Icma.az
close
up
RU
Mən yatmamışdım, gözümə işıq salıb çəkdilər Qəzənfər Paşayev

Mən yatmamışdım, gözümə işıq salıb çəkdilər Qəzənfər Paşayev

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib. Tədbirdə iştirak edən alimlərin çıxışları deyil, şəkilləri müzakirələrə səbəb olub. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə bəzi alimlərin mürgülədiyi müşahidə olunub.  

Şəkli yayılanlar arasında tanınmış alim – filologiya elmləri doktoru və professor, ədəbiyyatşünas Qəzənfər Paşayev də var.

Globalinfo.az bildirir ki, Modern.az Qəzənfər Paşayevlə əlaqə saxlayaraq, onun hadisəyə münasibətini öyrənib.

Qocaman professor saytımıza açıqlamasında qeyd edib ki, o, tədbirdə mürgüləməyib, diqqətlə çıxış edənlərə qulaq asıb. Sadəcə şəkildə gözü yumulu vəziyyətdə düşüb:

“İnana bilmirəm ki, həm dövlətə, həm xalqa xidmət edən bir adama, mənə qarşı da belə bir addım atsınlar. Gözümə o tərəfdən işıq saldılar, bu tərəfdən çəkdilər. Mən bilmədim o nə idi elə. Əlləri o vəziyyətdə olan adam yatarmı? Yatan adamın əlləri yanına düşər. Vicdansız gözümə işıq saldı, o biri tərəfdən də çəkdi. Yaqub Mahmudov mənim yaradıcılığıma böyük qiymət verən alimdir, mən onun qarşısında necə yata bilərəm? Tədbir mənim üçün çox maraqlı və kifayət qədər yığcam idi”.

Qəzənfər Paşayev digər həmkarlarının tədbirdə yatıb-yatmaması ilə bağlı sualımıza da cavab verib:

“Mən ətrafa diqqət etmədim, oturmuşdum, nə bilim başqaları nə edir”.

“Mən Allahdan vaxt arzu edirəm, bir az planlarım var. Mənim 2025-ci ildə iki kitabım çıxdı. İraq tədqiqatçısı Şəmsəddin Kuzəçi haqqında “Kərkük pərvanəsi” kitabım 3 günə çap olunacaq. Mənim bu saat kitabım Hindistanda ingiliscəyə tərcümə olunur. Üç gün bundan qabaq Nəsimi haqqında kitabım İranda ərəb əlifbası ilə çap olunub, mənə yeni çatıb. Mən işlə, elmlə məşğulam. İndi görürsən ki, adama sataşanlar da olur. Mənim kitabım dövlət mükafatına verilib. O saat hiss olunur ki, istəməyənlər də var. And içirəm Allaha ki, gözümə işıq saldılar. Nə biləydim ki, mənim şəklimi çəkirlər. Onsuz da mən yaxşı baxa bilmirəm, gözlərimi qıyıram. Verilişə də dəvət edirlər, əvvəldən-axıra qədər çıxış edirəm, amma sonra baxıram ki, gözüm yumulu düşüb. Ona görə, demişəm ki, daha verilişə də getməyəcəm. İndi bundan istifadə edib şəklimi çəkiblər”, – deyə alim sonda qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri