– Biri azlıqla prinsip uğrunda ayaqda qaldı, digəri hakimiyyət məsuliyyəti daşıdı.

Bu müqayisə mənə görə doğru deyil. Amma eyni zamanda bir insanın ölümünə sevinmək də doğru deyil. Ölüm alqış mövzusu deyil. Ölüm qarşısında insan bir anlıq dayanmalı, susmalı, düşünməlidir.

... Mənim ən böyük narahatlığım isə liderlərin adından daha böyük bir həqiqətdir: müharibə. Çünki hər siyasi qərarın, hər gərginliyin, hər qarşıdurmanın əziyyətini yenə də dinc insanlar çəkir. Evində sakit yaşamaq istəyən ailə, məktəbə gedən uşaq, sabahı üçün xəyal quran gənc… Onların heç biri müharibə istəmir. Amma bombalar onların üzərinə düşür.

Mən müharibəni dəstəkləmirəm. Heç bir halda. Heç bir səbəblə. İnsanlar ölməsin. Qırmızı qan rəngi kimi yox, xoşbəxtlik rəngi kimi dünyaya yayılsın. Dünya xəritəsində sərhədlər dəyişə bilər, amma anaların göz yaşı dəyişmir.

Qərarları bir neçə nəfər verir, amma nəticəsini minlərlə dinc insan yaşayır.

Mənim tərəfim bəllidir: mən insanın tərəfindəyəm. Ölümün yox, həyatın; qanın yox, xoşbəxtliyin tərəfindəyəm.

Çünki ən böyük qalibiyyət torpaq yox, insan həyatıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Mart 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri