Icma.az
close
up
RU
“Mənim də dəqiq cavabım yoxdur” Emin Əmrullayevdən ETİRAF

“Mənim də dəqiq cavabım yoxdur” Emin Əmrullayevdən ETİRAF

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dərslik yazmaq da, vəsait hazırlamaq da çox çətin işdir. Bu, asan məsələ deyil. Adətən dərslik yazmayan insanlar dərslikləri daha çox tənqid edirlər”.

Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Nazir bildirib ki, həqiqətən də təhsildə fərqli bir dövrə gəlib çatmışıq: “Bu dövrün necə olacağı barədə çox fərqli fikirlər mövcuddur. Amma, məncə, hələ heç kim gələcəyin necə olacağı sualına tam və dəqiq cavab verə bilmir.

Əvvəlki dövrlərdə hər hansı məsələni həll etmək üçün insanın həmin məsələnin həll üsulunu bilməsi vacib idi. Məsələn, kvadrat tənliyi həll etmək üçün kvadrat tənliyin həlli qaydasını öyrənmək lazım idi.
Bu gün isə süni intellekt vasitələrindən istifadə etməklə bir çox məsələlərin cavabını dərhal əldə etmək mümkündür”.

Nazirin sözlərinə görə, məktəblərdə də süni intellektdən istifadə genişlənir. Maraqlı müşahidələrdən biri odur ki, bir çox hallarda uşaqlar süni intellektə “həll yolunu göstər” yox, “cavabı ver” deyə müraciət edirlər: “Bu məqam bəzi insanlar tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Çünki insanlar problemin həll yolunu öyrənməyə ehtiyac duymaya bilərlər.

Biz bunu tənqid edə, yaxşı və ya pis hesab edə bilərik. Amma reallıq budur ki, insan cavabı asanlıqla əldə edə bildikdə onun öyrənmə davranışı dəyişir.

Bu isə təhsili, dərsliyi və ümumilikdə tədris prosesini əsaslı şəkildə dəyişəcək.
Necə dəyişəcəyinə gəlincə, açığı, mənim də bu suala dəqiq cavabım yoxdur. Bu, üzərində ciddi düşünülməli və geniş müzakirə edilməli olan məsələdir”, - deyə Emin Əmrullayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyun 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri