Icma.az
close
up
RU
“Mənə cəhənnəm əzabı verirlər... Eybi yox, həyatda olmasam da, həqiqət bir gün üzə çıxacaq...”

“Mənə cəhənnəm əzabı verirlər... Eybi yox, həyatda olmasam da, həqiqət bir gün üzə çıxacaq...”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“...Ərim Azərbaycandakı qanun pozğunluqları, özbaşınalıqlar barədə Moskvaya yazdığı ərizənin üzünü köçürməyi məndən xahiş etdi. O, intiqamdan qorxurdu, çünki həmin ərizədə respublikanın rəhbər işçiləri ifşa olunurdu...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından...

(Əvvəli burada: )
 

Şahid Mustafayeva Firuzə Səlim qızı: 

Ərim- həkim Cavadov Əlicavad Məmməd oğlu Bağırovun hakimiyyəti dövründə Azərbaycanda törədilən özbaşınalıqlar barədə bir neçə ərizə yazdığına görə bütün ailəmiz görünməmiş işgəncələrə məruz qaldı. Ərim, anam və mən həbsxanaya salındıq, böhtançı kimi ittiham olunduq, ərim həbs düşərgəsində həlak oldu...

Böyük Vətən Müharibəsi illərində mən və ərim Sovet Ordusunda xidmət edirdik. 1942-44-cü illərdə Kutaisi şəhərinin qospitalında işləyirdik: ərim- qospital rəisinin müavini, mən isə cərrahiyyə şöbəsinin müdiri. Sonra bizi Gəncə qospitalına köçürdülər, 1945-ci ilin sonunadək ərimlə orada işlədik. 1946-cı ilin əvvəllərində ordudan təxris olunandan sonra Bakıya döndük. Ərim beş ay işsiz qaldı. Sonra onu Əzizbəyov rayon səhiyyə şöbəsinə müdir qoydular... 

1946-cı ilin oktyabr-noyabr aylarında ərim Azərbaycandakı qanun pozğunluqları, özbaşınalıqlar barədə Moskvaya yazdığı ərizənin üzünü köçürməyi məndən xahiş etdi. O, intiqamdan qorxurdu, çünki həmin ərizədə respublikanın rəhbər işçiləri, Bağırovun yaxın əlaltıları ifşa olunurdu. Ona görə də ərim ərizəni imzasız yazmağı qərara almışdı, xəttini tanımasınlar deyə məndən ərizənin üzünü köçürməyi xahiş etdi. O dedi ki, “Mən nə bilirəmsə, onu da yazıram. Bu, özünüifadədir”... 

Mən ərimlə mübahisə edib, onu bu işdən çəkindirməyə çalışdım. Bunun nə ilə nəticələnə biləcəyini gözümün qabağına gətirdim. Ancaq ərim məni dilə tutdu və mən bir məktubun üzünü köçürdüm. Ərimin sözlərindən bilirdim ki, orada göstərilən dəlillər hamısı doğru, düzgündür... 

Bu hadisədən 5-6 ay sonra ərimi həbs etdilər. Çox yaxşı xatırlayıram, onu 1947-ci il mayın 20-də iş yerində həbs etmişdilər. Bir müddətdən sonra iş yerimə mülki paltarda naməlum adamlar gəldi, maşına minməyə məcbur edib, məni DTN-nə apardılar. Anam və azyaşlı uşaqlarım da oraya gətirilmişdi. O vaxt Xalidənin 13, Zülfiyyənin 11 yaşı vardı... 

Məni və uşaqları səhərə qədər istintaq otağında saxladılar. Məndən imzasız məktubun kim tərəfindən yazıldığını soruşdular. Mən bizimlə bu cür amansız rəftar olunduğunu görüb, məktubun yazılmasında iştirakımı dandım, qorxdum ki, bizə divan tutarlar. Ertəsi gün məni yenidən istintaqa çağırdılar. Uşaqlarımı da Bakının 40-50 kilometrliyində yerləşən pioner düşərgəsindən götürüb gətirmişdilər. Beləliklə, üç ay müddətində məni, anamı və uşaqlarımı istintaqa çağırdılar... 

Bir dəfə istintaq zamanı müstəntiq Yusifzadə məni hər şeyi boynuma almağa təhrik edərək yumruğu ilə gicgahımdan vurdu. Mən yıxılıb hurşumu itirdim. Gözümü açanda başımın üstündə həkim Bağırov (Mir Cəfər Bağırovun qardaşı oğlu) durmuşdu... 

Başqa bir dəfə məni dövlət təhlükəsizlik naziri Yemelyanov oturan böyük otağa gətirdilər. Atakişiyev, Padarov və başqaları da orada stolun ətrafında oturmuşdular. Ərim də otaqda idi. Məndən yenə də məktublar barəsində soruşanda, yenə də ərimin Moskvaya məktub göndərməsi faktını dandım. Ərim üstümə çığırıb dedi: “Firuzə, sən niyə bunlardan qorxursan? Boynuna al ki, mən yazmışam, sənsə üzünü köçürmüsən. Mən həqiqəti yazmışam. Bizə heç bir şey edə bilməzlər. Boynuna al!”.. 

Bundan sonra mən məsələni yerli-yataqlı danışdım... Nəticədə Azərbaycanın Ali Məhkəməsi ərim Cavadovu 3 il müddətinə azadlıqdan məhrum etdi. 67 yaşlı anam Xavər Rəşidzadəni də eyni müddətdə məhkum etdilər. Məni 2 il müddətinə həbs etdilər. Gözətçinin icazəsi ilə mən ərimlə danışa bildim. Ərim mənə danışdı ki, istintaq zamanı onu ələ salıb gülüblər, əzab, işgəncə veriblər, iş o dərəcəyə çatıb ki, o özünü öldürmək istəyib, ancaq onu xilas ediblər, uzun müddət xəstəxanada yatmalı olub. O deyirdi: “Mənə cəhənnəm əzabı verirlər, bədənim döyülməkdən gömgöy, tuluq-tuluqdur. Eybi yoxdur, mən həyatda olmasam da, həqiqət bir gün üzə çıxacaq”. Ərim həbs düşərgəsində işgəncələrə dözməyərək canını tapşırdı...

Məhkəmədən sonra məni iki dəfə həbs etdilər. Birinci dəfə 1948-ci ilin yanvarında həbs olundum, mayadək Keşlə türməsində saxlandım. SSRİ Ali Məhkəməsi mənim barəmdəki qərarı ləğv edəndən sonra həbsdən azad olundum. Lakin bundan sonra SSRİ Ali Məhkəməsinin plenumu işimizə yenidən baxıb, məhkəmənin qərarını təsdiq etdi. Məni 1948-ci ilin oktyabrında ikinci dəfə həbs etdilər. Əvvəlcə Bakıda Ermənikənddəki qadın koloniyasına göndərildim, sonra “Kaqanoviçneft”ə köçürüldüm və oradakı türmə xəstəxanasının vərəm şöbəsində həkim işləməyə başladım. Lakin düşmənlərimiz bundan xəbər tutan kimi, məni Sumqayıta adi işə keçirdilər, xəstə olmağıma baxmayaraq, daxmada, zirzəmidə yerləşdirdilər... 

1950-ci ilin iyulunda azad olundum və mənə Bakıda yaşamağa icazə verdilər. Lakin sonra fikirlərini dəyişib, mənə Bakıda yaşamağa icazə vermədilər. DTN Bakı şəhər şöbəsinin rəisi Qribkov məni bir neçə dəfə yanına çağırıb, dərhal şəhərdən çıxmağı təklif etdi. Bakıdan çıxacağım barədə məndən iltizam aldı. Bakını tərk etməyi Bakı şəhər pasport qeydiyyatı idarəsinin rəisi Abdullayev də tələb edirdi. Mən Qutqaşenə getməyə məcbur oldum. Bir müddətdən sonra orada da məni işdən çıxardılar və mən Mirbəşir rayonuna getmək məcburiyyətində qaldım. Bakıya, öz evimə mən yalnız Bağırov işdən çıxarıldıqdan sonra qayıda bildim...”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Yanvar 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri