Icma.az
close
up
RU
“Mənə dedilər danışma, tədbirlərdən uzaqlaşdırılarsan”

“Mənə dedilər danışma, tədbirlərdən uzaqlaşdırılarsan”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Bu məsələ uzun müddətdir davam edir. İlk dəfə şikayətlərimizi bildirəndən sonra Mədəniyyət Nazirliyindən zəng gəldi ki, ərizə yazın, fikirlərinizi bildirin. 20-yə yaxın insan da nazirliyə dəvət olundu. Mən onlayn formada ərizə yazıb göndərdim. Açığı, onda da düşünmürdüm ki, nəsə olacaq. Çünki əlimizdə olan yalnız sözümüz idi, sübut yoxudu”.

Bu sözləri “Yeni Sabah”amüğənni Nura Suri bildirib.

O, Mədəniyyət Naziliyinin tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı açıqlamasına bir daha aydınlıq gətirib:

“Səsyazısı və ya əsaslı dəlillər olmadan nəsə etmək çətin idi. Sübutsuz danışmaq şər-böhtan kimi qəbul oluna bilərdi. Bunu ərizə yazanlara da demişdim. Əgər araşdırma aparılsaydı, onun maaşı, aylıq gəliri, evləri, maşınları, yaşam tərzi nəzərə alınmalı idi ki, qazancı ilə həyatı üst-üstə düşür, ya yox. Bizim isə bu araşdırmada iştirak hüququmuz yoxdur. Heç kimin əlində də sübut yoxdur.

Mən ərizə yazdım, amma ehtiyatla davrandım ki, haqlı olduğum halda, haqsız vəziyyətə düşməyim. Bəzi şeyləri bilirəm, lakin sübutum olmadığı üçün demirəm”.

İfaçı bildirib ki, bir neçə ay nazirlikdən cavab gözləyiblər:

“İş gedir", -  dedilər, amma sonda cavab verdilər ki, araşdırma təsdiqini tapmadı. Hətta bəzi xalq artistlərinin onun haqqında xoş sözlər dediyini də eşitdim. Onları da qınamıram, özlərini pis vəziyyətə salmamaq üçün bu yolu seçdilər. Mənə də deyirlər ki, danışma, tədbirlərdə iştirakın, gəlirin azalar.

Amma mən başa düşmürəm, bu qədər haqsızlığa necə susmaq olar? Prezident özü dəfələrlə deyib ki, əsas vəzifəniz xalqa xidmət etməkdir. Dövlət qulluqçususansa, dövlətə xidmət etməlisən.”

Nura Suri qeyd edib ki, ifaçılara pul əvəzinə diplomlar verilib:

“2002-ci ildən səhnədəyəm. Bu illər ərzində Mədəniyyət Nazirliyindən saysız-hesabsız diplomlar almışam. Sonradan öyrəndim ki, o diplomlar bizə pul əvəzi verilib.

"Dövlət tədbiri" deyiləndə heç vaxt ağlıma gəlməzdi ki, buna görə pul istənilə bilər. Valideynlərim hərbçidir, dövlətə xidmət ediblər. Biz də mədəniyyətin qulluğundayıq. Tədbirlərə öz hesabımıza, öz maşınımızla getmişik. Bizə heç bir məbləğ ödənilməyib. Hətta o vaxt oğlum David körpə idi, anamla atam məni maşında bölgələrə aparırdı. Mən səhnə arxasında uşağa süd verib səhnəyə çıxırdım və bununla fəxr edirdim.”

O əlavə edib ki, sonradan tədbirlər üçün ayrılan qonararların onlara çatmadığını öyrənib:

“Bəlli oldu ki, iştirak etdiyimiz bütün tədbirlərə görə bizə qonarar ayrılıb, amma biz bu pullardan xəbərsiz olmuşuq. O pullar kimlərinsə cibinə gedib. Bunu öyrənəndə özümü axmaq kimi hiss etdim. Dedim ki, əgər tədbir üçün pul ayrılıb, imza atmamışıqsa, qeyd olunmalıdır ki, bu insan tədbirdən heç bir vəsait əldə etməyib. Mənim bu qədər xidmətimdən sonra iki dəfə işim düşdü, amma məni süründürdülər. Çoxsaylı xahişlərdən sonra Mənzər xanımla danışıb icazə aldıq. Mən pul istəmirdim, sadəcə vətənimin gözəl yerlərində klip çəkmək istəyirdim.”

Müğənni sonda vurğulayıb ki, danışarkən diqqətli olmağa çalışır:

“Düşünürəm ki, bu məsələ haqqında danışarkən ehtiyatlı olmaq lazımdır ki, haqsız vəziyyətə düşməyək. Amma dediklərimin hamısının sübutu var. Əks halda, danışmaq mümkünsüz olardı.”

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri