Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Amazon kütləvi ixtisarlara hazırlaşır

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Kökə qayıdış Qəzənfər Paşayev yazır

Kökə qayıdış Qəzənfər Paşayev yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Qarabağın cənnət guşələrindən biri - Xankəndidə 19-20 oktyabr 2025-ci il tarixdə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi. İraq-Azərbaycan Türkman varlığı barədə akademik Rafael Hüseynov, mənim dissertantım, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev və mən məruzə etdik. “Kökə qayıdış” adlı məruzəmin mətnini oxuculara təqdim edirəm.

İraq-Azərbaycan Türkman varlığı lap qədim dövrlərə dayanır. Təkcə onu demək kifayətdir ki, VIII əsrin ortalarında Bağdadda Azərbaycan türkmanlarının məhəlləsi vardı. Şübhəsiz ki, burada siyasi məqsədlər böyük rol oynayırdı. Xəlifələr ərəblərin üsyan və iğtişaşlarının qarşısını almaq    və təhlükəsizliyi təmin etmək üçün türkmanlara arxalanır, onlara xüsusi qayğı göstərirdilər. Biz tarixin o dövrünə nəzər salmadan Hülaku Xanın Bağdadı tutduğu və 500 ildən artıq hökm sürən Abbasilər sülaləsinə son qoyduğu 1258-ci ildən sonrakı olaylardan söz açacağıq.

Onu da deyək ki, Hülaku Xanın Bağdadı istila edib xilafətə son qoymasında, Bağdad və ətraf şəhərlərin Azərbaycanın əyalətinə çevrilməsində ərəblər Hülaku xanın müşaviri Nəsirəddin Tusini günahlandırırdılar və onu heç vaxt bağışlamadılar. 1274-cü ildə Bağdadda vəfat edən böyük alimin harada dəfn olunduğunu gizlədirdilər.

Sən demə, alimin məzarı Bağdadda Museyi Kazım Cümə Məscidində, Museyi Kazımın məzarının sağ tərəfində, qadınlar üçün ayrılmış cinahda imiş. Bunu mən 2001-ci ildə 15 yaşlı oğlumu Müqəddəs yerlərə aparanda bir təsadüf nəticəsində tapdım.

Mətləbdən uzaqlaşmayaq.

İraqda Azərbaycan-türkman varlığı aşağıdakı dövrləri əhatə etmişdir.

Elxanilər dönəmi - 1258-1344

Cəlayirlər dönəmi - 1344-1411

Qaraqoyunlular dönəmi - 1411-1468

Ağqoyunlular dönəmi - 1467-1508

Səfəvilər dönəmi - 1508-1534.

Göründüyü kimi, Bağdad vilayətində yaşayan soydaşlarımızla bir bayraq altında birləşmişdik. Hətta Uzun Həsənin vaxtında ölkənin paytaxtı yayda Təbriz, qışda Bağdad olmuşdu.

Lakin 1534-1918-ci illər arası Bağdad  vilayəti Osmanlıların təbəəliyinə keçdi. Doğrudur, Şah Abbasın və Nadir Şahın vaxtında Bağdad və ətraf şəhərlər gah Osmanlı türklərinin, gah da Azərbaycan türklərinin hakimiyyəti altında olmuşdur. Lakin 1747-ci ildə Nadir Şahın ölümündən sonra “Müasir İraqın dörd əsri” adlı kitabın müəllifi Stefan Longriq Hemslinin təbirincə desək, “Bağdad birdəfəlik xan itirib başa qazandı. Bundan sonra İraqla əlaqələrimiz kəsilmək dərəcəsinə çatdı”.

Ara kəsiləndən sonra soydaşlarımız ayrılığın ağrı-acısının əlacını həsrət nəğmələrində tapdılar:

Əslim qarabağlıdı,

Sinəm çarpaz dağlıdı,

Kəsilib gəlib-gedən

Demə yollar bağlıdı.

     

Bağdad yolu Gəncədi,

Gülü pəncə-pəncədi

Demə sizdən irağıq

Məhəbbət ölüncədi.

     

Hər aylar;

Hər həftələr, hər aylar

Qul qardaşım Bağdaddan

Gəncə deyib haraylar.

Eysim qərib;

Eysim, yoldaşım qərib.

Bilmirəm haralıyam

Torpağım-daşım qərib.

Yuxarıdakı bayatı-xoyratlardan da göründüyü kimi, nə kəsilən yollar, nə ayrılığıa gətirib çıxaran illər bu elatın dilinə təsir edə bilmişdir.

Bu münasibətlə kərküklü tədqiqatçı Səid Irmaq yazmışdır:

“Vətən torpağı kiçilib-genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, tarixi təhrif edilə bilər. Hətta şan və şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər, lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir (“Qardaşlıq”, №5, Bağdad, 1962)”.

O vaxtdan ədəbi dil osmanlı türkcəsi qəbul olunsa da, danışıq dili Azərbaycan dilini təmsil edir. Xalq dil məsələsindəki qətiyyətini bayatılarda bəyan edir:

Dilim-dilim;

Kəs qovun dilim-dilim

Mən dilimnən vaz keçməm

Olursam dilim-dilim.

Biz bütün bunlardan xəbərsiz idik. İ.V.Stalinin ölümündən (1953) sonra Sovet İttifaqında ab-havanın yumşaldığı keçən əsrin 60-cı illərində xəbər tutduq.

İraqa gediş-gəliş başlayandan sonra məlum oldu ki, İraqda Türkman adlanan, azərbaycanca danışan, dilini, adət-ənənəsini, folklorunu, ədəbiyyatını qoruyan elat vardır. Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Xalq şairi ilə birgə çap etdiyimiz “Kərkük bayatılar” (1968), mənim “Elm və həyat” dərgisində çap olunan “İraq azəriləri” (1967), “Ulduz” jurnalında işıq üzü görən “Kərkük şairləri” (1968), kərküklü Sinan Səid və Nərminə Məmmədovanın birgə oxuduqları Kərkük mahnıları ölkəmizdə görünməmiş marağa səbəb oldu.

O da məlum oldu ki, keçən əsrin 60-cı illərindən başlamış, dil birliyimizdən, kök birliyimizdən, milli kimliyimizdən, eyni mili-mənəvi dəyərlərin daşıyıcısı olduğumuzdan söz açan ilk İraq Türkman alimi Əta Tərzibaşı olmuşdur. O, dil birliyimizdən danışarkən yazır: “Kərkük ləhcəsi ilə azəri dili əkizdir”. Tədqiqatçı xalq havalarından “Yar bizə qonaq gələcək”, “Ay qız mənə bax, bax”, “Ay qız, heyranın ollam”, “Qalanın dibində bir daş olaydım”, “Bu xal nə xaldır”, “Samovar almışam, silənim yoxdu”  və s. Bir çox havaların  müştərək olduğunu göstərmişdir. Xoyrat, mani və bayatılardan danışarkən burada da şərik olduğumuzdan söz açır: Bizim xoyrat və manilərimizin ən yaxın olanı mühəqqəq ki azəri olanlardır. Əskilər sözlərindən danışarkən burada da ortaq olduğumuzdan söz açır.

Əta Tərzibaşının qənaətini aşağıdakı dillər əzbəri olan atalar sözləri ilə işlənən bayatılar da təsdiqləyir.

Necə dağlar;

Qarşıda necə dağlar.

Yetim yanağı bilir

Göz yaşı necə dağlar.

     

Bir daş atar;

Bir kirəc, bir daş atar.

Tərəzin əyiləndə

Hər gələn bir daş atar.

     

Arzular gedər;

Qəmbər, Arzular gedər.

Bəsləmə yad ördəyin

Vətən arzular gedər.

     

Əkmə bitməyən yerə

Can ver itməyən yerə.

Ayaqlar necə varsın

Könül getməyən yerə.

Fikir verin, bu xoyratlarda Azərbaycan dilində olmayana bir söz belə yoxdur. O da təsadüfi deyil ki, Azərbaycanda Kərkük bayatıları ilə ürəyə məlhəm olan mahnılar bəstələnmişdir.

İraq türkman folklorşünaslıq və ədəbiyyatşünaslıq məktəbinin banisi Əta Tərzibaşının bütün əsərlərini ölkəmizdə çap etmişik: “Kərkük bayatıları”, “Kərkük havaları”, “Kərkük əskilər sözü” və s. Azərbaycanda sevildi və hadisəyə çevrildi. Tədqiqatçının milli birliyimizdən bəhs edən əsərləri və fəaliyyəti Azərbaycanda yüksək qiymətləndirildi. Azərbaycan Sovet Ensiklopediyasında haqqında oçerk verildi (ACE, IX cild, 1986, s.257). Əta Tərzibaşı, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi. İraqda da Azərbaycanla bağlı onlarla kitab çıxıb. O kitabları Mədəniyyət Nazirliyində “İraq Türkman Departamentinin rəisi Ə.Bəndəroğlu çap etdirdi.

Ədəbi və elmi əlaqələrimiz yolunda böyük xidmətlər göstərən Əbdüllətif Bəndəroğluna da Azərbaycan Sovet Ensiklopediyasında oçerk həsr olunub (ACE, IV cild, 1980, s.126).

Ə.Bəndəroğlu da Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

Deyirlər, dağlar zirvələri ilə xalqlar şəxsiyyətləri ilə tanınır. İki dahi şəxsiyyət Heydər Əliyev və İhsan Doğramacının dostluğu Azərbaycan-İraq türkman ədəbi-mədəni, elmi əlaqələrinə təkan verdi. Ulu öndərimiz Heydər Əliyev İhsan Doğramacının 80 illik yubileyini Azərbaycanda 1995-ci ildə təntənəli şəkildə keçirdi. İçərişəhərdə AMEA ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində “İraq Türkman Muzeyi” yaratmışdım. İhsan Doğramacı, həyat yoldaşı Ayser xanım, oğlu, professor Əli Doğramacı, Türkiyədən gələn heyət, Azərbaycan tərəfdən Arif Paşayev, Fatma Abdulla, mədəniyyət naziri Polad Bülbüloğlu və başqaları yaratdığım muzeyə gəldilər. Mədəniyyət Nazirliyinin köməyi ilə tədbir hazırlanmışdı. Kərkük mahnıları oxundu. İhsan Doğramacının sevincinin həddi-hüdudu yox idi. “İraq-Türkman Muzeyi” üçün Folklor Elm Mərkəzində yer azlıq edirdi. İhsan Doğramacının xahişi ilə Azərbaycan Ədəbiyyatı Muzeyində “İraq Türkman ekspozisiyası” yaradıldı. Təəssüf ki, muzeyin təmirindən sonra “İraq türkman ekspozisiyası” bərpa olunmadı. İraqda soydaşlarımız açıqca narazılıqlarını bildirdilər.

Bu günlərdə akademik Rafael Hüseynov mənə dedi ki, bu il ekspozisiya bərpa olunacaq.

Yuxarıda dediyimiz kimi, ədəbi əlaqələrimizə Ulu öndərlə İhsan Doğramacının dostluğu inanılmaz təkan verdi. İhsan Doğramacının xahişi ilə Ulu öndərimiz “İraq türkmanlarının İstanbulda çıxan “Qardaşlıq” dərgisinə verdiyi müsahibədə dedi: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır” (bax: “Qardaşlıq”, №8, 2000, s.4).

Maraqlıdır ki, Ulu öndərin bu tarixi kəlamından sonra iraqlı soydaşlarımız yazdılar: “Azərbaycan xalqı ilə İraq türkmanları ayrılmaz bir bütündür”. İnanılası deyil, Azərbaycanı görmədən iraqlı soydaşlarımız Fövzi Əkrəm, Faruk Köprülü və Sabir Dəmirçi “Azərbaycan dastanı”, Faruk Köprülü isə “Kərkükdən Bakıya şahin uçurtdum” poemasını yazmışdır. Ə.Bəndəroğlu lap cavanlığında “Bakıya həsrət” şeirini yazmışdı. Bəndəroğlu o həsrəti dəfələrlə Azərbaycanda olandan sonra da yaşadı.

Yaşar könlüm;

Qəm içər, yaşar könlüm.

Bağdadda bir ah çəkər

Bakıda yaşar könlüm.

İraqdakı soydaşlarımızın görkəmli qadın şairi Nəsrin Ərbil də Azərbaycanı görmədən yazmışdır:

Dilimsən,

Qonuşduğum dilimsən.

Kərküküm sən, Bakıdan

Bölünmüş bir dilimsən.

Ədəbi əlaqələrin nəticəsində indi 20 kərküklü şair və ədəbiyyatşünas alim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıçılar Birliyində İraq türkman ədəbiyatı üzrə mən müşavirəm.

İraq türkman ədəbiyyatından 2 dissertantım - Səkinə Qaybalıyeva və Orxan İsayev uğurla dissertasiya müdafiə edib.

Dissertantım Ülkər Dadaşova isə İraq türkman folklorundan müdafiəyə hazırlaşır.

Bir vaxt var idi iraqlı soydaşlarımızı Ə.Bəndəroğlu, Mövlud Taha Qayaçı və Nəsrin Ərbili ölkəmizə qonaq kimi mən dəvət edirdim. Müstəqilliyimiz sayəsində indi onlar Azərbaycana doğma evlərinə gələn kimi gəlirlər. Hər il İraq türkmanları ilə bağlı konfranslar keçirilir. Konfranslara 20-30 nəfər soydaşımız gəlir.

Əbdüllətif Bəndəroğlu BDU-nun, Şəmsəddin Kuzəçi AMEA-nın Ədəbiyyat İnstitutunun Fəxri doktorudur. İraqlı soydaşlarımız Azərbaycan Yazıçılar İttifaqının qurultaylarına dəvət olunurlar.

Ən əlamətdar hadisələrdən biri də AMEA Rəyasət Heyətinin iclasında İraq Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradılması barədə qərarı oldu.

Nəticə olaraq deyək ki, müəyyən tarixi-siyasi səbəblər üzündən ayrı düşmüş soydaşlarımızla birliyimizi zehinlərdə möhkəmləndirmək, milli kimliyimizi unutmamaq və mənəvi birliyimizi təmin etmək üçün aşağıdakıları həyata keçirməyi tövsiyə edirəm:

1. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi nəzdində “Kərkükşünaslıq” bölümü yaradılsın.

2. Mədəniyyət Nazirliyinin tabeliyində olan Azərbaycan Ədəbiyyatı Muzeyində “İraq-Türkman ədəbiyyatı və mədəniyyəti ekspozisiyası” bərpa olunsun.

3. Humanitar yönlü dövlət universitetlərinin tədris planında İraq-Türkman ədəbiyyatı, folkloru və tarixinin tədrisi nəzərdə tutulsun.

4. Azərbaycan Yazıçılar Birliyində İraq-Türkman ədəbiyyatı üzrə rəsmi müşavir ştatı ayrılsın.

5. Azərbaycan Radiosunda hər cümə günü İraqdakı soydaşlarımıza ünvanlanmış bir saatlıq veriliş təşkil edilsin.

6. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Tarix, Dilçilik və Folklor İnstitutlarında iraqlı gənclərə doktorantura və aspiranturaya yer ayrılsın.

7. Bakı Musiqi Akademiyasına və Milli Konservatoriyaya istedadlı İraq-Türkman gəncləri cəlb edilsin.

8. Dövlət universitetlərində İraq türkman gənclərinə dövlət hesabına təhsil almaq imkanı yaradılsın.

9. Qəzet və dərgilərdə İraq-Türkman ədəbiyyatı və mədəniyyətinin təbliğinə geniş yer verilsin.

10. Kərkükdə Azərbaycan adına qəzet və dərgi təsis edilsin.

11. Kərkükdə ədəbiyyatımızı, musiqimizi, tariximizi nümayiş etdirən televiziya kanalı yaradılsın.

12. Bakıda və Kərkükdə vaxtaşırı birgə ədəbi-musiqili verilişlər, gecələr təşkil edilsin.

13. Kərkükdə Azərbaycanın konsulluğu açılsın.

Əminəm ki, göstərilənlər yerinə yetirilməyə başlayanda dil birliyimiz, kök birliyimiz, milli kimliyimiz, eyni milli-mənəvi dəyərlərə sahib olduğumuz daha qabarıq şəkildə özünü göstərəcək, ayrılığa son qoymaqda yardımçı olacaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see253

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see163

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see154

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see148

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see147

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see142

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see131

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see128

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see128

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see125

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see125

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see123

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see119

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri