Icma.az
close
up
RU
Mən özüm bilmirəm nəçiyəm, nəyəm…

Mən özüm bilmirəm nəçiyəm, nəyəm…

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

…Tikdiyim bu daxma, hördüyüm budur.

Odası təptəzə, odu köhnəyəm;

Əlimdən bu gəlir, gördüyüm budur…

– deyirdi Məmməd Araz. Xeyr, bu, şairin illərlə yazıb-yaratdıqlarını, Azərbaycan ədəbi mühitində fəaliyyətini kiçiltməsi deyildi, insanlığın zirvəsində dayanan bir Vətən oğlunun təvazökarlığı idi. Onun özü-özünü tərifə ehtiyacı da yox idi. Çünki qiyməti verilmiş, dəyəri bilinmişdi.

Ədəbi-bədii irsimizin kamil bilicisi, milli poeziyamızın, xüsusilə də Məmməd Araz yaradıcılığının vurğunu olan Ulu Öndər Heydər Əliyev xalq şairinə “Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur” kimi yüksək qiymət vermişdir. Ümummilli Liderin qayğısı ilə Xalq şairi Məmməd Araz hələ sağlığında Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdi. Bu görkəmli söz ustadının bu gün də xatirəsi əziz tutulur.

Bu dəyərli fikirləri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin ke­çirilməsi ­haqqında 2013-cü il 27 sentyabr tarixli Sərəncamından oxuyuruq:“Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü Vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır”.

Dövlət tərəfindən Şahbuz rayonunun Nursu kəndində Məmməd Arazın ev-muzeyinin yaradılması isə hər daşının altında Məmməd Araz yaşayan Naxçıvanda şairin ömür yoluna verilən yüksək qiymət oldu. 2014-cü ilin 1 dekabrında – şairin anım günündə açılan muzey bir zamanlar “Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal”, – deyən Xalq şairini bütün ruhu ilə Nursuya – daim xəyallarında yaşatdığı doğma Naxçıvanına qaytardı. Bu muzey yüz illərin çinarına bərabərdir. Çünki onun bünövrəsinə tək nəslinin deyil, bütövlükdə, Azərbaycan poeziyasının Xan Çinarı köklənib. Bu muzeyə – uşaqlığının və gəncliyinin ən xoş anlarının, əlyazmalarının, kitablarının, onun haqqında xatirələrin, təltiflərin əbədiləşdiyi bu ünvana illərdir ki, yüzlərlə məmmədsevər üz tutur, böyük şairi anır. Həm də dövlətimizin insanlara verdiyi dəyərin şahidi olurlar.

Böyük şairimiz Məmməd Arazdan söz düşəndə öncə insanın nəzərində əsl vətəndaş, sonra poeziya vurğunu bir şair canlanır. Ömrünü Vətəni, xalqı üçün yaşayan, onu şam kimi əridərək Vətənin daşı olmağı özünə fəxr saydı Məmməd Araz. Onun bənzərsiz Vətən sevgisi bir arzu, bir istəklə:

Vətən mənə oğul desə, nə dərdim?!

Mamır olub, qayasında bitərdim,

– misraları ilə başlayıb,

Azərbaycan – mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan” deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

və yaxud:

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!

– kimi misralarla milyonlarla insanı Azərbaycanın milli istiqlaliyyətinə, ərazi bütövlüyünə, ümumilikdə isə Vətən sevgisinə çağırışı ilə tamamlanır. Çünki Məmməd Araz istiqlaliyyətimiz uğrunda qılıncı qələmi ilə əvəz edən əbədiyaşar sənətkarlarımızdan biri idi.

Sən bilməsən də kimsən, nəçisən, xalqın bilir, Məmməd Araz, sən kimsən, nəçisən. Qəlblərdə ucaltdığın mənəvi abidə ilə, sənə olan sevgi ilə, dillərdən düşməyən ölməz, həmişəyaşar əsərlərinlə, sən, daim bizimləsən! Sənin əbədi ünvanın xalqın qəlbidir...

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri