Icma.az
close
up
RU
Mənə Nobel Sülh Mükafatını yenə verməyəcəklər, amma...” Trampdan maraqlı açıqlamalar

Mənə Nobel Sülh Mükafatını yenə verməyəcəklər, amma...” Trampdan maraqlı açıqlamalar

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti maraqlı bəyanatla çıxış edib. 

Sosial şəbəkədəki paylaşımında Tramp bildirib ki, onun təşəbbüsü ilə Konqo Demokratik Respublikası ilə Ruanda arasında uzun illər davam edən müharibəyə son qoyacaq sülh sazişi hazırlanıb və sənəd yaxın günlərdə Vaşinqtonda imzalanacaq.

“Dövlət katibi Marko Rubio ilə birlikdə, Konqo Demokratik Respublikası və Ruanda Respublikası arasında onilliklərdir davam edən, vəhşiliyi və qanlı toqquşmaları ilə yadda qalan müharibəyə son qoyacaq gözəl bir saziş hazırladıq. Tərəflər bazar ertəsi Vaşinqtonda sənədi imzalayacaqlar. Bu, Afrika üçün böyük, dünya üçün isə tarixi gündür!” – deyə Tramp qeyd edib.

Ancaq Tramp bununla kifayətlənməyib. O, Nobel Sülh Mükafatına layiq görülməməsindən narazılığını da ifadə edib və diplomatik uğurlarını sadalayıb: “Bu sazişə görə mənə Nobel verməyəcəklər. Hindistanla Pakistan arasında münaqişəni dayandırdığıma görə də Nobel almadım. Serbiya və Kosovo arasında müharibənin sonlandırılması, Misir və Efiopiya arasında sülhün qorunması – baxmayaraq ki, ABŞ-ın, məncə, düşünülməmiş şəkildə maliyyələşdirdiyi nəhəng su anbarı Nil çayının axınına ciddi təsir edir – bunlara görə də Nobel gözləməyin. İbrahim razılaşmaları, Rusiya-Ukrayna və İsrail-İran arasında mümkün nəticələr – yenə də Nobel olmayacaq.”

Sonda Tramp belə bir açıqlama ilə çıxış edib: “Bəli, Nobel Sülh Mükafatını mənə verməyəcəklər. Amma insanlar nələrin baş verdiyini çox yaxşı bilirlər və mənim üçün əslində əhəmiyyətli olan da məhz budur!”

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri