Icma.az
close
up
RU
Mənim Şuşa dastanım İmdat Avşar yazır

Mənim Şuşa dastanım İmdat Avşar yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

İmdat AVŞAR

Elçin İsgəndərzadə Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra Türkiyədə ilk tanınan elm adamlarındandır. Biz onu 1990-cı illərdən etibarən Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycanın milli məsələlərini dilə gətirən, özəlliklə də işğal olunmuş Türk yurdlarını "sözü" ilə müdafiə edən bir ziyalı kimi tanımışıq. O illərdə qan və göz yaşıyla yoğrulmuş, parçalanmış, xalqı sürgünə uğramış yaralı bir ölkənin milli məsələlərini öz natiqlik məharəti ilə dilə gətirən bu elm insanının "söz" ilə münasibətinin bir şeir axınına döndüyündən xəbərimiz yox idi. Sonrakı illərdə onu daha yaxından tanıyınca və Türkiyədə nəşr edilmiş əsərlərini oxuyunca, yüksək kürsülərdə elmin dili ilə danışan Elçin İsgəndərzadənin, sənətin, şeirin diliylə də danışdığına şahid olduq. Beləcə onun vətən eşqiylə çırpınan, itirilmiş yurdların hüznüylə dumanlanan, düşmən çəkmələri altında əzilmiş müqəddəs torpaqların acısıyla qovrulan, yurdundan sürgün düşən anaların ağılarıyla odlanan bir şair olduğunu dərk etdik:

Ürəyimdə hələ dərddi gül açan,

Novruzgülün mənim kimi bağrı qan.

Xarıbülbül, qovuşarıq bəs haçan?

Qarabağa bizsiz gəlir bu yaz da...

Elçin İsgəndərzadə şair ömrünə sığmayacaq acı bir taleyi və bu taleyin alnına yazdığı hər ürəyin daşıya bilməyəcəyi hüznləri yaşamış, ağır dərdləri çəkmiş bir şairdir. O, xanəndələri bülbüllərlə yarışan, igid ərlər, ərənlər, xanlar, sərkərdələr, elm və sənət adamları yetişdirən Şuşada 1964-cü ildə dünyaya gəlib. Bu səbəblə də onun ədəbi yaradıcılığının əsas ideyası  Qarabağ, doğulub böyüdüyü Şuşa olub. O, haraya baxsa Şuşanı görür, gecələr röyalarında Şuşaya gedir, getdiyi hər yerə Şuşanı da özüylə, ürəyində aparır:

İstanbulda Şuşa yuxuma girdi -

Köhnə məhəlləmiz... dəmir darvaza...

Bu necə yuxudu, ah bu nə sirdi -

Boz dağlar təzəcə çıxmışdı yaza.

 

...Dəniz sahilində poyraz əsirdi,

İstanbul yuxusuz, İstanbul oyaq.

Boğazda qərib bir xəyal gəzirdi,

Qız qülləsi yaxın... Şuşa çox uzaq...

Elçin İsgəndərzadənin şair taleyinin bu acı, kədərli hissəsində sözünü, şeirini tamamilə Qarabağa həsr etdiyini söyləmək olar. O, şeirlərində Qarabağın tarixini, taleyini, vətəni, vətən uğrunda axıdılan qanları və göz yaşlarını, vətən həsrətini, qaçqınlığı, sürgünlüyü, işğalı, şəhid ağrılarını tərənnüm edərkən eynilə Türk dünyasının böyük yazarı, sürgün taleyi yaşamış Krımlı Çingiz Dağcının "O torpaqlar bizimdi" adını verdiyi romanında olduğu kimi, gənc nəsillərə ürək yanğınıyla "o torpaqlar bizim" deyə fəryad edir və o torpaqlarda bir gün yenidən üç rəngli bayraqların dalğalanacağına dair ümidlərini daima diri saxlayır:

Ölsəm, məzarımı Şuşada qazın,

Başdaşıma bir Füzuli misrası yazın,

Topxanada armud ağacına

Üç rəngli bayraq asın.

...Laçın dağlarından bir müjdə gəlsin,

Qarqarın suları durulsun o gün.

Bir göyərçin qanadlansın

Əsgəran qalasından,

Ağdamda toy-düyün qurulsun o gün.

Taleyinin ağrılı, acılı hissəsini yaşarkən ümidini əsla itirməyən, millətə olan inamı heç qırılmayan, illərcə igid oğulları vətən uğrunda mücadiləyə, vuruşmağa çağıran Elçin İsgəndərzadə eyni zamanda bəxt ulduzunun yenidən doğulduğunu da görən bəxtiyar bir şairdir. O, təklənib məğlub edilən bir xalqın şairi ikən qırx dörd gün ərzində düşməni yer ilə yeksan edən bir millətin, qəhrəman bir xalqın şairinə çevrilib. Bəlkə də bu əzmini, ümidini, inamını heç itirməyən, vətən uğrunda yorulmadan, yıxılmadan söz ilə mücadiləyə başlayan şairin alın yazısını dəyişdirən və ona "Evimizə gedirəm" şeirini bir uşaq sevinciylə yazdıran Tanrının bir ərmağanıydı:

Ürəyim elə atır,

evimizə gedirəm.

İlahi, nə mutluluq,

bu gün bizə gedirəm.

...Bu ayrılıq, bu həsrət

Şükür ki, başa çatır.

Evimizə gedirəm,

evimiz Şuşadadır.

"Mənim Şuşa dastanım" kitabı Elçin İsgəndərzadənin Türkiyədə yayımlanan altıncı kitabıdır. Daha öncə dörd şeir kitabı çap olunan və  Türk oxucusuyla görüşən şairin, Şuşa yağmurlarında islanmış xarıbülbül qoxulu həzin nəğmələr daşıyan bu kitabının da maraqla qarşılanacağından əminəm. Sözlərimi Tanrı heç bir bəndəni yurdundan yuvasından, Elçin İsgəndərzadəni də çox sevdiyi Şuşasından ayrı qoymasın duasıyla bitirərkən, bu kitabı hazırlamağıma vəsilə olan Türk Ədəbiyyatı Vəqfi İdarə Heyəti Başqanı Sərhat Kabaklıya və kitabın redaktorluğunu edən Türk Ədəbiyyatı jurnalının yazı işləri müdiri Səadət Örməciyə təşəkkür edirəm.                                                                                                           

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri