Icma.az
close
up
RU
Göylərə açılan daş qapıdır Göyəzən

Göylərə açılan daş qapıdır Göyəzən

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxın köksündən baş qaldıran dağ həm əfsanədir, həm tarix, həm də yurdsevərlik ünvanı

Qazax düzlərinin qoynunda, səssiz və təmkinli şəkildə ucalan Göyəzən dağı hələ onu uzaqdan görənlərin belə içində bir kövrəklik oyadır. Əgər sən Göyəzəni görməmisənsə, deməli, Qazaxın ruhunu tam duymamısan. Onu duman bürüyəndə, zirvəsi səmaya qarışanda sanki zaman dayanır.

Sən bu dağın qarşısında dayanan zaman içində qəribə bir hiss baş qaldırır – torpağın nəfəsi sənin nəfəsinlə birləşir. Göyəzən sadəcə dağ deyil, elə bil bir canlıdır – minillərin səsini içində saxlayan, danışmaq istəyib də səsini çıxarmayan bir qoca nənə kimi.

Tənhalığın sükutu

Göyəzən ucalır. Tək ucalır. Ətrafında nə onu tamamlayan dağlar var, nə də boyuna çatan təpələr. Sanki tale onu Qazaxın sinəsinə bir işarə kimi vurub. Elə bir işarə ki, hər baxan onda ayrı bir sirr görür. Küləklər başında uğuldayanda, elə bil o danışır: “Kimlər gəldi, kimlər getdi... Mən burdayam.”

Bu dağın baxışlarında həsrət var. O, sərhədin o tayına boylanır – nə vaxtsa bir olan torpağın, bu gün həsrətində olduğu ərazilərin üzərinə…Hər qarışına bir dua, bir ağı qarışmış bu torpağın yeganə şahidi kimi.

Dilsiz əfsanə

Deyirlər, qədim zamanlarda bu yerlərdə Göyəzən adlı bir qız yaşayıb – gözəlliyi dillər əzbəri, tənhalığı isə ürək dağlayan. O, hər gecə göyə boylanar, dua edərmiş: “Kaş göylərə çata biləydim.”

Amma göy susarmış. Quşlar onun həsrətini daşısa da, cavab yoxmuş. Qız bir səhər göy üzünə baxıb pıçıldamış: “Mən dağ olacağam.” Və o andan bəri bu torpaqda Göyəzən dağı var.

İndi bu dağa çıxanlar deyirlər ki, sükutun içində bir qız baxır – sənin içinə, sənin vicdanına. Onun saçları qayalara bükülüb, nəfəsi hələ də zirvədədir.

Daş yaddaş

Göyəzən təkcə əfsanələr deyil. Onun ətəyində arxeoloji tapıntılar, qədim qala izləri, mağaralar var. Qazıntılar göstərir ki, bu dağın qoynunda min illərdir həyat olub. Hər daşın içində bir insan izi, bir nəfəs var.

Buranı sadəcə dağ deyib keçmək olmaz. Göyəzən həm də Qazaxın tarix kitabıdır – daşdan yazılmış, küləklə səslənmiş.

Sadəcə, dağ deyil...

Bu gün Göyəzəni qorumaq yalnız onun daşını, torpağını qorumaq deyil. Onun yaddaşını qorumaq, əfsanəsini yaşatmaq, tarixini gələcək nəsillərə ötürməkdir. Göyəzən turistlər üçün sadəcə gözəllik deyil – ruhun abidəsidir. Onun ətrafı təmiz saxlanmalı, əfsanəsi danışılmalı, hər bir kənd uşağı onu tanımalıdır.

Çünki yerli əhali üçün Göyəzən təkcə dağ deyil – vətəndir. Hər bir qazaxlı onun kölgəsində böyüyür, onunla nəfəs alır. Göyəzən onların yaddaşında, laylalarında, səssiz dualarında yaşayır.

Və bir gün Göyəzən dil açacaq

Bir gün bu dağ dilə gələ bilər. Bəlkə o zaman əfsanələr həqiqətə qarışar, bəlkə o zaman sərhədlər yox olar, bəlkə də o zaman xalqın köksündəki sızıltı bitər.

Amma o günə qədər Göyəzən gözləyir. Zirvəsində bir kövrəkliklə, sanki:

“Mən hələ buradayam...” deyə pıçıldayır...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Qazax

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2025 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri