Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Mən ki sənə könül verdim, “yarım” dedim

Mən ki sənə könül verdim, “yarım” dedim

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Namiq ZAMAN

Namiq Zaman (Zamanov Namiq Zaman oğlu) 1971-ci ildə Laçın rayonunun Zağaltı kəndində dünyaya göz açıb. 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, “Gənclərin Söz Birliyi” İctimai Birliyinin katibi, “Bənövşə” jurnalının Aran bölgəsi üzrə təmsilçisidir. Şeirləri, hekayələri və publisistik yazıları ayrı-ayrı qəzet və jurnallarda, internet saytlarında dərc olunub. "Səni düşünürəm",  “Ruhum onu soraqlar” adlı şeirlər kitablarının müəllifidir.

NƏ BİLƏYDİM...

Mən ki sənə könül verdim, “yarım” dedim,

Pərvanəm ol, mən şam kimi yanım, dedim.

Səni candan əziz sandım, “canım” dedim,

Nə biləydim vəfasızsan, nə biləydim?!

Təbibim də, dərmanım da sən ol, – dedim,

Sən özünü sevmək üçün mən ol, – dedim.

Sevincimə, kədərimə tən ol, – dedim,

Nə biləydim vəfasızsan, nə biləydim?!

Zəhər versən, şərbət bilib içərdim mən,

“Sirdaş” deyib təkcə səni seçərdim mən.

Sənin üçün od-alovdan keçərdim mən,

Nə biləydim vəfasızsan, nə biləydim?!

İllər ötdü: payız gəldi, yaz da getdi,

Qürur sındı, qəlb qırıldı, naz da getdi.

Çox istədim, azdan oldum: az da getdi...

Nə biləydim vəfasızsan, nə biləydim?!

Xatirələr ürəyimi dəldi keçdi,

Xəyalımı neçə yerə böldü keçdi.

Hayıf, ömrüm ümidlərlə gəldi keçdi...

Nə biləydim vəfasızsan, nə biləydim?!

Neyləsin ki, Namiq – ömrü viran, – dedim,

İndən belə baş götürüb hara gedim?!

“Öl” desəydin, ölməyə də hazır idim,

Nə biləydim vəfasızsan, nə biləydim?!.

YANLIŞLIQ

Gərək

Hər kəsdən gizli tutaydım,

Qəlbimin ağrısını,

gözümün dolduğunu...

Heyf,

Bir ömür sonra anladım:

Doğru bilib etdiklərimi

Etməyimin

yanlış olduğunu!

BAŞIMI QATIRAM

Yaşamağın şərti çoxdu,

Şərtnən başımı qatıram.

Namərddən ibrət götürüb,

Mərdnən başımı qatıram.

Ömür ötür...

Hay-haraynan,

Vurhavurnan, yasnan, toynan...

Qalan vaxtı dominoynan,

Nərdnən başımı qatıram.

Sahibi var ilkin, sonun,

Hökm onundur, fikir onun.

Verdiyinə şükür onun, –

Dərdnən başımı qatıram.

KƏLƏF

Axtarma o kələfin ucunu,

yorma özünü,

tapammazsan!

Lap tapsan belə,

bir ömür vaxtını alar.

Sonunda,

sənə öz peşmanlığın qalar.

Çətindir açmaq

taleyin dolaşıq düşmüş kələfini...

Bu yaşacan

o düyünü açan görmüsənmi heç?!

Burax bu inadı,

ömür qısadır,

doğru yolu vaxtında seç –

Açmağa can atma,

o kələfi,

Dişinlə, dırnağınla

kəs,

doğra,

keç!

OYNAYIRAM

Ağıllı tapmır məni,

Dəliynən oynayıram.

Nə fərqi var: Vəliynən,

Əliynən oynayıram.

İşim yoxdu yalannan,

Haqqa düşmən olannan.

Canavarnan, ilannan,

Zəliynən oynayıram.

Yaşanmamış bitirdim,

Ömrü başa yetirdim.

Günün, ayın itirdim,

İliynən oynayıram.

Göydən Günəşim enib,

Yerdə dönəlgəm dönüb.

Ocağım çoxdan sönüb,

Külüynən oynayıram.

Namiq, yaxşı gör, tanı,

Tikan basıb hər yanı.

Eh, hələ də dünyanın

Çiçəyinə aldanıb,

Gülüynən oynayıram.

GÜZGÜDƏKİ ADAM

Gəl,

gəl bir az dərdləşək,

Axı biz səninlə

dərd ortağıyıq...

Sən mənim

əzabımın, cəzamın

ən əzizi, ən göyçəyisən,

Şirin xəyallarımın

məchul sonluğu,

acı gerçəyisən!

Təkcə sənsən ərk yerim,

ümidim, pənahım,

Sənsən günahsızım,

günahkarım,

günahım!

Sən də

mənimtək zaman-zaman

göydən-yerə,

yerdən-göyə

enmisən, ucalmısan...

Sənin də həyatın

həyat olmadı...

Gəl,

gəl biraz dərdləşək səninlə,

güzgüdəki adam,

Tanıya bilmədim səni,

Nə yaman qocalmısan!..

UNUT GETSİN

Könül, əl çək bu sevdadan,

Unut onu, unut getsin!

Nə qazandın boş inaddan?

Unut onu, unut getsin!

Söylə, haçan duydu səni?

Tənhalığa qıydı səni!

Yarı yolda qoydu səni,

Unut onu, unut getsin!

Vaxtsız yağdı qar, ağlama,

Dünyan oldu dar, ağlama,

Ötənləri varaqlama,

Unut onu, unut getsin!

Dağıldı qurduğun daxma...

Üzülmə, qəlbini sıxma!

Bir də dönüb geri baxma,

Unut onu, unut getsin!

Yenə oddan-alovdan keç,

Özünə ayrı bir yol seç.

Soraqlama, axtarma heç,

Unut onu, unut getsin!

Mərd doğuldun, mətin oldun,

Ömrü-günü çətin oldun!

Namiq, sən ki yar sarıdan

Bu dünyada yetim oldun,

Unut daha, unut getsin!

Unut onu, unut getsin!

DÜNYANIN DÜZƏNİ

Bir dəlinin

quyuya atdığı daşa bənzər

bu dünyanın düzəni –

böyük başların

düşünüb qurduğu

fəndi, mizanı.

Yüz ağıllı gəlsə də,

poza bilməz,

onlar yazanı.

SÖZ DANIŞIRAM

Heç mən də “az aşın duzu deyiləm”, –

Doğru düşünürəm, düz danışıram.

Dərinə getmirəm "dayaz" yanında,

Mətləbi söyləyib, üz danışıram.

Qibləgah bilirəm imanı, dini,

Qəlbimdə boğuram nifrəti, kini.

“Saqqız çeynəmirəm”, – çoxları kimi,

Qılıncdan kəsərli söz danışıram.

Hər sözü deyirəm öz məqamında,

Hökmünü bilirəm hər bir anın da.

Arif məclisində, aqil yanında

Susub dinləyirəm, az danışıram.

Mən haqq aşiqiyəm, mən – söz dəlisi,

Bu eşqin mənimtək olmaz hərisi.

Qonanda çiynimə ilham pərisi,

Deyirəm: – Ay Namiq, yaz, danışıram!

ALÇALAR DA ÇİÇƏKLƏDİ...

Alçalar da çiçəklədi,

Quşlarla doldu həyət-baca.

Artdı təbiətin səsi-küyü,

Qaynar qazana döndü hər tərəf,

Arılar daraşdı daşa-ağaca.

Deyirlər, bahar gəlir...

Hiss eləmirəm,

Sarıla bilmirəm

gül-çiçəkli yala-yamaca,

Qışın şaxtası vurub məni!..

MATƏM KÜÇƏSİ

Gəl səni tanış edim

bu küçəylə:

Səndən sonra

acı sükut hökm sürür buralarda.

Nə adamlar dinib-danışır,

nə kəpənəklər,

arılar uçuşur bu məkanda.

Gerçək cəhənnəmi xatırladır buralar!

Gecəsi-gündüzü də bilinmir,

Nə Günəş var burda,

nə Ay,

nə də ki, biz...

Tanış ol:

bura matəm küçəsidir,

Bu küçədə sevgi ölüb, –

bizim sevgimiz!

DÜŞÜNMƏ Kİ...

Düşünmə ki, qayıdıb

O yollara dönəcəm:

bir də sənin olacam,

bir də sənə gələcəm!

Düşünmə ki, aldanıb

Yenə sənə uyacam:

yenə səni dindirib,

yenə səni duyacam!

Səni dəli edəcək,

Xəyalların aparıb.

Məni səndən qoparıb,

Səni mənsiz qoyacam!

Namiq düşsə yadına,

Ta yetişməz dadına.

Yaxıb hicran oduna,

Ürəyini oyacam!

Məni səndən qoparıb,

Səni mənsiz qoyacam!

BU DA BİR TALEDİ...

Bu da bir taledi,

bu da bir naxış...

İş-işdən keçib artıq, – 

Nə əsən külək

ruhuma sərinlik gətirir,

nə yağan yağış.

Kimsə bilməz

həyat adlı

bu can davasında

başım nələr çəkdi...

Yaşamaq deyil,

Mənimki

gün öldürməkdi,

ömrü yelə verməkdi.

GETDİ

Yenə çıxıb yolum üstə,

Bir insafsız baxdı getdi.

Gülə-gülə durub qəsdə,

Məni oda yaxdı getdi.

Ah! Bu necə baxış oldu?!

Min boyalı naxış oldu.

Tufan oldu, yağış oldu,

Şimşək kimi çaxdı getdi.

Bir də çətin dönüb gələr,

Yada düşdü nələr, nələr...

Gözlərimdən xatirələr

Selə döndü, axdı getdi.

Xoşum gəldi bir xanımdan,

Çox sevdim onu canımdan.

O da ki keçib yanımdan

Bəxtim yatan vaxtı getdi.

Namiq, sözə yoxdur gərək,

Puç olubsa arzu, dilək.

Öz evimi zalım fələk

Öz əlimlə yıxdı getdi!

DƏVƏTNAMƏ

O məsəl var e:

Deyir,

“...atı gətir bağla dilimə” –

Peşman oluram

kiməsə salam verməyə:

Səhəri gün

“Toy dəvətnaməsi”ni

gətirib

tutuzdurur əlimə.

SINAQ

İlahi, bu nə sınaqdı? –

Yolumu daşa salmısan!

Bu nə taledi, yazmısan? –

Kədərlə qoşa salmısan!

Daha bu yol məni yorub,

Dərd-qəm başımda taxt qurub.

Mələklərin qəsdə durub, –

Sən necə başa salmısan?!

Ruhumu təndən etmisən,

Günahkar bəndən etmisən.

Yazını məndən etmisən,

Ömrümü qışa salmısan!

İlahi, de, mələklərə,

De ki səhv başa salmısan!

AY VƏFASIZ

Gəl çox da güvənmə taxtı-tacına,

Bu şahlıq atından en, ay vəfasız.

Günəşli günlərin tükənər bir gün,

Kəsər yollarını çən, ay vəfasız.  

Səni əzizləyib nazını çəkdim,

Şirin vüsalına gözümü dikdim.

Qarşında qul kimi boynumu bükdüm,

İnsafa gəlmədin sən, ay vəfasız.

Demə ki, Namiqi anmayacaqsan,

Özünü qınayıb danlayacaqsan.

Nələr çəkdiyimi anlayacaqsan,

Düşəndə saçına dən, ay vəfasız!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see645

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see346

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see327

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see239

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see237

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see235

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see234

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see227

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see223

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see219

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see219

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see219

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see218

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see217

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see215

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see213

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see213

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see212

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see210

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri