Icma.az
close
up
RU
“Mənə zəng edib yalvarırlar ki...” Tramp dünya dövlətlərini təhqir etdi

“Mənə zəng edib yalvarırlar ki...” Tramp dünya dövlətlərini təhqir etdi

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bütün dünyaya qarşı başlatdığı və ciddi mənfi fəsadlara yol açan yeni “ticarət savaşı”na haqq qazandırarkən, dünya dövlətlərini təhqir edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Respublikaçıların Milli Komitəsi üçün pul yığımı mərasimində çıxış edən Tramp onunla ticarət razılaşması əldə etmək istəyən ölkələri aşağılayıb: "Sizə deyirəm, bu ölkələr bizə zəng edib mənim arxamı öpürlər. Bu, həqiqətdir. Onlar sövdələşmə üçün ölürlər: "Lütfən, zəhmət olmasa, razılaşma imzalayın. Mən hər şeyi edəcəm. Mən hər şeyi edəcəyəm, cənab...". Biz isə heç də mütləq qaydada onlarla sövdələşməyə getmək istəmirik. Biz əlimizdə olandan razıyıq, gündə 2 milyard dollarımızı qzanırıq. Amma onlar bizimlə sövdələşmək istəyirlər".

Tramp iddia edib ki, şirkətlər ABŞ-yə qayıdır və trilyonlarla dollar sərmayə qoyurlar. Bundan əvvəl dövlət başçısı deyib ki, 70-dən çox ölkə ticarət sazişləri bağlamaq xahişi ilə ABŞ-yə müraciət edib.

Aprelin 2-də Tramp onlarla ölkədən gələn mallara qarşılıqlı rüsumların tətbiq ediləcəyini bəyan edib. Baza dərəcəsi 10% təşkil edir, lakin bəzi ölkələr üçün tarif daha yüksək olacaq. Belə ki, Çin üçün 34%, Aİ üçün isə 20% rüsum elan edilib.

Tramp bildirib ki, ABŞ danışıq istəyən ölkələrlə danışıqlara açıqdır. Bəzi ölkələr cavab tarifləri tətbiq edib. Xüsusilə, Pekin aprelin 10-dan etibarən 34%-lik cavab tarifləri elan edib. Tramp daha sonra Çinə yeni tariflər tətbiq edərək, ümumi tarifləri 104%-ə çatdırıb. Avropa İttifaqı isə bir sıra Amerika mallarına cavab olaraq 25 faizlik tariflər tətbiq etməyi planlaşdırır.

Onu da əlavə edək ki, Trampın guya tarif müharibəsindən gündə 2 milyard dollar qazandığı barədə iddiaları ABŞ Maliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. Onun özündənrazı və bütün siyasi etiketləri, əxlaqı aşan bəyanatlarına baxmayaraq, nüfuzlu iqtisadçılar Trampın başlatdığı “ticarət savaşı”nın düzgün hesablanmadığını və bunun ABŞ də daxil olmaqla bütün dünya iqtisadiyyatına böyük zərbə vurduğunu, hətta qlobal iqtisadi böhrana yol açdığını deyirlər.

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Aprel 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri