Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm Yuri Vernidub

Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm Yuri Vernidub

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki hissə arasındakı bu qədər fərqin olmasının səbəbi nə idi?

- Birinci hissədə həqiqətən "Neftçi"nin performansı çox yaxşı idi. Bizim çox yaxşı qol epizodlarımız var idi. Ən azından 6-7 epizodumuz var idi, amma vura bilmədik hamısını. 60-cı dəqiqəyə qədər də yaxşı oynadıq. Düşünürəm ki, ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu, futbolçular bir az sakitləşdilər. 60 dəqiqə ərzində rəqibə maksimum pressinq etmək istəyirdik. 60 dəqiqə ərzində qapımız qarşısında cəmi 1 epizod oldu, qapıçımız da bizi də xilas etdi. Biz isə 4-cü dəqiqəyə qədər 2 epizod yaratmışdıq. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq.

- Artıq avrokubok zonasının astanasındasınız. Üzərinizdə əlavə təzyiq hiss edirsiz?

- Mən təzyiq hiss etmirəm. Getdikcə dərəcə artır. Əsas odur ki, bizim oyunçular bunu başa düşsünlər və dərəcəni saxlasınlar. Çünki bundan sonrakı bütün oyunlar sanki kubok finalı kimidir. Ona görə xallarımızı qazanmalıyıq, irəli getməliyik. Bu ay ərzində oynayacağımız komandalar da bunu istəyir, "Zirə" və "Qarabağ", Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar bunu başa düşür. Hər birinə hörmətlə yanaşırıq. Çıxıb oynayacağıq. Hər şeyi Allah bilir.

- Siz gəldikdən sonra Vensan Abubakar start heyətində yer almayıb. Bu onu göstərir ki, yeni mövsüm üçün planınızda Abubakar yoxdur?

- Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, onlar haqda ümumiyyətlə heç nə deməmişəm, demək də istəmirəm.Abubakar komanda oyunçusudur, "Neftçi"nin futbolçusudur. Onun zədəsi var idi. Üç həftə məşq etmədi. Müalicə alırdı. Beş gün məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni söz Bassala Sambuya da aiddir. O, məşqlərə başlayıb, amma fərdi məşqlər edir. Yəqin ki, bərpasına 2-3 həftəyə geri qayıdacaq. Hər şey yaxşı getsə, "Qarabağ"la 2-ci oyuna çıxarmaq olar. Amma bu da şübhəlidir. Hər birini gözləyirəm. Böyük ümidlər var. Eyni məsələ Ştoqrinə də aiddir. Dünən zəhərlənib. Hətta 23-lükdə adı da yox idi.

- Bassala Sambu da geri qayıtdıqdan sonra ola bilər ki, 9 nömrəsiz oynamağa davam etsin? Çünki komanda hücumda daha rəngarəng görünür...

- Gözləyək, görək o nə vaxt qayıdır. Ondan sonra düşünüb,təhlil edərik. 

- Ukrayna mətbuatında millinin baş məşqçi postuna namizədlər arasında göstərilirsiz. Bu doğrudur?

- Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından orada doğrunu deyəcəm. Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə kimsə mənim də adımı ora daxil ediblər. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da "Neftçi"dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək.Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər gedəcəyik. Görürsüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya göstərirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Aprel 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri