Icma.az
close
up
RU
“Məni döyən hələ anasından olmayıb” Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO

“Məni döyən hələ anasından olmayıb” Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Müğənnilər Aygün Şükürova və Yaşar Cəlilov arasında efirdə qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, sənətçilər qonaq olduqları “Gün ortası” verilişində söz savaşına çıxıblar.

Əvvəlcə studiyaya Aygün dəvət olunub. Şükürova “Növbəti qonağını çağır gəlsin. O mənə çox maraqlıdır. Onunla burada söhbətlərimiz olacaq” deyib.

Bu anda isə Aygünün həyat yoldaşı, rejissor Kənan Mahmudov proqramın aparıcısı Zümrüd Bədəlova zəng edib.

Lakin Zümrüd onun zəngə cavab verməyib.

Bir neçə saniyədən sonra kulis arxasında dayanan və təqdimatını əsəbi halda gözləyən Yaşar aparıcıya “Əgər mənə uyğun söhbətlər olarsa çıxıb gedəcəyəm” deyərək studiyaya daxil olub və mahnısını ifa edib.

Həmkarının ifası zamanı Aygün studiyanı tərk edib.

Zümrüd Yaşardan kulisdə Aygünlə aralarında nə baş verdiyini soruşub. Cəlilov qısa olaraq bildirib ki, bu söhbəti efirdə açmaq istəmir. O bildirib ki, kulisdə Kənanla danışıb və məsələyə aydınlıq gətirib və mövzunu verilişə qatmaq istəmədiyini dilə gətirib.

“Mən Aygünün özünü, xətrini və sənətini çox istəyirəm. Bizim mövzu ilə bağlı fikir ayrılığımız var”, - deyə Yaşar bildirib.

Aygün isə Yaşarın bu sözlərinə “İndiyə kimi heç zaman heç kimlə efirdə qalmaqalla yadda qalmamışam. Mən özümdən danışıram, çünki o qalmaqallara mənim ehtiyacım yoxdur. Kulis arxasında bayağı görüntüsü olan xanım ifaçının mahnısından söz düşdü. Mən də dedim ki, mən nə mahnılarını nə də ki onun özünü bəyənirəm. Amma Yaşar deyir ki, mən bəyənirəm. Əgər sən bəyənirsənsə niyə mənə deyirsən ki, dayan, sus indi Kənana zəng edirəm. Bu nə deməkdir? Mən səni başa düşmədim. Sən axı mənim hansı hərəkətimə görə məni Kənana şikayyət edirsən? Nə vəziyyət olmuşdur? Səni döyürdük?” cavabını verib.

Bu ifadələrdən qəzəblənən Cəlilov “Məni döyən hələ anasından olmayıb. Mənimlə elə söhbətlər eləmə. Mənə kulis arxasında olan söhbətləri danışmaq yaraşmaz. Mən ömür boyu qeybəti sevməmişəm. Zərrə qədər yalan deyirəmsə Allah mənə qənim olsun. Aygün kulisdə deyir ki, Tolik (Tarix Əliyev) TikTok-u bəyənmir amma özü bütün günü orada canlı yayım açır. Məndə deyirəm ki, səmimi ol, get bunu onun üzünə de. Mən səhv deyirəm? Yanımda heç kimi qeybətini eləmə. Əzizim Tolikə sözün varsa zəng elə üzünə de efirdən demə. Sənin başına dönüm, yanımda qeybət eləmə” ifadələr səsləndirib.

Şükürova “Mən Tolikin elə üzünə də bu sözləri deyirəm. Sən indi çox gülməli vəziyyətdəsən. Sən özün qeybət eləmirsən? Ayıb olsun sənə” deməsinə Cəlilov “Ayıb olsun elə sənə. Kimin mən qeybətini edirəm? Mən Kənana hörmət edirəm” cavabını verib.

İkili arasında gərginlik daha da artdığından proqram reklam fasiləsinə çıxıb. (OLAY)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://publika.az
archiveBu xəbər 27 Noyabr 2024 03:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri