Icma.az
close
up
RU
Məni məcbur etdilər... Kadırovun 10 illik ssenarisi niyə dəyişmir?

Məni məcbur etdilər... Kadırovun 10 illik ssenarisi niyə dəyişmir?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası və "Vahid Rusiya" Partiyasının rəsmi təqdimatı ilə Ramzan Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini irəli sürüb. Kadırovun bu seçkilərə "məcburi" qatıldığını bəyan etməsi, onun səhhəti və mümkün gedişi ilə bağlı aylardır davam edən şayiələrə son qoyub. Kremlin regionda dəyişiklik etmək istəməməsi və çeçen rəhbərinin yaratdığı idarəetmə sisteminin alternativsizliyi Rusiya siyasi kulisində geniş müzakirə mövzusudur.

"AzPolitika" xarici KİV-ə istinadla mövzunun görünməyən tərəflərini və ekspert təhlillərini təqdim edir. Siyasi ekspert İvan Preobrajenskinin fikrincə, Kadırovun yenidən namizəd olması Kremlin hazırda Çeçenistanda hakimiyyət dəyişikliyi barədə düşünmədiyini göstərir. Ekspert qeyd edir ki, Moskva pərdəarxası varis axtarışında olsa da, mövcud status-kvonu pozmaq niyyətində deyil:

"Ramzan Kadırovun alternativi yoxdur. Səhhəti ilə bağlı söz-söhbətlər qeyri-rəsmi xarakter daşıyır. Kadırov sağ olduqca nə o, vəzifəsini könüllü tərk edəcək, nə də Vladimir Putin loyallığına tam əmin olduğu bir adamı dəyişəcək. Xüsusilə Ukrayna ilə davam edən müharibə fonunda Kreml Çeçenistandakı sabitliyi pozmaq riskinə getməz".

Politoloq Ruslan Aysin də bu fikri bölüşür. Onun sözlərinə görə, Putin üçün Kadırov sadəcə bir məmur deyil, onun şəxsi layihəsidir:

"Putinin məntiqi bəsitdir: sistem işləyirsə, onu dəyişməyə ehtiyac yoxdur. İkinci çeçen müharibəsi zamanı Putin stavkanı Kadırovlar ailəsinə etdi və hələ də bu xətti saxlayır. O inanır ki, Çeçenistanda vəziyyəti yalnız bu ailə nəzarətdə saxlaya bilər".

Ekspertlər Kadırovun seçkilərə "məcburi getməsi" barədə bəyanatını ciddi qəbul etmirlər. Bu növ ritorika artıq 10 ildir ki, təkrarlanır. Çeçenistan rəhbəri mütəmadi olaraq "missiyasını yerinə yetirdiyini", "istirahətə çəkilmək istədiyini" və rəhbərliyin onun yerinə başqasını tapmalı olduğunu desə də, sonda həmişə "Prezident necə məsləhət bilsə, elə də olacaq" deyərək postunda qalır.

Ruslan Aysin vurğulayır ki, bu, Kadırovun digər region rəhbərlərindən fərqli olaraq malik olduğu xüsusi statusun göstəricisidir:

"Digər qubernatorlar federal siyasi protokola ciddi riayət etməyə məcbur olduğu halda, Kadırova bəzən şıltaqlıq etməyə, sensasiyalı bəyanatlar verməyə icazə verilir. "Məni məcbur etdilər" deməklə o, özünün əvəzedilməzliyini qabardır".

Bununla belə, bu şou xarakterli bəyanatların arxasında ciddi bir problem dayanır: Kadırov 20 ilə yaxın idarəçiliyi dövründə respublikada hakimiyyətin təhlükəsiz ötürülməsi mexanizmini qura bilməyib.

Hüquqi baxımdan varislik planı hazırlansa da, Kadırovun oğulları hələ çox gəncdir və qanunla respublikaya rəhbərlik edə bilməzlər. Digər tərəfdən, hakimiyyətin ötürülməsi təkcə Putinlə deyil, Çeçenistan daxilindəki müxtəlif güc qrupları və klanlarla da mürəkkəb razılaşmalar tələb edir. Əks halda, daxili qanlı qarşıdurma qaçılmaz ola bilər.

Kadırovun əvvəlki seçkilərdə 98% (2016) və 99,7% (2021) kimi fantastik nəticələrlə "qalib gəldiyi" məlumdur. Hüquq müdafiəçiləri bu nəticələrin büdcə təşkilatlarının və güc strukturlarının məcburi səsverməsi, karusel üsulları ilə əldə olunduğunu bildirirlər.

Lakin builki prosesdə diqqətçəkən bir məqam var: 2007-ci ildən bəri ilk dəfə olaraq Kadırov "Vahid Rusiya" partiyasının Dövlət Dumasına seçkilərdə Çeçenistan üzrə regional siyahısına rəhbərlik etməyib və Moskvadakı partiya qurultayına qatılmayıb. Siyahıya Dövlət Dumasının deputatı Şamsail Saraliyev başçılıq edir, partiyanın birmandatlı dairə üzrə əsas namizədi isə Kadırovun sağ əli sayılan Adam Delimxanovdur.

Buna baxmayaraq, ekspertlərin ümumi rəyi birdir: FTX və bəzi federal güc strukturları daxilən Kadırovun əleyhinə olsalar da, Putinin şəxsi etibarı onun ən böyük siyasi sığortasıdır. Çeçenistanda klanlararası daxili sabitlik Kadırovun fiziki olaraq postunda qalmasından birbaşa asılıdır.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri