Icma.az
close
up
RU
“Mən qəhrəman övladıyam” devizi ilə bir qrup şəhid övladı üçün gəzinti təşkil olunub

“Mən qəhrəman övladıyam” devizi ilə bir qrup şəhid övladı üçün gəzinti təşkil olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 may, AZƏRTAC

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba, Xaçmaz, Dəvəçi, Şabran rayonlarından olan bir qrup şəhid övladları üçün Bakı gəzintisi təşkil olunub.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbir “Mən qəhrəman övladıyam” devizi ilə keçirilib.

Şəhid əmanətləri olan uşaqlar "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər ediblər. Qoruqla tanışlıqdan sonra "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye" İctimai Birliyi uşaqlar üçün rəngləmə və dulusçuluğa dair master-klaslar təşkil edib.

Şəhid övladları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyinə də baş çəkiblər. Bələdçilər dünyanın ilk tanker-muzeyinin zalları barədə məlumat verib, gəmiçiliyə aid eksponatları nümayiş etdirib. Həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatları yerinə yetirilib. Göyərtədə uşaqlar üçün əyləncə proqramı təşkil olunub, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən bayram süfrəsi açılıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, şəhid övladları tək bir ailənin yox, bütün Azərbaycanın övladı, Vətənimizin bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını fəda edən qəhrəmanların yadigarlarıdır.

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova qeyd edib ki, bölgələrdəki şəhid övladları üçün Bakıda bu cür gəzinti proqramının təşkilinin böyük mənəvi dəyəri var. Səfərdə şəhid qəhrəmanlar - Miqdad Abduləlimovun, Sadiq Məmmədovun, Ümüd Xəncəlovun, Tapdıq Xələfovun, Surxay Mehdiyevin, Rahim Mikayılovun, Elnur Pirseyidovun, Aqil Məlikovun, Səbuhi Əliyevin, Sarvan Şahbazovun, Taleh Babayevin, Tural Seyidovun, Ruslan Bayramovun, Tural Ağcabəyovun, Çoban Nurmətovun, Sənan Zamanovun ailə üzvləri iştirak ediblər.

Yekunda qalib ölkənin məğrur qəhrəmanlarının övladları səmaya göyərçinlər buraxıb, bütün dünyada uşaqlar üçün təhlükəsiz, firavan və xoşbəxt gələcək arzulayıblar.

Bayram hədiyyələrinin təqdim edilməsi ilə gəzinti yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri