Mən oyunlardan əvvəl penalti vuran futbolçuları diqqətlə öyrənirəm
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Voyçex Şensnı “El-Klasiko”da penalti epizoduna necə hazırlaşdığını danışıb.“Barselona”nın qapıçısı La Liqanın 10-cu turunda “Real”la oyunun (1:2) ikinci hissəsində Kilian Mbappenin penalti zərbəsini dəf etmişdi.
Sportal.az xəbər verir ki, Şensnı klub mediasına müsahibəsində bunları qeyd edib:
“Matçlardan əvvəl penalti vuran oyunçuları diqqətlə öyrənirəm. Adətən, bu işi yerinə yetirən iki və ya üç futbolçunun son 20 penalti epizoduna baxıram və onların zərbələrində müəyyən qanunauyğunluq tapmağa çalışıram. Bəzən penaltiyə necə hazırlaşdıqları da mənə müəyyən məlumat verir.
Bəzi oyunçular matçın vacib anlarında və ya komandanın qalib gəlib-gəlməməsindən asılı olaraq fərqli zərbələr endirirlər. Mən bütün bu məlumatları toplayıram və sonra instinktiv olaraq qərar verirəm.
Mbappe mənə qarşı son penalti zərbəsini qola çevirmişdi. Bu dəfə özümə güvənirdim və onun eyni istiqamətə vuracağını bilirdim. Qalanı isə sadəcə ümid etmək idi – xoşbəxtlikdən, hər şey istədiyim kimi alındı".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 30 Oktyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















