Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

“Sabah”ın legioneri ehtiyatda qaldı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Mənim sözlərim onlara dərman deyil Samir Abasov

Mənim sözlərim onlara dərman deyil Samir Abasov

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında oyunçuların potensialı ilə bağlı suala belə cavab verib: 

"Potensialdan danışmaq istəmirəm. İşimizin başlanğıc fazasındayıq. "Neftçi"nin baş məşqçisi, ya futbolçususansa, sənə bu cür oyunlarla qiymət verilir. Ona görə futbolçuların potensialını bir oyunla ölçmək istəmirəm. Çünki görəcək işlərimiz və bu cür oyunlar çox olacaq. Qarşıma qoyulan hədəflər isə "Neftçi"nin hədəfləridir. Əvvəlcədən demişdim ki, hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Görəcəyimiz iş çoxdur. Bura gəlməmişdən əvvəl komadada ruh düşkünlüyü önə çıxırdı. Bunu siz də görürdünüz və bilirdiniz. Bura gəldikdən sonra isə əmin edirəm ki, görünməyən və bilmədiyiniz problemlər daha çoxdur. Nəticəyə ilə bağlamıram, amma xoş olan odur ki, futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücüdür. Ümid çox idi. Atmosfer də yaxşı idi. Bunu azarkeşlərimiz etmişdilər. Sağolsunlar".

Mütəxəssis "Ramil Şeydayevin oyunu sizi qane edir?" sualına belə cavab verib: "Üzrlü hesab edin, tək-tək futbolçuları soruşsanız, cavab verməyəcəyəm. Çünki əsas komandadır. Futbolçuları bölmək istəmirəm. Siz sezdiyinizdən, gördüyünüzdən daha problemli məsələlər gördüm. O məni narahat edir. Sırf bəzi futbolçularla bağlıdır. Bu, məni çox narahat etdi. Üzərində dayanacağıq. Hansısa futbolçu və əsas da mediada müzakirə olunan futbolçular haqda danışmaq istəmirəm".

S. Abasov komandasının oyuna istəkli çıxdığını bildirib: "Çox istəkli idik. Həm oyunda, həm oyundan əvvəl. Amma son paslarda, son nöqtəni qoymaqda çatışmazlıqlar var idi. Qapımızda da çoxlu hücumlar gördük. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik və çalışırdıq. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bunu da mən sırf psixoloji durumla bağlayaram. Futbolçularım həmin anlarda rahat deyildilər. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. Birinci hissə Yuri Matiasın buraxdığı səhv və ilk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik. Oyunu öz xeyrimizə çevirməli idik. Əfsuslar olsun, oyunun qırılma nöqtəsi həmin qol oldu". 

O, avrokuboklara getmək hədəflərindən danışıb: "Kubokda da şansımız var. Amma bu, o demək deyil ki, çempionatı boşa verəcəyik. Son nöqtəyə kimi vuruşacağıq. Dörd gündən sonra kubok matçımız var. Amma hər liqa oyununa bizi avrokuboklara daşıyacaq oyun kimi çıxacağıq. Açığı, bu gün hesab məni üzdü. Biz bunu kənara atıb, kubokdan yapışa bilmərik. Adımıza yaraşmaz. Kubokdan avrokuboklara yol asan görünə bilər. Amma kubok 1-2 oyundan ibarətdir. Hər şey baş verə bilər. Sona qədər gedəcəyik".

Mütəxəssis qarşıdakı turda "Sumqayıt"la oyunda gözlənilərn ab-havadan söz açıb: "Ab-havanı "Neftçi" özü yaradır. "Neftçi" hansı səfərə gedirsə, azarkeş sayı birə-beş qalxır. Ab-hava da normal bir şeydir. Bu "Neftçi"nin adı ilə bağlıdır. İnanıram ki, bu ab-havaya yaxın atmosfer olacaq".

S. Abasov heyətlə bağlı fikirlərini də bildirib: "Nə etsən də bu heyətdən nəsə formalaşdırmalısan. Bu heyət kimsə üçün xoş olmaya bilər. Amma biz bu 20 futbolçunun içindən heyət formalaşdırmalıyıq. Bura gələndə bilirdik kimlərlə, hansı futbol oynayacağıq. Bunlar getsin, digərləri gəlsin deyə bir şey yoxdur. Bu cür şeyləri göz qabağına almışdıq. Əsas odur ki, soyuqqanlı olmalıyıq. Özümüzü nəzərdə tuturam, azarkeşləri yox. Bilirəm ki, hamı üzülüb. Mənim sözlərim onlara dərman deyil. Amma biz özümüz vəziyyəti soyuqqanlı analiz etməliyik. Kimisə ataq, onu çıxaraq, bu belə oynadı, o elə oynadı, Yuri səhv etdi.. Belə olmayacaq. Bu heyətdən ən yaxşıları çıxarıb işimizə davam etməkdir". 

O, komandasının sərt oynamasını və qırmızı vərəqə almasını istəməyib: "Komandamız oyuna tam başqa ab-hava ilə çıxmışdı. Bilirdik ki, oyunun içində çətinliklər yaranacaq. Çünki "Qarabağ"a qarşı oynayırdıq. Oyun ərzində də hazırlığımızın yaxşı tərəflərini görməyə başlamışdıq. Sadəcə özümüzdə özünə inam yarandığı halda buraxdığımız qol təsir etdi. Fasilədə çalışırdım danışım futbolçularla. Amma ondan sonrakı qolları da mən səhvə bağlayıram. İstəməzdim ki, belə bir halda çirkin futbol oynayaq. Ən azından tapşırıqları, tempi qoruyub çıxara bilməkləri lazım idi ki, bu gün məğlub olsaq da, sabaha nəsə çıxaraq. Amma kiminsə ayağını qıraraq istəyini göstərəcəksə, yaxşı hal deyil. Hər bir futbolçu insandır. Həddindən artıq aqressivliyin fəsadları olur. Buna bir baş məşqçi kimi icazə verə bilmərəm". 

Mütəxəssis qışda planlaşdırılan transferlərdən danışıb: "Öz aramızda danışırıq. Hansı tip futbolçu istədiyimizi götür-qoy edirik. Elə mövqelər var ki, liqamızda həmin mövqeyə o cür futbolçu lazımdır. Həmin futbolçunu tapacağıq, gətirə biləcəyik, onu danışacağıq". 

S. Abasov "Mətbuat konfransı elə danışdınız ki, sanki bütün məğlubiyyətin səbəbkarı futbolçular idi. Ramil Şeydayev "Qarabağ"ın sabiq futbolçusudur və müdafiəçiləri daha yaxşı tanıyır onu. Başqa hücumçu ilə başlamaq olmazdı?" sualına belə cavab verib: "Nədən bu fikirə gəldiniz ki, futbolçuları günahlandırdım? Fərdi səhvlərdən danışmaq ayrıdır. Ramilə gəldikdə isə sizin şəxsi fikrinizdisə, normaldır. Ramil Şeydayev "Qarabağ"dan gəlib, onlara qarşı oynamayacaq deyə bir şey var?

Digər hücumçulara gəldikdə, Darbo var. O, bu gün oyunçu olaraq ehtiyatda oturmuşdu. Heyətdən çıxarmaq istəmədik. Darbo oyuna çıxası vəziyyətdə deyildi. Zədədən sonra qayıtmışdı. Ağadadaş Salyanski, Yeqor Boqomolskiyə gəldikdə... Olsun da, bəlkə səhv seçim idi. Amma bunu qəbul etmirəm. Ramil Şeydayev bu gün çox xeyir verməyə can atırdı. Özünü də bəlkə "Qarabağ"a sübut etməyə can atırdı. Təhlükəli epizodlarda da Ramil idi. "Qarabağ"ın müdafiəçiləri Ramili bu qədər tanıyırsa, onu necə buraxdılar?"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Dekabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see176

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see157

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see155

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri