Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

“Mən turist olsaydım”: Göylərə baş çəkir, Göyəzən dağı…

“Mən turist olsaydım”: Göylərə baş çəkir, Göyəzən dağı…

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazax, 19 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Göyəzən dağı.

Ölkəmizin görməli, gəzməli məkanlarından biri də Qazax rayonu ərazisində yerləşən Göyəzən dağıdır. Həm tarixi məkan, həm də gözəl təbiəti olduğuna görə bura hər il minlərlə turist gəlir. “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Göyəzən” filialı ərazisində yerləşən Göyəzən dağı elə hündür olmasa da, bu təbiət abidəsi insanları özünə cəlb edir.

Bu dağ barədə müəyyən miflər və rəvayətlər dolaşmaqdadır. Dağın yamacında 5-ci əsrə aid qala və istehkam divarları var və həmin abidə bu günədək qorunur.

Abbasbəyli kəndində yerləşən Göyəzən dağının adı barədə bir çox versiya irəli sürülür. Qədim türk söz və ifadələrinə əsaslanan mütəxəssislər dağın adının “Göy ozan” və ya “Ozan kəndi” mənalarını daşıdığını söyləyirlər. Bəzilər isə “Küy əzən” kimi izah edirlər. Şair və yazıçıların fikrincə, dağın adı “Göy dələn”, “Göyə baş vuran”, “Göy əzən” mənalarını verir. Bəzi məlumatlara görə, bu əzəmətli təbiət abidəsi 60-65 milyon il əvvəl vulkan püskürməsi nəticəsində yaranıb.

Göyəzən ərazisində 2021-ci ildə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun elmi rəhbərliyi ilə tədqiqat işi aparılıb. “Arxeoloji qazıntılar kəşfiyyat xarakterli idi. Qazıntılar iki istiqamətdə gedirdi - Göyəzən qalası ərazisində və dağın şimal-şərq ətəyində. Göyəzən qalası Azərbaycanda yeganə və nadir qalalardandır ki, strateji yol üzərindədir. Burada sistemli tədqiqatlara böyük ehtiyac var. Digər tərəfdən abidənin divarları zaman-zaman torpaq altında qalıb. Onun təmizlənməsi, bərpası arxeoturizmin inkişafına böyük meydan aça bilər. Çünki bu cür qala bölgədə çox nadirdir”, - deyə Pərviz Qasımov bildirib.

Bu əzəmətli vulkanik mənşəli dağın hündürlüyü dəniz səviyyəsindən 800 metrdən çoxdur. Göyəzən dağının zirvəsi dik deyil, meydança şəklindədir. “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva qeyd edib ki, Göyəzən dağında Erkən orta əsrlərdə Alban xristian məbədi də yerləşib. Onun qalıqları indidə qalmaqdadır: “Qoruğun tarixi abidələrinin yerləşdiyi məkanın relyefi o qədər zəngindir ki, burada turizmin müxtəlif növlərini inkişaf etdirmək olar. Məsələn, ekoloji, arxeoloji, macəra və digər turizm növləri. Göyəzən dağında olan abidələr müxtəlif dövrlərə aiddir. Burada ardıcıl elmi-arxeoloji qazıntı işlərinə ehtiyac var və gələcəkdə bu tədqiqatların davam etdirilməsi planlaşdırılır”.

Ərazidə arxeoloji qazıntılar nəticəsində Qafqaz Albaniyası dövrünə aid xristian qəbirləri aşkar edilib. Daş qutu qəbirin aşkarlanması ərazidə Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə Erkən Orta əsrlərdə alban xristianlığı üçün xas olan tərzdə dəfn qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri