Icma.az
close
up
RU
“Məni və ailəmi fiziki cəhətdən məhv etdirmək istəyirlər” İCTİMAİ BİRLİK SƏDRİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT

“Məni və ailəmi fiziki cəhətdən məhv etdirmək istəyirlər” İCTİMAİ BİRLİK SƏDRİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan, “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyinin sədri Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edən B.Abdullayevin müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, 2011-ci ildə sifarişlə Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qondarma-quraşdırma ittihamlarla həbs edilmişəm. Ona görə “sifarişlə” deyirəm ki, mən vəzifəli şəxs olmadığım halda, Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bilərəkdən barəmdə “vəzifəli şəxs ” kimi AR.CM-nin 308-ci maddəsi ilə cinayət işi  qaldırılmışdır. İstintaq qurupu, guya, istintaqın sonunda - düz bir ildən sonra bilmişlər ki, mən vəzifəli şəxs olmamışam.  Buna Sizlər inanırsınızmı? Ona görə də AR.CM-nin 308-ci maddəsinə xitam vermişlər və beləcə də mənə əlavə maddələr “yükləmişlər”. O səbəbdən “əlavə maddələr” deyirəm ki, mənə “yüklədikləri” təkcə AR.CM-nin 177-ci (oğurluq) maddəsi ilə 5 (beş) il cəza təyin etmişlər.

Düz, 9 il 9 ay cəza çəkdikdən və cənab Prezident tərəfindən əfv olunduqdan sonra Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Bildirmişəm ki, oğurluq etmiyə-etmiyə məni qanunsuz olaraq oğurluqda ittiham ediblər. Mənim bu maddə ilə məhkum olunmağım barədə Daxili İşlər Nazirliyinin Statistik İnformasiya İdarəsində hər hansı məlumat varmı?

Daxili İşlər Nazirliyi tərəfindən müraciətimə verilən rəsmi cavabda bildirilmişdir ki, mən heç vaxtı AR.CM-nin 177-ci maddəsinin subyekti olmamışam.

Belə olduğu halda, Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin o dövrdə rəisi olmuş və hazırda ölkənin Baş Prokurorundan, ibtidai istintaq qurupundan, prokurorluq və məhkəmə orqanlarından soruşun görək, məni bu maddə ilə necə   ittiham etmişlər? Bu maddəni mənə necə “yükləmişlər”? Bu ittihamla mənim 5 il azadlığımı əlimdən nəyə görə almışlar?

Cənab Prezident!

Dəyərli Mehriban xanım!

Bütün bunlar azmış kimi, ailəmin-uşaqlarımın yaşadığı bir tək evimizi də əlimizdən aldılar. Ailəm o gündən indiyə qədər küçələrdə qalıb. Ürəkləri bununla soyumayan “məmurlar” bağ evimizi də yandırtdırdılar və onu da əlimizdən aldılar. O cümlədən, uşaqların dölanışıq üçün zorla çörək pulu çıxardıqları “dükanı”da üçurdular. Əvəzində, bir manat olsun belə, kompensasiya vermədilər və yerində MTK tərəfindən yüksək mərtəbəli bina tikdilər. Beləliklə, onu da əlimizdən aldılar...

Azadlığa çıxdıqdan sonra isə məlum şəxslər məni oğurladılar. Təxminən 1 (bir) sutka girovluqda qalmışam. Həmin vaxt həyat yoldaşım tərəfindən itkin düşməyim barədə DİN-nin 102 Çağrı Mərkəzinə məlumat verilmişdir. Bu barədə 5-ci Polis Bölməsi tərəfindən aparılmış araşdırma nəticəsində qəbul olunmuş qarar da məndədir.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Bu günə kimi başımıza gətirilən bütün müsibətlərdən, haqsızlıqlardan, qanunsuzluqlarda cənab Baş prokurora şəxsən məlumat vermişəm və onun bu epizodların hər birindən tam məlumatı vardır.

Onu da qeyd edim ki, şəxsimə, ailəmə və əmlakıma qarşı törədilmiş bütün bu müsibətlərə baxmayaraq, dövətimizə və dövlətçiliyimizə inanmışam və həmişə qürur duymuşam. Fikirləşmişəm ki, zaman-zaman hər şey yaxşı olar və nankor, korrupsioner, rüşvətxor, xəyanətkar məmurlar da “düzələrlər”, haqq-ədalət yerini tapar.

Elə bu düşüncəmlə də  dövlət başçısının korrupsiyaya, rüşvətxorluğa qarşı apardığı mübarizəyə, çağrışına qoşularaq “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyini təsis etdim. Əlbəttə, bu sahədə apardığım mübarizə məlum korrupsioner, rüşvətxor məmurların maddi maraqlarına, mənafeyinə zidd olduğu üçün, məni gözümçıxdıya salıblar. İctimai Birliyin sədri olaraq bu sahədə törədilən və bu gün də davam etdirilən korrupsiya faktları barədə Baş Prokurorluğa onlarla rəsmi müraciətlər etmişəm. Bundan başqa, 2 ilə yaxındır ki, əmlakımı (dükanımı) tələb edirəm. Məhkəmə qarşısında iddia qaldırmışam. Baki İnzibat Məhkəməsi iddiamı qismən təmin etmişdir. Qətnamədən narazı qaldığım üçün Apellyasiya Məhkəməsinə şikayət etmişəm. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətimə baxılır. Əlbəttə, bu şikayətim əmlaklarımızı əlimzdən alan məmurların maddi maraqlarına-mənafeyinə toxunmuşdur. Beləcə də, yenidən məmurların qəzəbinə tuş gəlmişəm.

Hazırda qəzəbinə tuş gəldiyim məmurlar Baş prokurorun xarici  dölətdə (Qətərdə) səfərdə olmağından sui-istifadə edib, mənim yenidən azadlıqdan məhrum edilməyim üçün Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə növbəti dəfə SİFARİŞ vermişlər.

Cənab Prezident!

Dəyərli Mehriban xanım!

Bir daha bildirirəm ki, məni dövləti, dövlətçiliyi dəstəklədiyim, Sizin korrupsiyaya və rüşvətxorluğa qarşı apardığınız mübarizəyə-çağrışınıza qoşulduğum, korrupsioner, rüşvətxor məmurlar barəsində Baş Prokurorluğa mütəmadi məlumat verdiyim, ibtidai istintaqın, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlərindən şikayətlər etdiyim, məhkəmələrdə iddia qaldırıb əmlakımla bağlı kompensasiya tələb etdiyim üçün Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə sifariş verib məni həbs etdirmək, susdurmaq, tutduğum haqq yolundan çəkindirmək, bunlar mümkün olmadıqda isə, məni, ailəmi fiziki cəhətdən məhv etdirmək istəyirlər.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Yuxarıda qeyd olunan faktları nəzərə alıb, Sizdən xahiş edirəm ki, mənim həbsimlə bağlı verilmiş sifarişin dayandırılması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz  və bu məmurları  məni və ailəmi fiziki cəhətdən məhv etdirmək fikirlərindən daşındırasınız.

Qabaqcadan öz minnətdarlığımı bildirirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri